Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə388/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   384   385   386   387   388   389   390   391   ...   538
Ə d ə b i y y a t

Ağsu arxeoloji ekspedisiya-

sının 2010-cu il tədqiqatları 

[Mətn] /nəşrə haz. Ağsu 

arxeoloji ekspedisiyası; 

AMEA, Arxeologiya və 

Etnoqrafiya İn-tu; Milli 

Azərbaycan Tarixi Muzeyi; 

“Miras” Mədəni İrsin 

öyrənilməsinə kömək İc-

timai Birliyi; nəşrə məsul 

Q.Cəbiyev, F.Xəlilli; ing. 

dil. tərc. Ş.Bayramova; ital-

yan dil. tərc. Z.Muradova; 

bədii tərt. S.Hüseynov.- 

Bakı, 2010.-3 bur. II.- 86 s.

Əliyev, V. Ağsunun tarixi 

səhifələri [Mətn] /Vəli 

Əliyev, F.Xəlilov; elmi red. 

F.Osmanov.- Bakı: Adiloğ-

lu, 2001.- 94 s.

Mirzəliyev, C. Ağsu 

[Mətn] /C.Mirzəliyev; red. 

E.Mehrəliyeva; rəssam 

Əşrəf.- Bakı: Gənclik, 

1998.- 160 s.

İ n t e r n e t d ə

www.agsu-ih.gov.az

www.az.wikipedia.org

www.kataloq.azeri.net

8

Ərazisi: 1020,1 km²

• 

Əhalisi: 69400 nəfər

• 

Yaşayış məntəqələrinin sayı:1 şəhər, 78 kənd

• 

İnternet saytı http://agsu-ih.gov.az

• 

70 

illiyi


309

Tarixdə bu gün

Qurban Bayramı 

OKTY

ABR

Bütün müsəlman aləmində Qurban bayramı hər 

il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən 

başlayır və adətən üç gün davam edir. Dini qurban 

kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən 

əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Al-

lah (S.S.)İbrahim peyğəmbərə oğlu İsmayılı qur-

ban verməyi (onların Allaha imanını yoxlamaq 

üçün) əmr etmişdir. İbrahim əsl dindar kimi Alla-

hın əmrini yerinə yetirməyə hazır olmuş, İsmayıl 

özü də qurban olmağa razılaşmışdır. Lakin uca Al-

lah bunu öz elçisinə  rəva bilməmiş  və qurbanlıq 

üçün ona bir qoç göndərmişdi. Buna görə  də bu 

bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da 

demişlər.

İsmayıl Qurbanında kəsilən heyvanlarda bir 

sıra  şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən 

heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə ol-

malıdır. Nəsil artımında dişi heyvanların müstəsna 

rolu olduğuna görə qurbanlıq heyvanın erkək ol-

ması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına 

gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. La-

kin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha 

yaxşıdır. Qurban bayramında kəsilən heyvanın 

sağlam olması da vacib şərtdir. Əzalarında hər han-

sı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri 

olmayan, axtalanmış heyvanın qurban kəsilməsi 

İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq 

gözəgəlimli olmalıdır. Qurbanın bir hissəsindən 

din xadimlərinə pay göndərilir, bir hissəsi isə 

kasıblara paylanır. Hamıya bərabər pay verilir, 

qurban kəsən özü də  bərabər pay götürə bilər. 

Ənənəyə görə dilənçi və kasıblar bayram günü 

ac qalmasınlar deyə bu gün  həmin mərasimlərə 

dəvət olunurlar.

Qurbanlığın şərtlərindən biri də budur ki, qur-

ban kəsmək yalnız buna imkanı olan varlı adam-

ların boynunda haqdır. İmkanı olmayan adama isə 

qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün 

borc pula heyvan almaq İslamda təqdir olunmur, 

çünki bu bayramın əsas mahiyyəti zənginlərlə im-

kansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı 

sevinməlidir: varlılar - Allaha xoş gedən əməli icra 

etdikləri və kasıbları sevindirdiklərinə görə, ka-

sıblar isə - dünya nemətindən əldə etdiklərinə və 

başqalarından gördükləri mərhəmətə  və qayğıya 

görə.

Çox sevdiyi övladını Allah yolunda qurban 



verməyə hazır olması peyğəmbərin Allah qarşı-

sında imanının, səmimiliyinin və mütiliyinin bariz 

sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu 

hadisə Allaha imanın, dərin etiqadın nümunəsidir. 

Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan 

ibarətdir ki, İslamda insanın Allah yolunda qurban 

kəsilməsi qəbul olunmur. İslama qədər bir çox 

dinlərdə insanları qurban vermə ayinlərinə rast 

gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insa-

nı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın 

olduqlarını göstərirdilər. Qədim Çində də insanları 

tanrılara qurban vermək adəti var idi. Bu ölkədə 

təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq 

üçün uşaqları suya atırdılar.

Azərbaycan müstəqillik  əldə etdikdən sonra 

Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr 

tarixli “Azərbaycan Respublikasının bayram-

ları haqqında” Qanuna əsasən Qurban bayramı 

ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.

Qurbanlıq o deməkdir ki, insanlar Allahın xo-

şuna gələcək bir əməli icra edirlər.

Allah kəsilən bütün qurbanlarımızı  qəbul et-

sin!

16



310

Tarixdə bu gün


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   384   385   386   387   388   389   390   391   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin