307
Tarixdə bu gün
Beynəlxalq Müəllim Günü
1966
OKTY
ABR
Bu tarixin qeyd edilməsinə dair
qərar ilk dəfə 1966-cı il oktyabr ayının
5-də YUNESKO tərəfindən verilmiş-
dir. Bu təşkilat tərəfindən müəllimlərin
statusunun artırılması ilə bağlı tövsiyə
xarakterli sənəd qəbul edilmişdir.
İndi dünyanın 100-dən çox ölkəsində
müəllimlər hər il oktyabr ayının 5-ni öz
peşə bayramları kimi qeyd edirlər.
Müəllimlik dünyada ən çətin, eyni
zamanda ən şərəfli və ən gözəl peşədir.
Bu gözəl və şərəfli işin dəyərini
bilən əcdadlarımız həmişə müəllimə
hörmətlə yanaşmışlar.
Müəllimlər şagirdlərin dərin və
hərtərəfli bilik almaları, yaşadıqları
dövrün problemlərindən baş çıxarma-
ları üçün bütün bilik və bacarıqlarını
sərf edirlər. Valideynlə bərabər, bəlkə
də, ondan daha çox, uşağın hər cür şıl-
taqlığına, əziyyətinə dözmək, kədəri
ilə kədərlənib, sevinci ilə sevinmək
müəllimlərin üzərinə düşən ağır yük-
dür.
Müəllim əməyinin nəticəsində cə-
miyyət formalaşır, savadlı, bilikli, ge-
niş dünyagörüşlü, nümunəvi əxlaqa
malik insanlar yetişir. Bu insanlar isə
cəmiyyəti daha da inkişaf etdirir. Ha-
zırda dövlətimizin müstəqilliyinin
möhkəmlənməsində fəal iştirak edən
insanlar məhz müəllim əməyinin
yetirmələridir.
Müəllimlər yeni cəmiyyət qurucu-
luğunun memarlarıdırlar. Hər birimi-
zin layiqli vətəndaş kimi yetişməsində
müəllimlərimizin əvəzsiz xidmətləri
olmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev
həmişə müəllim əməyini yüksək
qiymətləndirmiş, müəllim haqqında
xoş sözlər söyləmişdir. O, ölkəmizə
rəhbərlik etdiyi bütün dövrlərdə həmişə
müəllimlərə hörmət və ehtiramla ya-
naşmış, onların maddi vəziyyətinin,
rifah halının yaxşılaşdırılmasının qay-
ğısına qalmışdır.
Dostları ilə paylaş: