311
9
Tarixdə bu gün
Babək rayonu
1978
OKTY
ABR
Babək rayonu 1978-ci il oktyabr
ayının 23-də ümummilli lider Heydər
Əliyevin qərarı ilə rayon kimi təşkil
olunmuşdur. Ərazisi 749,81
km²
,
əhalisi 66,2 min nəfərdir (01.08.2011-
ci ilin məlumatına görə).
Mərkəzi
Babək qəsəbəsidir. Rayonda 1 qəsəbə,
39 kənd vardır.
Rayon ərazisi Zəngəzur, Dərələyəz
dağ silsilələrinin təpələri, Naxçıvan və
Gülüstan düzənliklərindən ibarətdir.
Rayonun ən yüksək zirvəsi Buzqov
dağıdır (2475 m). Yayı quraq keçən so-
yuq yarımsəhra, quru çöl və qışı quraq
keçən soyuq iqlim tipinə malikdir.
Babək rayonu Naxçıvan Mux-
tar Respublikası mərkəzi hissəsində
yerləşir. Rayon şimaldan Ermənistanla,
cənubdan İranla həmsərhəddir. Rayo-
nun şimalında və cənub-şərqində relyef
dağlıq, cənubunda və cənub-qərbində
isə ovalıqdır. Rayondakı ən hündür
nöqtələr Keçəltəpə (2740 metr), Qara-
quş (2617 metr) və Buzqov dağlarıdır
(2470 metr). Babək rayonu ərazisində
daş duzu və tikinti materialları yataq-
ları, Sirab, Vayxır, Qaxab və başqa mi-
neral su bulaqları vardır.
Rayonun iqtisadiyyatında üzümçü-
lük, taxılçılıq, bostançılıq, tərəvəzçilik
və heyvandarlıq mühüm yer tutur.
Bundan əlavə daş hasilatı, üzüm emalı,
qida məhsulları istehsalı da inkişaf et-
mişdir. Rayonun təbii və coğrafi şəratiti
lap qədim dövrlərdən əkinçilik və mal-
darlıqla məşğul olan qəbilələri buraya
cəlb etmişdir. Təsadüfi deyildir ki, bü-
tün dünyada məşhur olan Kültəpə-1 və
Kültəpə-2 abidələri bu ərazidə yerləşir.
Burada, həmçinin, Çalxanqala, Vayxır,
Əznəburt, Abasabad kimi memarlıq
abidələri qorunub saxlanmışdır.
Bundan başqa rayon ərazisində
elmi əhəmiyyətə malik Eneolit, Tunc,
Dəmir dövrünə və Antik dövrə aid ar-
xeoloji abidələr, qədim duzdağ yatağı,
orta əsrlərə aid yaşayış yerləri, nekro-
pollar, maddi mədəniyyət qalıqları və
onlarla digər arxeoloji, tarixi, memar-
lıq abidəsi, zəngin materiallar aşkara
çıxarılmış və tədqiq edilmişdir. Son
illər rayonun Çeşməbasar kəndində
“Heydər” məscidi, Nehrəm, Qahab,
Zeynəbbin, Cəhri, Sirab kəndlərində və
Babək qəsəbəsində memarlıq baxımın-
dan gözəl məscidlər inşa edilmişdir.
Rayonun mərkəzində Babəkin
heykəli, Şəhidlərin abidə kompleksi,
Nehrəmdə şəhidlər abidə kompleksi,
Çeşməbasarda Şəhid bulağı, Tumbulda
İkinci Dünya müharibəsi iştirakçıları-
nın xatirə abidəsi ucaldılmışdır.
Dostları ilə paylaş: