302
Riyaziyyat.Fizika.Astronomiya
65
illiyi
Mahmud Kərimov
1948
OKTY
ABR
Mahmud Kərim oğlu Kərimov
1948-ci il oktyabr ayının 18-də İrəvan
şəhərində anadan olmuşdur.
1966-1971-ci illərdə Azərbaycan
Dövlət Universitetinin (indiki BDU)
fizika fakültəsində təhsil almışdır.
Əmək fəaliyyətinə 1973-1974-cü
illərdə Azərbaycan Elmlər Akademi-
yasının Fizika institutunda mühəndis
kimi başlamışdır.
1975-1978-ci illərdə Azərbaycan
Elmlər Akademiyasının Radiasiya
tədqiqatlar sektorunun aspirantı olmuş,
1978-1980-ci illərdə kiçik elmi işçi,
1980-1984-cü illərdə elmi katib, 1984-
cü ildən Radiasiya tədqiqatlar sektoru-
nun direktoru vəzifəsində çalışmışdır.
1979-cu ildə
fizika-riyaziyyat
elmləri namizədi, 1989-cu ildə Yarım-
keçiricilər və dielektriklər fizikası ix-
tisası (01.04.10) üzrə fizika-riyaziyyat
elmləri doktoru elmi dərəcəsi almışdır.
2000-ci ildən professor, 2001-
ci ildən akademikdir. 2001-ci ildə
Azərbaycan Milli Elmlər Akademiya-
sının həqiqi üzvü seçilmiş və həmin
ildən Azərbaycan Milli Elmlər Akade-
miyasının prezidentidir.
Şüalanma və elektrik boşalma plaz-
masının təsirləri ilə oksid dielektrik-
lərdə nöqtəvi deffektlərin yaranma
mexanizmi və kinetikasını tədqiq et-
miş, suyun radiasiya və plazma katalik
parçalanması proseslərində şüalanma
enerjisinin kimyəvi enerjiyə çevrilməsi
və sudan hidrogenin alınması üçün
səmərəli üsullar təklif etmişdir.
Mahmud Kərimovun son illərdə
apardığı tədqiqatlar nəticəsində mo-
lekulyar yarımkeçiricilərdə paramaq-
nitizm ilə elektrik keçiriciliyinin qar-
şılıqlı əlaqəsi aşkar edilməsinə həsr
olunmuş elektrik keçiriciliyində spin-
maqnit effektləri, maqnitorezonans
keçiriciliyində isə ifrat incə quruluş
aşkar edilmişdir.
Azərbaycan Respublikası Prezi-
dentinin 2008-ci il 17 oktyabr tarix-
li Sərəncamı ilə Mahmud Kərimov
“Şöhrət” ordeni ilə təltif edilmişdir.
Dostları ilə paylaş: