Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə379/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   375   376   377   378   379   380   381   382   ...   538
Ə d ə b i y y a t

www.adam.az

www.anl.az

www.gender-az.org

31

İdmançı


301

Riyaziyyat.Fizika.Astronomiya

80 

illiyi

Bəhram Əsgərov 

1933

OKTY

ABR

Bəhram Mehralı  oğlu  Əsgərov 

1933-cü il oktyabr ayının 5-də Tovuz 

rayonunun Əhmədabad kəndində ana-

dan olmuş, orta təhsilini Gədəbəy ra-

yonunun Nəriman kəndində almışdır. 

О, 1952-ci ildə Azərbaycan  Dövlət 

Universitetinin (indiki BDU) fizika-

riyaziyyat fakültəsinə daxil olmuşdur. 

1957-ci ildə Azərbaycan Elmlər 

Akademiyasının Fizika institutunun as-

piranturasına daxil olmuş, 1962-ci ildə 

Leninqrad  şəhərindəki Yarımkeçiricilər 

İnstitutunda namizədlik dissertasiyası 

müdafiə etmişdir.

1966-cı ildə Azərbaycan Dövlət 

Universitetinin  fizika fakültəsinin 

Molekulyar  fizika kafedrasına dosent 

vəzifəsinə seçilmişdir. 

Bəhram  Əsgərov 1971-ci ildə 

fizika-riyaziyyat elmləri doktoru alim-

lik dərəcəsinə yiyələnmiş, 1972-ci 

ildə professor adını almışdır. 1974-

cü ildə Yarımkeçiricilərin genetik 

əhəmiyyətinə aid “Nauka” nəşriyyatı 

tərəfindən çap olunmuş monoqrafiya-

sına görə Azərbaycan Respublikasının 

Dövlət mükafatına layiq görülmüşdür. 

О, Moskvada dərc olunan bir elmi 

məqaləsinə görə isə Kembric şəhərində 

yerləşən bioqrafiya mərkəzi tərəfindən 

“ХХ əsrin görkəmli alimi” fəxri adına 

layiq görülmüşdür. 

1993-cü ildə xarici jurnallarda çap 

olunan məqalələrinə görə Soros Fon-

dunun qrantını almışdır. 

Bəhram  Əsgərov 1994-2004-cü 

illərdə BDU-nun Elmi işlər üzrə pro-

rektoru işləmişdir.

 О, 2001-ci ildə fizika ixtisası üzrə 

AMEA-nın müxbir üzvü, 2007-ci ildə 

isə AMEA-nın həqiqi üzvü seçilmiş-

dir. 

Onun rəhbərliyi altında 10  namizəd-



lik, 4 doktorluq dissertasiyası müdafiə 

edilmişdir. 

Bəhram Əsgərov 130-dan çox elmi 

məqalənin, 4 monoqrafiyanın və 3 

dərsliyin müəllifidir.

1974-cü ildə Azərbaycan Respub-

likası Dövlət Mükafatı laureatı olmuş, 

2000-ci ildə  “Əməkdar elm xadimi” 

fəxri adına layiq görülmüş, 2004-cü 

ildə isə Azərbaycan Respublikasının 

“Şöhrət” ordeni ilə təltif edilmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   375   376   377   378   379   380   381   382   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin