Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə387/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   383   384   385   386   387   388   389   390   ...   538
Ə d ə b i y y a t

Qocayev, Ə. 5 oktyabr- 

Müəllim günü [Mətn] 

/Ə.Qocayev //Bayramlar və 

tarixi günlər.-Bakı, 2006.- 

S.54.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.yeniazerbaycan.com

5


308

Tarixdə bu gün

Ağsu rayonu

1943 

OKTY

ABR

Ağsu rayonu 1943-cü il oktyabr 

ayının 8-də təşkil edilmişdir. Rayonun 

mərkəzi olan Ağsu şəhəri isə 1967-ci ilə 

qədər şəhər tipli qəsəbə olmuş, həmin 

ildə isə şəhər statusu almışdır. Qərbdən 

və  şimal-qərbdən  İsmayıllı,  şimal-

qərbdən və şərqdən Şamaxı, cənubdan 

isə Kürdəmir və Hacıqabul rayonla-

rı ilə  sərhəddir.  Ərazisi 1020 kvadrat 

kilometr,  əhalisi 69,4 min nəfərdir. 

Rayonda 1 şəhər (Ağsu  şəhəri), 78 

kənd vardır. Bu yaşayış  məntəqələri 

24  ərazi icra nümayəndəliyini və 

32 bələdiyyəni  əhatə edir. Ən bö-

yük kəndləri Gəgəli, Kəndoba, Kal-

va, Pirhəsənli, Bico, Cəlayır, Pa-

dar,  Ərəbuşağı  və Qaraqoyunludur. 

Əhalinin ümumi sayının 49,1%-ni 

kişilər, 50,9%-ni qadınlar təşkil edir. 

Əhalinin 99%-i azərbaycanlılardan, 

1%-i ləzgilərdən, türklərdən və s. 

ibarətdir.  Əhalinin 25,7%-i şəhərdə, 

74,3%-i kənd yerlərində yaşayır. Ra-

yonda 2068 nəfər qaçqın və  məcburi 

köçkün məskunlaşmışdır. Bunlar 

Ermənistandan, Özbəkistandan və işğal 

olunmuş rayonlarımızdan gələn soy-

daşlarımızdır. Coğrafi mövqeyinə görə 

Ağsu rayonu Şirvan düzündə və Böyük 

Qafqazın ətəklərində yerləşir. 16 kənd, 

3 ərazi dairəsi dağlıq zonadadır. Rayo-

nun ərazisindən 2 çay - Girdiman, Ağ-

suçay və onların qolları - Ağdarçay və 

Nazirçay keçir. Qərbdə Kükəş qobusu 

(Kür sellər oylağı) və Cavanşir gölü, 

cənubda Yuxarı  Şirvan kanalı, onun 

Ağsu qolu yerləşir. Ağsu rayonu kənd 

təsərrüfatı rayonudur. İqtisadiyyatında 

heyvandarlıq, taxılçılıq, pambıqçılıq, 

meyvə və tərəvəzçilik mühüm yer tutur. 

Ərazisinin 75,2%-ni və ya 76742 hek-

tarını kənd təsərrüfatına yararlı torpaq-

lar, bundan 46,3%-ni və ya 35550 hek-

tarını əkin yeri təşkil edir. Ümummilli 

liderimiz Heydər  Əliyevin təşəbbüsü 

və bilavasitə rəhbərliyi altında aparılan 

aqrar islahatlar nəticəsində rayonda 

43892 nəfər mülkiyyətçi 36184 hek-

tar əkin yeri və çoxillik əkmələr altın-

da olan torpaqları  əvəzsiz olaraq pay 

kimi almışdır. Rayonda 69 ümumtəhsil 

məktəbi, 5 məktəbdənkənar və 8 məktə-

bəqədər müəssisə  fəaliyyət göstərir. 6 

xəstəxana, 18 ambulator-poliklinika, 

22 feldşer-mama məntəqəsi  əhaliyə 

səhiyyə xidməti göstərir. Rayonda 1 

mədəniyyət sarayı, 10 mədəniyyət evi, 

47 kitabxana, 1 uşaq musiqi məktəbi 

və tarix-diyarşünaslıq muzeyi vardır. 

Rayonda ilk dəfə 1954-cü ildə “Yeni 

həyat”, 1961-ci ildə  rayonlarara-

sı  “İrəli” və 1966-cı ildə isə “Birlik” 

qəzetləri nəşr edilmişdir. Hazırda ra-

yonda Ağsu rayon İcra Hakimiyyətinin 

orqanı olan “Ağsu” qəzeti buraxı-

lır. Qəzet 13 yanvar 2003-cü ildə 

Azərbaycan Respublikası  Ədliyyə 

Nazirliyində qeydiyyatdan keçmiş-

dir. Rayon ərazisindən 55 kilometr 

uzunluqda respublika əhəmiyyətli av-

tomobil yolu keçir. 37 km uzunluğu 

olan Bakı-Şamaxı-Yevlax yolu ikin-

ci kateqoriya, 18 kilometr uzunluğu 

olan Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolu 

üçüncü kateqoriyaya aiddir. Ağsuda 19 

siyasi partiyanın rayon təşkilatı və 16 

ictimai-siyasi təşkilatın (o cümlədən 

3 qeyri-hökumət təşkilatının) rayon 

şöbəsi fəaliyyət göstərir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   383   384   385   386   387   388   389   390   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin