297
Siyasət.Hərbi iş
140
illiyi
Xəlil bəy Xasməmmədov
1873-1947
OKTY
ABR
Xəlil bəy Hacıbaba oğlu
Xasməmmədov 1873-cü il oktyabr
ayının 25-də Gəncədə doğulmuşdur.
Orta təhsilini Gəncədə almış, 1895-
ci ildə Moskva Universitetinin hüquq
fakültəsini bitirmişdir.
Azərbaycan Demokratik Partiyası
“Müsavat”ın əsas ideoloqlarından biri
olmuş, 1895-1919-cu illərdə Yekate-
rinodar və Yelizavetpol qəzalarının
məhkəmələrində işləmiş, II və III çağı-
rış Dövlət Dumasına deputat seçilmiş-
dir.
1913-1918-ci illərdə Yelizavetpol
şəhər bələdiyyə rəisi, Yelizavetpol qəza
icraiyyə komitəsinin sədri olmuşdur.
1917-ci ildə Rusiyada fevral inqila-
bından sonra Zaqafqaziya Komissarlığı
yaradıldıqda nəzarət komissarı, habelə,
Zaqafqaziya Seyminin üzvü olmuş-
dur. 1918-ci ilin mayında Azərbaycan
Milli Şurasında İcraiyyə komitəsinin
tərkibində olmuşdur. O, Azərbaycan
Xalq Cümhuriyyəti hökumətinin bütün
beş kabinetinin tərkibində ədliyyə, yol-
lar, daxili işlər, təkrarən ədliyyə naziri,
habelə Azərbaycan parlamentinin üzvü
olmuşdur.
1920-ci ilin aprelində Xəlil bəy
Hacıbaba oğlu Xasməmmədov
Azərbaycanın Türkiyədəki səfiri
təyin olunmuşdur. Azərbaycan Xalq
Cümhuriyyətinin süqutundan və
Azərbaycanda kommunist rejimi
qurulmasından sonra vətənə qayıt-
mamış, siyasi-publisistik fəaliyyət
göstərmişdir.
Xasməmmədov Azərbaycan Mil-
li Mərkəzi (1924, İstanbul) Mərkəzi
komitəsinin və “Müsavat“ partiyası
xarici bürosunun (İstanbulda fəaliyyət
göstərirdi) 3 nəfərdən ibarət rəyasət
heyətinin üzvü idi. 1930-cu illərin
əvvəllərində Milli Mərkəz və xarici Büro
daxilindəki ixtilafların dərinləşməsi
Azərbaycan siyasi mühacirətinin
parçalanması ilə
nəticələnmişdi.
Mustafa bəy Vəkilov, Səfi bəy
Rüstəmbəyli və digərləri ilə birlikdə
Xasməmmədov M.Ə.Rəsulzadəyə qar-
şı müxalif mövqedə dayanmışdı. Sovet
hökümətinin təzyiqi ilə M.Ə.Rəsulzadə
Türkiyəni tərk etdikdən sonra Xəlil bəy
və başqaları Avropadakı mərkəzdən
göstəriş almadan, müstəqil fəaliyyət
göstərməyə başlamışlar. Nəticədə,
Milli Müsavat Xalq partiyasının konf-
ransında (avqust, 1936, Varşava) Xəlil
bəy Xasməmmədov partiya sıraların-
dan xaric edilmişdi.
Azərbaycanın bütün Qafqazın
türk-müsəlman xalqları ilə sıx birli-
yinin tərəfdarı olan Xasməmmədov
Azərbaycan və
Şimali Qafqaz
mühacirləri tərəfindən yaradılmış
“Azərbaycan-Dağlılar birliyi” adlanan
qurumun ilk sədri seçilmişdir. 1942-
ci ilin yazında Almaniyanın Xarici
İşlər Nazirliyi xətti ilə Berlinə görüşə
dəvət edilmiş tanınmış Qafqaz siyasi
mühacirləri sırasında Xəlil bəy də ol-
muşdur.
Xəlil bəy Xasməmmədov 1947-ci
ildə Türkiyədə vəfat etmiş, İstanbulun
Fəridköy qəbiristanlığında dəfn edil-
mişdir.
Bakıdakı Hüquq Kadrlarının
Təkmilləşdirmə İnstitutu onun adını
daşıyır.
Ə d ə b i y y a t
Xasməmmədov Xəlilbəy
Hacıbaba oğlu //Azərbaycan
Xalq cümhuriyyəti
ensiklopediyası:iki cilddə.-
Bakı,2005.-C.II.-S.18-20.
İbrahimli, X. Azərbaycan
siyasi mühacirəti [Mətn]
/X.İbrahimli.-Bakı,1997
Seyidzadə,D. Azərbaycan
XX əsrin əvvəllərində:
müstəqilliyi aparan yollar
[Mətn] /D.Seyidzadə.-Bakı,
1998
Oruclu, M.R. Azərbaycanda
və mühacirətdə Müsavat
Dostları ilə paylaş: