Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə362/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   358   359   360   361   362   363   364   365   ...   538
290

9

Milli Qəhrəmanlar

50 

illiyi

Nofəl Quliyev 

1963-1991

OKTY

ABR

Nofəl Zahid oğlu Quliyev 1963-cü 

il oktyabr ayının 4-də indiki Şirvan 

şəhərində anadan olmuşdur.

1981-ci ildə orta məktəbi bitirmiş 

və 1982-1983-cü illərdə ordu sıraların-

da hərbi xidmət keçmişdir. Xidmətdən 

sonra 1984-cü ildən 1990-cı ilə kimi 

Tümen şəhərində işləmişdir. 

1990-cı ilin dekabr ayında Azər-

baycan Respublikası Daxili İşlər 

Nazirliyinin xüsusi təyinatlı milis 

dəstəsinə daxil olmuşdu.

Nofəl Quliyev az bir vaxtda Füzu-

lidə, Goranboyda, Daglıq Qarabağ-

da erməni faşistləri ilə mübarizədə 

fərqlənmişdir. 

1991-ci il iyul ayının 15-də 

ermənilər güclü qüvvə  və texnika ilə 

Todan kəndinə hücuma keçmişlər. Dinc 

sakinləri döyüş zonasından çıxarmaq 

üçün Nofəl Quliyev düşmənlə ölüm-

dirim mübarizəsinə girmişdi. Neçə-

neçə adamı ölümün pəncəsindən xilas 

etmiş və bu döyüşdə qəhrəmancasına 

həlak olmuşdu. Həyatını Qarabağ tor-

paqlarının toxunulmazlığı  və Azər-

baycanın müstəqilliyi uğrunda qurban 

vermiş, ölümü ilə  şəhidlik zirvəsinə 

ucalmışdı.

Azərbaycan Respublikası Pre-

zidentinin 5 iyun 1992-ci il tarixli 

Fərmanı ilə Azərbaycan Respublika-

sının suverenliyinin və  ərazi bütöv-

lüyünün qorunmasında, dinc əhalinin 

təhlükəsizliyinin təmin edilməsində 

göstərdiyi  şəxsi igidlik və  şücaətə 

görə Nofəl Zahid oğlu Quliyevə 

ölümündən sonra  “Azərbaycanın Mil-

li Qəhrəmanı” fəxri  adı verilmişdir.

Vaxtilə oxuduğu 9 saylı orta 

məktəbə onun adı verilmiş və məktəbin 

həyətində büstü qoyulmuşdur.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   358   359   360   361   362   363   364   365   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin