Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə456/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   452   453   454   455   456   457   458   459   ...   538
İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.zengilan.com

2

Milli Qəhrəman

2


365

7

Milli Qəhrəmanlar

60

 illiyi

Şikar Şikarov 

1953-1992   

DEKABR

Şikar Şükür oğlu Şikarov  1953-cü 

il dekabr ayının 3-də Bakı  şəhərində 

anadan olmuşdur. 1971-ci ildə 46 say-

lı orta məktəbi bitirmiş  və Bakı Ali 

Ümumqoşun Komandirlər Məktəbinə 

qəbul olunmuşdur. 

1975-ci ildə təhsilini başa vuraraq, 

təyinatla Primorsk vilayətindəki hərbi 

hissələrin birində rota komandiri kimi 

fəaliyyətə başlamışdır. 

1986-cı ildə Moskvada Frun-

ze adına Hərbi Akademiyaya qəbul 

olunmuş, 1989-cu ildə oranı bitirərək 

polkovnik-leytenant rütbəsi ilə Uk-

raynanın Luqansk şəhərində yerləşən 

hərbi hissələrdən birinə qərargah rəisi 

təyin olunmuşdur. 

1990-cı il 20 yanvar hadisələrindən 

sonra vətənə qayıtmış,  əvvəl Mülki 

Müdafiə Baş  Qərargahında  əməliyyat 

şöbəsinin rəisi, 1992-ci ildə Respub-

lika Müdafiə Nazirliyi Baş  Qərargah 

rəisinin birinci müavini təyin edilmiş-

dir. 1992-ci ildə Goranboy rayonunda 

əməliyyata bilavasitə rəhbərlik etmiş, 

uğurlu əməliyyatlar keçirmişdir. 

1992-ci il iyun ayının 13-də yenidən 

Ağdərəyə yola düşmüşdür. Ağır 

döyüşlərin birində  qəhrəmancasına 

həlak olmuşdur. 

Azərbaycan Respublikası Prezi-

dentinin 23 iyun 1992-ci il tarixli 6 

saylı  Fərmanı ilə polkonik Şikarov 

Şikar  Şükür oğluna ölümündən son-

ra “Azərbaycanın Milli Qəhrəmanı” 

fəxri adı verilmişdir. 

Bakı şəhərinin Şəhidlər Xiyabanın-

da dəfn edilmişdir. 

Qobustan rayon Sündü kənd orta 

məktəbi onun adını daşıyır.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   452   453   454   455   456   457   458   459   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin