Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə453/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   449   450   451   452   453   454   455   456   ...   538
Ə d ə b i y y a t

İbrahim Həmzəyev 

(25.12.1908-4.2.1982) 

[Mətn] //İlham Rəhimli. 

Azərbaycan teatr tarixi.-

Bakı: Çaşıoğlu, 2005.- 

S.239.

Rəhimli, İ. Səhnədə 

ucalan əzəmət.-Bakı: 

“Çaşıoğlu”, 2010.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.lent.az

www.adam.az

25

1


363

5

Teatr.Kino

DEKABR

20

20

Safurə  Ağabala qızı  İbrahimo-

va 1938-ci il dekabr ayının 27-də 

Bakıda doğulmuşdur. Orta məktəbi 

bitirdikdən sonra dram dərnəyində 

çalışmış, 1960-cı ildə Mirzağa Əliyev 

adına Azərbaycan Dövlət Teatr İns-

titutunun dram və kino aktyorluğu 

fakültəsinə daxil olmuşdur. Birinci 

kursda onu Akademik Milli Dram 

Teatrının repertuarında olan İs-

lam Səfərlinin “Ana ürəyi” dramı-

nın tamaşasında Xatirə roluna dəvət 

etmişlər. Bundan sonra daha bir neçə 

rol oynayan tələbə-aktrisa 1961-ci il 

noyabr ayının 1-də Akademik teatrın 

truppasına daxil olmuşdur. 

Xaraktercə lirik-dramatik akt-

risadır. Komik personajlarda da 

məharətlə oynaya bilir. Səhnədə 

səmimiyyəti, obrazın psixoloji xarak-

terini həssaslıqla duyması ilə seçilir. 

Mənalı sifət ifadələrindən və plas-

tik emosional hərəkətlərdən istifadə 

etməkdə  səriştəlidir. Safurə  İbrahi-

mova səhnədə Kamalə,  İnci (“Toy” 

və “Xoşbəxtlər”, Sabit Rəhman), 

Əsmər (“Alov”, Mehdi Hüseyn), 

Fernando (“Dəlilər”, Lope de Veqa), 

Gülnar və Tamara (“Vaqif”, Səməd 

Vurğun), Nazlı (“Ölülər”, Cəlil 

Məmmədquluzadə), Ofeliya (“Ham-

let”, Vilyam Şekspir), Hafizə (“Pəri 

cadu”,  Əbdürrəhim bəy Haqverdi-

yev), Karola (“Füsunkar qız”, Mikolaş 

Dyarfaş), Jasmen, Vəfa (“Knyaz” və 

“Xəyyam”, Hüseyn Cavid), Daduno 

(“Darıxma, ana!”, Nodar Dumbadze), 

Sona (“Xanuma”, Avksenti Saqareli), 

Cen (“Mariya Tüdor”, Viktor Hüqo), 

Maral (“Sənsiz”,  Şıxəli Qurbanov), 

Saşa (“Canlı meyit”, Lev Tolstoy), 

Sevil (“Sevil”, Cəfər Cabbarlı), Ba-

laxanım (“Adamın adamı”, Anar), 

Mədinə, Tubu xanım (“Sevgililərin 

cəhənnəmdə vüsalı” və “Hökmdar 

və  qızı”,  İlyas  Əfəndiyev), Durden-

siya (“Dişi canavar”, Federiko Qarsia 

Lorka), Zəhra bəyim (“Anamın kita-

bı”, Cəlil Məmmədquluzadə), Mələk 

(“Köhnə ev”, Əli  Əmirli) rolların-

da daha çox sənət uğurları qazanıb. 

Aktrisanın kino rolları arasında Telli 

(“Arşın mal alan”), Həbibə (“Qatır 

Məmməd”), Dilbər (“Sevil”), Gülpəri 

(“Dərviş Parisi dağıdır”), Mədinə 

(“Alma almaya bənzər”) obrazları 

daha məşhurdur. “Qaynana” və “Bi-

zim Cəbiş müəllim” bədii filmlərində 

də unudulmaz obrazlar yaratmışdır. 

Safurə İbrahimova teatr sənətindəki 

xidmətlərinə görə “Azərbaycan Res-

publikasının Əməkdar artisti” (1 iyun 

1974) və “Xalq artisti” (24 dekabr 

2002) fəxri adları ilə təltif edilmişdir. 

Mehdi Məmmədovun quruluşunda 

Hüseyn Cavidin “İblis” faciəsindəki 

Rəna roluna görə Dövlət mükafatı la-

ureatıdır. 

SSR-i dövründə Novruz bayramı 

keçirilərkən, ilk bahar qızı da məhz 

Səfurə İbrahimova olmuşdur.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   449   450   451   452   453   454   455   456   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin