363
5
Teatr.Kino
DEKABR
20
20
Safurə Ağabala qızı İbrahimo-
va 1938-ci il dekabr ayının 27-də
Bakıda doğulmuşdur. Orta məktəbi
bitirdikdən sonra dram dərnəyində
çalışmış, 1960-cı ildə Mirzağa Əliyev
adına Azərbaycan Dövlət Teatr İns-
titutunun dram və kino aktyorluğu
fakültəsinə daxil olmuşdur. Birinci
kursda onu Akademik Milli Dram
Teatrının repertuarında olan İs-
lam Səfərlinin “Ana ürəyi” dramı-
nın tamaşasında Xatirə roluna dəvət
etmişlər. Bundan sonra daha bir neçə
rol oynayan tələbə-aktrisa 1961-ci il
noyabr ayının 1-də Akademik teatrın
truppasına daxil olmuşdur.
Xaraktercə lirik-dramatik akt-
risadır. Komik personajlarda da
məharətlə oynaya bilir. Səhnədə
səmimiyyəti, obrazın psixoloji xarak-
terini həssaslıqla duyması ilə seçilir.
Mənalı sifət ifadələrindən və plas-
tik emosional hərəkətlərdən istifadə
etməkdə səriştəlidir. Safurə İbrahi-
mova səhnədə Kamalə, İnci (“Toy”
və “Xoşbəxtlər”, Sabit Rəhman),
Əsmər (“Alov”, Mehdi Hüseyn),
Fernando (“Dəlilər”, Lope de Veqa),
Gülnar və Tamara (“Vaqif”, Səməd
Vurğun), Nazlı (“Ölülər”, Cəlil
Məmmədquluzadə), Ofeliya (“Ham-
let”, Vilyam Şekspir), Hafizə (“Pəri
cadu”, Əbdürrəhim bəy Haqverdi-
yev), Karola (“Füsunkar qız”, Mikolaş
Dyarfaş), Jasmen, Vəfa (“Knyaz” və
“Xəyyam”, Hüseyn Cavid), Daduno
(“Darıxma, ana!”, Nodar Dumbadze),
Sona (“Xanuma”, Avksenti Saqareli),
Cen (“Mariya Tüdor”, Viktor Hüqo),
Maral (“Sənsiz”, Şıxəli Qurbanov),
Saşa (“Canlı meyit”, Lev Tolstoy),
Sevil (“Sevil”, Cəfər Cabbarlı), Ba-
laxanım (“Adamın adamı”, Anar),
Mədinə, Tubu xanım (“Sevgililərin
cəhənnəmdə vüsalı” və “Hökmdar
və qızı”, İlyas Əfəndiyev), Durden-
siya (“Dişi canavar”, Federiko Qarsia
Lorka), Zəhra bəyim (“Anamın kita-
bı”, Cəlil Məmmədquluzadə), Mələk
(“Köhnə ev”, Əli Əmirli) rolların-
da daha çox sənət uğurları qazanıb.
Aktrisanın kino rolları arasında Telli
(“Arşın mal alan”), Həbibə (“Qatır
Məmməd”), Dilbər (“Sevil”), Gülpəri
(“Dərviş Parisi dağıdır”), Mədinə
(“Alma almaya bənzər”) obrazları
daha məşhurdur. “Qaynana” və “Bi-
zim Cəbiş müəllim” bədii filmlərində
də unudulmaz obrazlar yaratmışdır.
Safurə İbrahimova teatr sənətindəki
xidmətlərinə görə “Azərbaycan Res-
publikasının Əməkdar artisti” (1 iyun
1974) və “Xalq artisti” (24 dekabr
2002) fəxri adları ilə təltif edilmişdir.
Mehdi Məmmədovun quruluşunda
Hüseyn Cavidin “İblis” faciəsindəki
Rəna roluna görə Dövlət mükafatı la-
ureatıdır.
SSR-i dövründə Novruz bayramı
keçirilərkən, ilk bahar qızı da məhz
Səfurə İbrahimova olmuşdur.
Dostları ilə paylaş: