362
Rejissor
Teatr.Kino
105
illiyi
İbrahim Həmzəyev
1908-1982
DEKABR
İbrahim (Mir İbrahim) Tağı oğlu
Həmzəyev 1908-ci il dekabr ayının 25-
də Gəncə şəhərində doğulmuşdur.
Səhnə sənətinə məhəbbəti yeniyetmə
yaşlarından başlamışdır.
Əvvəlcə
Gəncə İşçi klubunda, sonralar Qa-
dınlar klubunda, bir müddət para-
lel olaraq Dəmiryolçular klubunda
dram dərnəklərinin rəhbəri olmuşdur.
Əksəriyyətini özü və həmçinin Ədil
İsgəndərovun hazırladıqları tamaşa-
larda baş rolları ifa etmişdir. Dram
dərnəyinin repertuarının əsasını İbra-
him Həmzəyevin səhnə təfsiri verdi-
yi “Aydın”, “Solğun çiçəklər” (Cəfər
Cabbarlı), Bəxtsiz cavan” (Əbdürrəhim
bəy Haqverdiyev), “Hacı Qara” (Mirzə
Fətəli Axundzadə) tamaşaları təşkil et-
mişdir.
İbrahim Həmzəyev 1930-cu illərin
əvvəllərində Bakı Teatr Məktəbində
təhsil almışdır. Tələbəlik illərində Türk
İşçi Teatrında yardım heyətinin üzvü
olmuşdur. Teatr təhsilini başa vurandan
sonra Gəncəyə qayıdıb. TİT Gəncəyə
köçəndə kollektivə üzv olmuşdur.
Son dərəcə yaraşıqlı səhnə görkəmi,
ifa məharəti, ehtiraslı və emosional da-
xili aləmi, səhnədəki tərəfdaşları ilə
münasibətlərində psixoloji dürüstlüyü
olan İbrahim Həmzəyev bu kollektivdə
çoxlu sayda rol oynamışdır.
İbrahim Həmzəyev 1937-ci ildə Xalq
Maarif komissarlığı İncəsənət İşləri
İdarəsinin sərəncamı ilə sənət yardımı
üçün Naxçıvan teatrına göndərilmiş,
əvvəlcə bu teatrda quruluşçu rejissor və
aktyor işləmişdir. Yüksək təşkilatçılıq
bacarığına və kollektivlə işləmək
səriştəsinə görə 1941-1945-ci illərdə bu
teatrda direktor və aktyor, 1943-1961-ci
illərdə direktor və baş rejissor, 1964 -cü
ildə qısa fasilələrlə direktor işləmişdir.
1947-1948-ci il teatr mövsümündə
yardım üçün Qaryagin (indiki Füzuli)
Dövlət Dram Teatrına göndərilmişdir
Burada həyat yoldaşı Zəroş Həmzəyeva
ilə birlikdə aktyor və rejissor kimi çahş-
mışdır. Qısa müddətdə teatrın yaradıcı-
lığındakı durğunluğu aradan qaldırmağa
nail olmuşdur.
Bütün bu illərdə aktyorluq fəaliy-
yətindən ayrılmayıb. Onun aktyorluq
yaradıcılığının zəngin rollar qalereya-
sında 150-dən artıq səhnə obrazı var.
Naxçıvan teatrının aparıcı aktyor-
ları 1940-1980-ci illərdə özlərinin
möhtəşəm rollarının, teatrın tarixində
hadisəyə çevrilən səhnə obrazlarının
əksəriyyətini İbrahim Həmzəyevin qu-
ruluş verdiyi tamaşalarda ifa etmişlər.
Rejissor teatrın səhnəsində həm milli,
həm də dünya dramaturqlarının klassik
və çağdaş mövzulu əsərlərini tamaşaya
hazırlamışdır.
Rejissor musiqili komediya janrında
Üzeyir bəy Hacıbəyovun “Arşın mal
alan”, “Ər və arvad”, “Məşədi İbad”,
Zülfüqar bəy Hacıbəyovun “Evliykən
subay”, “Əlli yaşında cavan”, Süleyman
Rüstəm və Səid Rüstəmovun “Durna”,
Sabit Rəhman və Süleyman Ələsgərovun
“Ulduz” əsərlərinə quruluş vermişdir.
Aktyorluq və rejissorluq fəaliyyətinə
görə 17 iyun 1943-cü ildə Azərbaycan
Respublikasının Əməkdar artisti, 15
oktyabr 1965-ci ildə Xalq artisti fəxri
adları ilə təltif olunmuşdur. İbrahim
Həmzəyev 1982-ci ildə Naxçıvanda
vəfat etmişdir.
Dostları ilə paylaş: