367
1
Milli Qəhrəmanlar
55
illiyi
İbrahim Məmmədov
1958-1994
DEKABR
İbrahim İsmayıl oğlu Məmmədov
1958-ci il dekabr ayının 20-də Naxçı-
vanda dünyaya gəlmişdir.
1976-cı ildə 3 saylı Naxçıvan şəhər
orta məktəbini bitirmişdir. Bir il Su
Tikinti İdarəsində işlədikdən sonra
1977-ci ildə hərbi xidmətə çağırılmış-
dır. Ordu sıralarında xidmət edərkən
PDM hərbi texnikasının birinci
dərəcəli tuşlayıcı-operatoru ixtisasına
yiyələnmişdir.
Ordudan tərxis olunan İbrahim,
1988-ci lidə Bakı Dövlət Universiteti-
nin tarix fakültəsinin qiyabi şöbəsinə
daxil olmuşdur. Moskvada yaşaması-
na baxmayaraq, Qarabağ müharibəsi
başlayanda vətənə qayıtmış, könül-
lü batalyonlardan birinin tərkibində
döyüşlərə qatılmışdır.
1993-cü ildə Milli Orduda xidmə-
tini davam etdirmiş, Kəlbəcər uğrunda
gedən döyüşlərdə fəal iştirak etmişdir.
İ.Məmmədovun komandanlığı altın-
da strateji əhəmiyyətli bir yüksəklik
düşməndən azad edilmişdir. 1994-cü
il 16 fevralda Kəlbəcər uğrunda gedən
qızğın döyüşdə düşmənin 3 tankını və
xeyli canlı qüvvəsini sıradan çıxarmış
lakin, düşmən snayperinə tuş gəlmişdir.
Aldığı yaradan qəhrəmancasına həlak
olmuşdur.
Azərbaycan Respublikası Prezi-
dentinin 20 iyun 1994-cü il tarixli 156
saylı Fərmanı ilə Məmmədov İbra-
him İsmayıl oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı verilmişdir.
Naxçıvan şəhərinin Şəhidlər Xiya-
banında dəfn edilmişdir.
Dostları ilə paylaş: