Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə468/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   464   465   466   467   468   469   470   471   ...   538
Ə d ə b i y y a t

Azərbaycan Elmlər Aka-

demiyası - 50 [Mətn] /tərt. 

və red. heyəti E.Y.Salayev 

və b.- Bakı: Sabah, 1995.- 

368 s.

Vəliyev, M. Lazerlər: bu 

günü və sabahı [Mətn] 

/M.Vəliyev, E.Salayev; red. 

H.Abdullayev; AzSSR EA, 

Fizika İn-tu.- Bakı: Elm, 

1983.- 158 s.

Salayev Eldar Yunis oğlu 

[Mətn] //Azərbaycan Milli 

Elmlər Akademiyasının 

üzvləri haqqında məlumat 

kitabı.- Bakı, 2005.- C.I.-

456 s. 

Salayev Eldar Yunis oğlu 

[Mətn] //Naxçıvan Ensik-

lopediyası.- Bakı, 2002.-

S.490-491.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.science.az

31

Akademik


374

Kimya.Biologiya.Tibb

105 

illiyi

Müzəffər Abutalıbov 

1908-1984 

DEKABR

Müzəffər Heydər oğlu Abutalıbov 

1908-ci il dekabr ayının 14-də Ordu-

bad şəhərində anadan olmuşdur.

1930-cu ildə Azərbaycan Poli-

texnik  İnstitutunun kənd təsərrüfatı 

fakültəsini bitirmişdir. Azərbaycan 

Kənd Təsərrüfatı  İnstitunun (indiki 

Kənd Təsərrüfatı Akademiyası) və 

Azərbaycan  Dövlət Universitetinin 

(indiki BDU) dosenti, Azərbaycan Elmi 

Tədqiqat Pambıqçılıq İnstitutunun baş 

elmi işçisi, SSRİ EA Azərbaycan fili-

alı Botanika İnstitutunun  şöbə müdi-

ri və direktor müavini (1935-1947), 

Azərbaycan Dövlət Universiteti Bit-

ki  fiziologyası  kafedrasının müdiri 

(1949-1959), Azərbaycan Milli EA 

Genetika və Seleksiya İnstitutunun 

(1960-1962),  Botanika İnstitutunun 

(1947-1949;1962-1978) direktoru 

vəzifələrində çalışmış, 1978-1984-cü 

illərdə Botanika İnstitutunda özünün 

yaratdığı Bitki fiziologiyası  şöbəsinə 

rəhbərlik etmişdir.

Tədqiqatları əsasən pambıq, kartof 

və digər kənd təsərrüfatı bitkilərinin 

məhsuldarlığının artırılmasına, onla-

rın mikroelementlərlə qidalandırılma-

sının nəzəri və  əməli problemlərinin 

öyrənilməsinə, o cümlədən mik-

roelementlərin azotobakterin inki-

şafına və torpağın azotmənimsəyən 

mikroorqanizmlərinin fəaliyyətinə 

təsirinə, mineral maddələrin bitkilərə 

daxil olmasına, orqanizmdə hərəkətinə 

və hüceyrələrdə paylanmasına və s. 

həsr olunmuşdur. 

Bir neçə monoqrafiya və ali 

məktəb dərsliyinin, 220-dən çox 

elmi məqalənin müəllifidir. Elmi 

məclislərdə, o cümlədən beynəlxalq 

biokimya (1961), botanika (1969), 

biofizika (1973) konqreslərində 

məruzələr etmişdir. Bir sıra elmi şura 

və cəmiyyətlərin üzvü olmuşdur. Elmi 

kadrların hazırlanmasında xidmətləri 

var.


Bitki  fiziologyası sahəsində ilk 

azərbaycanlı elmlər doktoru (1944), 

professor (1950), Azərbaycan Milli 

EA-nın (müxbir üzvü 1960) akademi-

ki (1968) olmuşdur.

Görkəmli akademik Müzəffər  Abu-

talıbov 1984-cü il noyabr ayının 8-də 

Bakıda vəfat etmiş, Fəxri Xiyabanda 

dəfn olunmuşdur.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   464   465   466   467   468   469   470   471   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin