371
Tarix
90
illiyi
Ziya Bünyadov
1923-1997
DEKABR
Ziya Musa oğlu Bünyadov 1923-cü
il dekabr ayının 21-də Astara şəhərində
anadan olmuşdur. 1939-cu ildə orta
məktəbi bitirdikdən sonra Bakı Ali
Birləşmiş Komandirlər məktəbində
təhsilini davam etdirmişdir.
İkinci Dünya müharibəsi dövründə
vuruşaraq Berlinədək şərəfli döyüş
yolu keçmişdir. 1945-ci il fevral ayının
27-də ona “Sovet İttifaqı Qəhramanı”
adı verilmişdir.
Z.Bünyadov ordudan tərxis ol-
duqdan sonra, 1946-cı ildə Moskva
Şərqşünaslıq İnstitutuna daxil olmuş,
1950-ci ildə həmin institutun aspi-
ranturasına qəbul edilmişdir. Sonra o,
Azərbaycan EA-nın Tarix İnstitutunda
elmi axtarışlarını davam etdirmişdir.
O, Xilafət və Azərbaycanın VII-XIII
əsrlər tarixinin tədqiqatçilarından biri
olmuşdur. 1964-cü ildən Yaxın və Orta
Şərq Xalqları İnstitunda Orta əsrlər
tarixi şöbəsinin rəhbəri olmuş, tarix
elimləri doktoru elmi dərəcəsi, 1965-
ci ildə isə professor elmi adına layiq
görülmüşdür. 1967-ci ildə Azərbaycan
Elmlər Akademyasının müxbir üzvü,
1973-cü ildə akademiyanın həqiqi
üzvi seçilmişdir.
1981-ci ildən isə Şərqşünaslıq
İnstitutunun direktoru, 1990-cı ildə
Azərbaycan EA-nın vitse-prezidenti
seçilmişdir. Ziya Bünyadov “Qırmızı
Bayraq”, “Aleksandr Nevski”, “2-ci
dərəcəli vətən müharibəsi”, “Qırmızı
Ulduz” ordenləri və medallarla təltif
edilmişdir.
Görkəmli akademik 1980-ci ildə
dövlət mükafatına layiq görülmüş,
1981-ci ildən ömrünün sonunadək
Azərbaycan EA-nın Şərqşünaslıq
İnstitunun direktoru vəzifəsini icra
etmiş, 1990-cı ildə isə Azərbaycan
EA-nın vitse-prezidenti seçilmişdir.
Elmi fəaliyyəti ilə yanaşı, siyasətlə
də məşğul olan Z.Bünyadov milli
məclisin deputatı olduğu müddətdə öz
çıxışlarında dəfələrlə həyasız, saxtakar
erməni tarixçilərinin əsassız iddiaları-
nı faktlarla ifşa etmişdir.
Akademik Ziya Bünyadov Berlin
şəhərinin Pankov rayonunun (Alma-
niya), Urgənc (Özbəkistan), Astara və
Göyçay şəhərlərinin fəxri vətəndaşı
olmuşdur.
Ziya Bünyadov həm də Şərq
dillərinin bilicisi kimi gözəl tərcüməçi
idi. Onun əsərləri Fransada, İraq-
da, Rusiyada, Türkiyədə və dünya-
nın bir sıra başqa ölkələrində nəşr
olunmuşdur. O, dünyanın bir sıra
alimlərinin əsərlərini ingilis, ərəb, rus
və türk dillərindən tərcümə etmişdir.
Görkəmli alim həyatının son illərində
Tacəddin əs-Salmaninin “Tarixnamə”,
V.V.Bartoldun “Xəzəryanı vilayətlərin
müsəlman aləmində yeri” əsərlərini
tərcümə etmişdir Xüsusilə qeyd
etməliyik ki, akademik Z.Bünyadovun
ən yaddaqalan töhfələrindən biri də
professor Vasim Məmmədəliyevlə
birgə müqəddəs “Qurani-Kərim”i
Azərbaycan dilinə tərcümə etməsi ol-
muşdur.
Akademik Ziya Bünyadov 1997-ci
il fevral ayının 21-də cinayətkar qrup
tərəfindən vəhşicəsinə qətlə yetiril-
mişdir.
Dostları ilə paylaş: