369
Siyasət.Hərbi iş
95
illiyi
Mehdi Hüseynzadə
1918-1944
DEKABR
Mehdi Hənifə oğlu Hüseynzadə
1918-ci il dekabr ayının 22-də Bakının
Novxanı kəndində anadan olmuşdur.
1932-ci ildə o, Azərbaycan Dövlət
Rəssamlıq məktəbinə daxil olmuşdur.
1937-ci ildə Leninqradda (indiki Sankt-
Peterburq) Xarici Dillər İnstitutunda
təhsil almış, 1940-ci ildə isə yenidən
Bakıya qayıtmış, Azərbaycan Dövlət
Pedaqoji İnstitutunda öz təhsilini da-
vam etdirmişdi.
Böyük Vətən müharibəsi başlananda
müha-ribəyə yollanmış, 1942-ci ilin ya-
yında Kalaç şəhəri ətrafındakı qanlı vu-
ruşmaların birində ağır yaralanmış və
faşistlər tərəfindən əsir alınmışdı. 1943-
cü ilin sonlarında, bir dəstə azərbaycanlı
əsir ilə faşist əsarətindən qaçmış, Yu-
qoslaviya və İtaliya partizanlarına qo-
şulmuşdu. İgidliyi və “Mixaylo” ləqəbi
ilə məşhurlaşmışdır.
1944-cü il noyabr ayının 16-da
Mehdi Hüseynzadə, partizan birləşməsi
qərargahının tapşırığı ilə faşistlərin bö-
yük hərbi ləvazimat anbarını partlatmış
və geri qayıdarkən faşist keşikçiləri
ilə üz-üzə gəlmişdi. Qəhrəman döyüş-
çü ağır yaralanmış, çoxlu qan itirərək
həlak olmuşdur. “Mixaylo”nun ölüm
xəbəri bütün Adriatik sahilinə yayıl-
mışdı. Çepovani kəndində qəhrəmanın
başdaşı üzərinə aşağıdakı sözlər həkk
olunmuşdur: “Rahat yat, Azərbaycan
xalqının qəhrəman oğlu, əzizimiz Meh-
di. Azadlıq naminə göstərdiyin ölməz
rəşadət dostlarının qəlbində daim yaşa-
yacaqdır”.
1957-ci il aprel ayının 11-də SSRİ
Ali Soveti Rəyasət Heyətinin Fərmanı
ilə Böyük Vətən müharibəsi illərində
faşist işğalçılarına qarşı mübarizədə
göstərdiyi qəhrəmanlığa görə Mehdi
Hənifə oğlu Hüseynzadəyə ölümündən
13 il sonra Sovet İttifaqı Qəhrəmanı adı
verilmişdir. Yazıçılarımızdan İmran Qa-
sımov və Həsən Seyidbəylinin Mehdi
Hüseynzadənin bədii surətini yaratdıq-
ları “Uzaq sahillərdə” povesti əsasında
eyniadlı bədii film çəkilmişdir.
Partizana Nova Qoritsa şəhəri ya-
xınlığındakı Şempas qəsəbəsində abidə
ucaldılmışdır. Azərbaycan Respublika-
sının Prezidenti İlham Əliyev və Slo-
veniya Respublikasının Prezidenti Da-
nilo Türk 2011-ci il iyun ayının 10-da
Novo Qoritsa şəhərində Sovet İttifaqı
Qəhrəmanı, Azərbaycan xalqının igid
oğlu Mehdi Hüseynzadənin memorialı-
nı ziyarət etmiş və memorial muzeyin
açılışında iştirak etmişlər. Xalqımızın
qəhrəmanlıq tarixində mühüm yeri
olan Mehdi Hüseynzadənin memorial
muzeyindəki bütün eksponatlar onun
adı ilə bağlıdır. Muzeydə Mixaylonun
abidəsi də qoyulmuşdur. Vaxtilə ona
məxsus olan döyüş sursatları, şəxsi
əşyalar da muzeydə nümayiş etdirilir.
Mehdi Hüseynzadə haqqında çəkilmiş
“Uzaq sahillərdə” filmindən fotolar da
bura gələnlərə xalqımızın igid oğlunun
xatirəsinin hər zaman soydaşlarımızın
qəlbində yaşadığını bir daha nüma-
yiş etdirir. Bir sözlə, memorial muze-
yin yaradılması bu torpaqların faşizm
təhlükəsindən azad olunması yolunda öz
canından keçmiş Mehdi Hüseynzadənin
xatirəsinə həm Azərbaycan, həm də
Sloveniya hökumətinin ehtiramını
göstərir.
Dostları ilə paylaş: