368
Dövlət xadimi
Siyasət.Hərbi iş
100
illiyi
Kamran Hüseynov
1913-2006
DEKABR
Kamran Əsəd bəy oğlu Hüsey-
nov 1913-cü il dekabr ayının 15-də
Zəngəzur qəzasının Çərəli kəndində
anadan olmuşdur. O, əmək fəaliyyətinə
gənc yaşlarından başlamış, 1934-cü
ildən etibarən isə Bakı neft sənayesində
müxtəlif vəzifələrdə çalışmışdır.
Kamran Hüseynov 1938-1940-cı
illərdə Xarkov İnşaat Mühəndisləri
İnstitutunda, 1940-1941-ci illərdə
Azərbaycan Sənaye Akademiyasın-
da təhsil almışdır. O, 1949-cu ildə
Azərbaycan Dövlət Pedaqoji İnstitutu-
nun tarix fakültəsini və respublika Ali
Partiya Məktəbini bitirmişdir.
Kamran Hüseynov 1941-1944-
cü illərdə iqtisadiyyatın müxtəlif
sahələrində
fəaliyyət göstərmiş,
1944-1945-ci illərdə Sumqayıt ra-
yon Partiya Komitəsinin sənaye və
kadr işləri üzrə katibi, 1945-1947-ci
illərdə indiki Binəqədi rayon Partiya
Komitəsinin birinci katibi işləmişdir.
1949-1952-ci illərdə Mingəçevirdə
aparılan inşaat işlərinin rəhbərlərindən
biri olmuş Kamran Hüseynov 1952-
1953-cü illərdə Neftçala rayon Parti-
ya Komitəsinin birinci katibi, 1953-
1958-ci illərdə isə Sumqayıt şəhər
Partiya Komitəsinin birinci katibi
vəzifələrində çalışmışdır.
Kamran Hüseynov 1958-1961-ci
illərdə respublika Həmkarlar İttifaqla-
rı Şurasının sədri olmuş, 1961-1968-ci
illərdə Moskva şəhərində Ümumittifaq
Həmkarlar İttifaqları Mərkəzi Şurası-
nın katibi işləmişdir. Kamran Hüsey-
nov 1968-1980-ci illərdə Azərbaycan
SSR Nazirlər Soveti sədrinin müavini
olmuşdur. O, 1980-1993-cü illərdə res-
publika Ticarət və Sənaye Palatasının
sədri, 1993-cü ildən isə həmin Palata-
nın müşaviri olmuşdu.
Kamran Hüseynov Azərbaycanın
ictimai-siyasi həyatında uzun
illər səmərəli fəaliyyət göstərən
şəxsiyyətlərdən idi. Onun dövlət
idarəçiliyi və iqtisadiyyatın müxtəlif
sahələrində gördüyü işlər böyük bir döv-
rü əhatə etmişdir. O, sıravi fəhləlikdən
başlamış strateji əhəmiyyətli mühüm
dövlət obyektlərinin tikilib istisma-
ra verilməsinə qədər çalışdığı bütün
sahələrdə yüksək peşəkarlıq, fədakarlıq
və yüksək təşkilatçılıq qabiliyyəti nü-
mayiş etdirmişdir. Azərbaycanda yeni
yaşayış məntəqələrinin salınmasında,
onların sənaye mərkəzlərinə çevrilərək
inkişaf etməsində Kamran Hüsey-
novun xidmətləri təqdirəlayiqdir.
Tutduğu vəzifələrdən, gördüyü
işlərdən asılı olmayaraq, onun möv-
qeyi daim öz vətənpərvərlik ruhu ilə
səciyyələnmişdir. O, 1967-ci ildə tarix
elmləri doktoru elmi dərəcəsi almış-
dır.
Kamran Hüseynov Azərbaycanın
ictimai-siyasi həyatının fəal iştirak-
çısı kimi yaxşı tanınmışdı. O, uzun
illər Azərbaycan Respublikası Ali
Sovetinin, eləcə də RSFSR Ali Sove-
tinin deputatı kimi səmərəli fəaliyyət
göstərmişdir.
Kamran Hüseynovun xidmətləri
dövlət tərəfindən yüksək qiymət-
ləndirilmişdir. O, bir sıra orden və
medallara layiq görülmüş, o cümlədən
müstəqil Azərbaycan Respublikasının
ali mükafatı - “Şöhrət” ordeni ilə təltif
edilmişdir.
Tanınmış ictimai xadim,
Azərbaycan Respublikası Preziden-
tinin fərdi təqaüdçüsü Kamran Əsəd
oğlu Hüseynov 2006-cı il aprel ayının
20-də vəfat etmişdir.
Dostları ilə paylaş: