Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə458/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   454   455   456   457   458   459   460   461   ...   538
İ n t e r n e t d ə

www.anl.az

www. az.wikipedia.org

www.milliqahraman.az

www.muallim.edu.az

3

Milli Qəhrəman


366

Milli Qəhrəman

Milli Qəhrəmanlar

40 

illiyi

Səxavət Məhərrəmov 

1973-1992   

DEKABR

Səxavət Ələmdar oğlu Məhərrəmov 

1973-cü il dekabr ayının 5-də  Qərbi 

Azərbaycanın Amasiya rayonunda 

anadan olmuşdur. 1988-ci ildə erməni 

faşistləri azərbaycanlıları buradan de-

portasiya edərkən onun ailəsi Gür-

cüstana köçmüş, sonra isə Lökbatan 

qəsəbəsində məskunlaşmışlar. 

Səxavət 1990-cı ildə burada 106 

saylı məktəbi bitirmişdir. Milli Azadlıq 

hərəkatının fəal üzvlərindən biri olur. 

1991-ci ilin noyabrında O, könüllü ola-

raq  əvvəlcə Daxili Qoşunlarda, sonra 

isə yenicə yaranmış Milli ordu sırala-

rında hərbi xidmətə başlamışdır. Bir 

çox döyüşlərdə rəşadət  nümayiş etdir-

mişdir.  1992-ci il  iyun ayının 27-də  

Ağdərənin Möhrədağ  kəndi uğrunda 

qanlı döyüşlər gedirdi, onlarla erməni 

yaraqlısı məhv edildikdən sonra bölmə 

geri dönərkən meşədə mühasirəyə düş-

müş, 19 yaşlı  Səxavət canından  əziz 

tutduğu vətən uğrunda qəhrəmancasına 

həlak olmuşdur.

Subay idi.

Azərbaycan Respublikası Preziden-

tinin 6 noyabr 1992-ci il tarixli 290 

saylı Fərmanı ilə Məhərrəmov Səxavət 

Ələmdar oğlu ölümündən sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 

adına layiq görülmüşdür. 

Bakı  şəhərinin  Şəhidlər Xiyabanın-

da dəfn edilmişdir.

Lökbatan qəsəbəsindəki 106 saylı 

məktəbə  qəhrəmanın adı verilmiş, bu-

rada büstü qoyulmuşdur.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   454   455   456   457   458   459   460   461   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin