364
Milli Qəhrəmanlar
60
illiyi
Ənvər Arazov
1953-1992
DEKABR
Ənvər Talış oğlu Arazov 1953-cü
il dekabr ayının 2-də Gəncə şəhərində
anadan olmuşdur. Həmin şəhərdəki
15 nömrəli orta məktəbin səkkizinci
sinfini bitirmiş, sonra texniki peşə
məktəbində oxumuşdu. Bir müddət
əmək fəaliyyəti ilə məşğul olduqdan
sonra Gəncə Politexnik Texnikumuna
daxil olmuşdur.
1974-cü ildə hərbi xidmətə çağı-
rılan Ənvər Murmansk vilayətində
Şimal Hərbi Dəniz Donanmasında
xidmət etmişdi. Hərbi xidmətini başa
çatdırdıqdan sonra Gəncəyə dönmüş,
büllur zavodunda işləməyə başlamışdı.
Ə.Arazov eyni zamanda yarımçıq qal-
mış təhsilini davam etdirərək, 1980-ci
ildə texnikumu müvəffəqiyyətlə bi-
tirmiş, zavodda əvvəlcə nizamlayıcı,
sonra növbə ustası kimi çalışmağa
başlamışdır.
1988-ci ildə ermənilər Dağ-
lıq Qarabağ ərazisində müharıbəyə
başlayarkən Daxili İşlər Nazirliyində
işə qəbul olunaraq cəbhəyə yollanmış,
1989-cu ildə Çaykəndin alınması uğ-
runda gedən döyüşlərdə iştirak etmiş-
dir.
1992-ci ildə Gəncədə Milli Müdafiə
Qərargahının müdirinin II müavini
olmuşdur. 1992-ci ilin avqustunda
Tərtərdə alay komandiri təyin olun-
muşdur. Göstərdiyi sücaətlərə görə
ona polkovnik rütbəsi verilmişdir.
Ağdərə rayonunda bir çox uğurlu
əməliyyatlarda iştirak etmişdi.1992-ci
il noyabrın 1-dən 2-nə keçən gecə Ağ-
dam rayonunun Sırxavənd kəndində
erməni quldurları ilə qeyri-bərabər
döyüşə girərək, mərdliklə həlak ol-
muşdur.
Azərbaycan Respublikası Prezi-
dentinin 6 noyabr 1992-ci il tarixli 290
nömrəli Fərmanı ilə Arazov Ənvər Talış
oğlu ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adına layiq
görülmüşdür.
Gəncə şəhərindəki Şəhidlər Xiya-
banında dəfn olunmuşdur.
Dostları ilə paylaş: