370
Dövlət xadimi
Siyasət.Hərbi iş
65
illiyi
Ramil Usubov
1948
DEKABR
Ramil İdris oğlu Usubov 1948-ci il
dekabr ayının 22-də Xocalı şəhərində
anadan olmuşdur.
1973-cü ildə N.Rzayev adına Bakı
Xüsusi Orta Milis məktəbini, 1980-ci
ildə isə keçmiş SSRİ DİN-in Polis Aka-
demiyasını bitirmişdir.
Əmək fəaliyyətinə 1970-ci ildə
Azərbaycan Respublikası Xankəndi
Daxili İşlər İdarəsində polis nəfəri kimi
başlamışdır. 1973-cü ildən Xankəndi
DİŞ Cinayət-axtarış qrupunda əməliyyat
müvəkkili, Şuşa rayon DİŞ cinayət-
axtarış bölməsinin rəisi, Xankəndi
Daxili İşlər İdarəsi rəisinin müavi-
ni, Əli Bayramlı (indiki Şirvan) şəhər
DİŞ-in rəisi vəzifələrində işləmişdir.
1987-1989-cu illərdə Naxçıvan Mux-
tar Respublikasının Daxili İşlər na-
ziri təyin olunmuş, 1989-1993-cü
illərdə Azərbaycan Respublikası DİN-
in Cinayət Axtarış İdarəsinin rəisi,
Pasport İşləri, Viza və Qeydiyyat
İdarəsinin rəisi, Kadrlar İdarəsinin şöbə
rəisi vəzifələrində çalışmışdır. Naxçı-
van Muxtar Respublikası Ali Məclisi
Sədrinin 11 avqust 1993-cü il tarixli
Fərmanı ilə yenidən Naxçıvan Muxtar
Respublikası Daxili İşlər naziri təyin
olunmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 29 aprel 1994-cü il tarixli 140
nömrəli Fərmanı ilə Azərbaycan Res-
publikasının Daxili İşlər naziri təyin
edilmişdir.
Azərbaycan Respublikası Prezidenti-
nin 3 may 1994-cü il tarixli 144 nömrəli
Fərmanı ilə Ramil Usubova general-
mayor, 26 dekabr 1995-ci il tarixli 418
nömrəli Fərmanı ilə general-leytenant,
15 yanvar 2002-ci il tarixli 637 nömrəli
Fərmanı ilə general-polkovnik hərbi
rütbəsi verilmişdir.
Ramil Usubov Azərbaycan Respub-
likasının Konstitusiya dövlət qurulu-
şunun müdafiəsində, cinayətkarlıqla
mübarizənin, ictimai təhlükəsizliyin
və əmin-amanlığın təmin edilməsində,
ölkədə dönməz sabitliyin əldə olu-
nub, qorunub saxlanılmasında xüsusi
xidmətlərinə görə Azərbaycan Respub-
likası Prezidentinin 24 dekabr 1998-
ci il tarixli 41 nömrəli Fərmanı ilə
“Azərbaycan Bayrağı” ordeni ilə təltif
olunmuşdur.
Azərbaycanın beynəlxalq polis struk-
turlarına inteqrasiya olunmasında, dün-
ya birliyi dövlətlərinin müvafiq qurum-
ları ilə faydalı qarşılıqlı əlaqələrin təşkil
edilməsində transmilli cinayətkarlığa
qarşı mübarizə sahəsində əməkdaşlığın
möhkəmləndirilməsində xüsusi xid-
mətləri olmuş, bu sahədə uğurlu
nəticələrinə və müsbət göstəricilərinə
görə çox sayda müxtəlif yüksək müka-
fatlara layiq görülmüşdür.
2009-cu ildə Polşa Prezidenti-
nin sərəncamı ilə iki ölkə arasında
münasibətlərin inkişafına göstərdiyi
xidmətlərə görə “Böyük zabit” ordeni
ilə təltif olunmuşdur.
Dostları ilə paylaş: