Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə467/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   463   464   465   466   467   468   469   470   ...   538
Ə d ə b i y y a t

Kvant mexanikası [Mətn]: ali məktəblər üçün dərs vəsaiti /A.Muxtarov; elmi red. R.Muradov; rəy.: N.Quliyev, S.Hacıyev.- Bakı: Bakı 

Universiteti, 2007.- 656 s. 

Fizikadan olimpiada məsələləri [Mətn]: (həlli ilə) /A.Muxtarov, Ş.Həmidov; rəy. Q.Əfəndiyev.- Bakı: Maarif, 1987.- 122 s.

Statistik fizika [Mətn] /A.Muxtarov; red. Y.Seyidov; Azərb. SSR Nazirlər Sovetinin Ali və Orta İxt. Təhsili Komitəsi, S.M.Kirov ad. ADU.-

Bakı: Azərtədrisnəşr, 1961.- 275 s.

İnternetdə

www.azerilobbi.com

www.seyranfizik.narod.ru

www.e-qanun.az

24


373

Riyaziyyat.Fizika.Astronomiya

80

 illiyi

Eldar Salayev

 1933    

DEKABR

Eldar Yunis oğlu Salayev 1933-cü 

ildə dekabr ayının 31-də Naxçıvan 

şəhərində anadan olmuşdur. 

1956-cı ildə Azərbaycan Dövlət 

Universitetini (BDU) bitirmişdir.

1970-1973-cü illərdə Azərbaycan 

Elmlər Akademiyasının Fizika İnstitu-

tunda elmi işlər üzrə direktor müavini, 

1973-cü ildə isə  həmin institutun di-

rektoru olmuşdur.

1975-ci ildə  fizika-riyaziyyat elm-

ləri doktoru alimlik dərəcəsini, 1979-

cı ildə professor adını almışdır.

1980-cı ildə EA-nın müxbir üzvü, 

1983-cü ildə isə  həqiqi üzvü, 1983-

1997-ci illərdə Azərbaycan EA-nın 

prezidenti seçilmişdir. 

E.Y.Salayev bərk cisim fizikası, 

kvant elektronikası  və fotoelektroni-

ka sahəsində görkəmli alimdir. Əsas 

işləri yarımkeçiricilərin tədqiqinə 

müxtəlif halların enerji spekterlərinin 

öyrənilməsinə aiddir. Salayev sürətli 

elektronlar dəstəsi vasitəsilə ilk dəfə 

laylı kristallarda induksiyalanmış  şü-

alanmanı  aşkara çıxarmış  və bu si-

nif yarımkeçiricilərdə qeyri-xətti 

optik xassələri öyrənmişdir. Həmin 

tədqiqatlar lazer şüaları çeviricilərinin 

yaranmasına imkan vermişdir. Sala-

yevin rəhbərliyi ilə yarımkeçiricilər 

əsasında deflektor, deşifrator, 

fotoqəbuledicilər, elektron mikro-

soyuducuları, metroloji tətdqiqatlar 

üçün qurğular yaradılmışdır. Xüsusi 

təyinatlı, analoqu olmayan optoelekt-

ron sistem və cihazların istiqamətinin 

yaradıcısıdır. Bu sistem və cihazlar, 

kosmik aparatlar hərbi sənayedə  və 

digər sahələrdə geniş tətbiq olunmuş-

dur.


 4   monoqrafiyanın, dünyanın mö-

təbər jurnallarında dərc olunmuş 250-

dən artıq elmi məqalənin, 100-ə qədər 

ixtiranın müəllifidir. Yüksəkixtisaslı 

kadrların hazırlanmasında xidmətləri 

olmuşdur. 

Eldar Salayev 1972-ci ildə 

Azərbaycan Dövlət mükafatı laureatı 

olmuş, 1990-cı ildə    “Əməkdar elm 

xadimi” fəxri adına layiq görülmüş, 

akademik S.İ.Vavilov, H.Z.Tağıyev, 

N.Nərimanov adına, Avropa Türk-

İslam Cəmiyyəti mükafatlarının laure-

atı, İslam Akademiyasının üzvüdür. 




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   463   464   465   466   467   468   469   470   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin