379
Tarixdə bu gün
Ümummilli lider Heydər Əliyev ABŞ-ın
Klivlend klinikasında vəfat etmişdir
2003
DEKABR
2003-cü il dekabr ayının 12-də
Azərbaycanın görkəmli siyasi və
dövlət xadimi, xalqımızın ümummil-
li lideri, Azərbaycanın eks Prezidenti,
Yeni Azərbaycan Partiyasının sədri
Heydər Əliyev Amerika Birləşmiş
Ştatlarının Klivlend Klinikasında
vəfat etmişdir.
Azərbaycanın son otuz ildən artıq
bir dövrünü əhatə edən tarixi və taleyi
ümummilli lider Heydər Əliyevin adı
ilə qırılmaz tellərlə bağlıdır. Bu illər
ərzində xalqın ictimai-siyasi, iqtisadi
və mədəni həyatının bütün sahələrində
dirçəliş, məhz, onun adı ilə bağlıdır.
Heydər Əliyev rəhbərlik etdiyi bu
dövr ərzində daim tərəqqisi üçün ça-
lışdığı, zəngin mədəniyyəti, böyük
tarixi keçmişi ilə həmişə qürur duy-
duğu və gələcək nəsillərin taleyi üçün
düşündüyü doğma yurdu Azərbaycanı
bir dövlət kimi zamanın ağır və sərt
sınaqlarından çıxarmışdır.
12 dekabr - Bu gün bütün dün-
ya azərbaycanlıları milli liderimiz
Heydər Əliyevin əziz xatirəsini yad
edir. O indi aramızda olmasa da, yox-
luğuna inanmaq çox çətindir. Çün-
ki bizi əhatə edən gözəl Bakımız,
əzəmətli Azərbaycanımız milli lide-
rimiz Heydər Əliyevin əməlləri ilə
əhatə olunmuşdur. Son illər ölkəmizdə
görülmüş və müvəffəqiyyətlə davam
etdirilən quruculuq işləri, respublika-
mızın hərtərəfli sosial-iqtisadi inkişa-
fı, xalqımızın rifahının yüksəldilməsi
istiqamətində həyata keçirilmiş ge-
nişmiqyaslı tədbirlər Heydər Əliyev
şəxsiyyətinin unudulmaz xatirəsinə
ən böyük ehtiramdır.
Bütün mənalı həyatını öz xalqına
bəxş etmiş Heydər Əliyevin siyasi və
dövlət xadimi kimi zəngin fəaliyyəti
Azərbaycan xalqının tarixində dərin
iz buraxaraq, əsl dövlət idarəçiliyi
məktəbinə çevrilmişdir. Azərbaycan
xalqının hələ neçə-neçə nəsli bu bö-
yük məktəbdən, Heydər Əliyevin
zəngin siyasi irsindən ölkəmizin inki-
şafı, xalqımızın rifahı naminə fayda-
lanacaqdır.
Heydər Əliyev bizim dahi mü-
asirimizdir. bu faktın özü hər bir
azərbaycanlı üçün qürur və iftixar
mənbəyidir. Heydər Əliyev eyni za-
manda, taleyin xalqımıza bəxş etdiyi
böyük tarixi şəxsiyyətdir.
Deyirlər dahilər yüz ildən, min
ildən bir dünyaya gəlir... Böyük tari-
xi olan Azərbaycan əsrlər boyu çox
dahilər yetişdirmişdi... Ancaq belə
dahi insan dünyaya nə gəldi, nə də
çətin ki, bundan sonra gələ...
Heydər Əliyev Bakıda, Fəxri Xi-
yabanda, ömür-gün yoldaşı, akademik
Zərifə xanım Əliyevanın yanında dəfn
olunmuşdur. Onun məzarı qədirbilən
Azərbaycan xalqının müqəddəs
ziyarətgahına çevrilmişdir.
Biz həmişə onunla fəxr etmişik, bu
gün də fəxr edirik..
Necə ki o, azərbaycanlı olduğu
üçün fəxr edirdi!
Dostları ilə paylaş: