Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə474/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   470   471   472   473   474   475   476   477   ...   538
Ə d ə b i y y a t

Sadıqov, Ə. Rabitə sistemi 

dinamik inkişaf edir: 6 

dekabr Rabitə və İnforma-

siya Texnologiyaları sahəsi 

işçilərinin peşə bayramı 

günüdür [Mətn] //Respubli-

ka.- 2008.- 6 dekabr.- S.2.

İ n t e r n e t d ə

www.anl.az

www.aztelekom.org

www.ict.az

www.mincom.gov.az

6


378

Tarixdə bu gün

95 

illiyi

Azərbaycan Cümhuriyyəti 

Parlamentinin açılışı 

1918  

DEKABR

Azərbaycan Xalq Cümhuriyyəti və 

onun Parlamenti çox çətin və mürəkkəb 

bir tarixi dövrdə meydana gəlmişdir. 

Parlamentin açılışı 1918-ci il dekabr 

ayının 3-nə təyin olunmuşdu. Lakin, Ba-

kıda fəaliyyət göstərən rus və erməni Mil-

li Şuraları əleyhinə olduqları Azərbaycan 

Parlamentinin açılmasına hərtərəfli mane 

olduqları üçün Parlamentin ilk iclasının 

açılışı dekabr ayının 7-nə keçirilmiş-

di. Həmin gün gündüz saat 13:00-da 

H.Z.Tağıyevin Nikolayev küçəsində 

yerləşən keçmiş  qız məktəbinin bina-

sında müsəlman  Şərqində ilk parla-

mentin birinci iclası  təntənəli  şəraitdə 

açılmışdı. Azərbaycan Milli Şurasının 

sədri M.Ə.Rəsulzadə böyük təbrik nitqi 

söyləmişdir.

Parlamentin təşkili haqqında qəbul 

edilmiş qanunda onun 120 nəfərdən 

ibarət olması  nəzərdə tutulmuşdusa 

da, müxtəlif  səbəblərdən heç vaxt bu 

sayda deputat olmamışdır. Artıq 1919-

cu ilin axırına yaxın Parlamentdə II 

müxtəlif partiya fraksiyası  və qrupunu 

cəmi 96 deputat təmsil edirdi. Buradakı 

siyasi partiyalar və qrupların qüvvələr 

nisbəti aşağıdakı kimi idi: “Müsavat” və 

bitərəflər fraksiyası (39 nəfər), “İttihad” 

(13 nəfər), “Əhrar” (6 nəfər), sosialistlər 

bloku (13 nəfər), partiyasızlar (4 nəfər), 

müstəqillər (3 nəfər), erməni fraksiya-

sı (5 nəfər), daşnaksütun fraksiyası (6 

nəfər), azlıqda qalan millətlər fraksiyası 

(4 nəfər). Azərbaycan Parlamentinin ilk 

iclaslarında onun işində iştirak edən parti-

ya fraksiya və qrupları öz fəaliyyət proq-

ramları haqqında bəyanatlar vermişlər. 

Bu bəyanatlarda ümumi bir məqsəd 

diqqəti cəlb edirdi - gənc Azərbaycan 

Cümhuriyyətinin müstəqilliyi və  ərazi 

toxunulmazlığını, milli və siyasi hüquq-

larını qoruyub saxlamaq, Azərbaycan 

xalqının və hökumətinin digər xalq-

lar və hökumətlərlə, xüsusilə qonşu 

hökumətlərlə dostluq əlaqələrini yarat-

maq və möhkəmləndirmək, respublikada 

hüquqi-demokratik dövlət quruluşunu 

bərqərar etmək, geniş sosial islahatlar 

həyata keçirmək, ölkəni müdafiə edə 

biləcək güclü ordu yaratmaq. Cəmi 17 

ay fəaliyyət göstərməsinə baxmayaraq 

Azərbaycan Xalq Cümhuriyyətinin Par-

lamenti özünün həyatiliyi və yüksək 

işgüzarlıq qabiliyyətini sübut etmiş-

di. O göstərmişdi ki, Azərbaycan xal-

qı  həqiqətən parlament idarəçiliyi 

səviyyəsinə yüksəlmişdir. O vaxt 

Azərbaycan Cümhuriyyəti bütün 

müsəlman  Şərqində yeganə parlamentli 

respublika idi. 

Özünün 17 aylıq fəaliyyəti dövründə 

Azərbaycan Xalq Cümhuriyyəti Par-

lamentinin 145 iclası keçirilmişdir.  İlk 

iclas 1918-ci il dekabr ayının 7-də, son 

iclas isə 1920-ci il aprel ayının 27-də ol-

muşdur. 


Parlamentdə müzakirə olunan qanun-

lar bir qayda olaraq yalnız üçüncü oxunuş-

dan sonra qəbul olunurdu. Öz fəaliyyəti 

dövründə Azərbaycan Cümhuriyyəti 

Parlamentinin müzakirəsinə 270-dən yu-

xarı qanun layihəsi çıxarılmışdır ki, on-

lardan da 230-a yaxını təsdiq edilmişdir. 

Parlamentin fəaliyyəti bilavasitə onun 

nizamnaməsi rolu oynayan “Azərbaycan 

Parlamentinin nakazı (təlimatı)” ilə 

tənzimlənirdi.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   470   471   472   473   474   475   476   477   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin