Ə d ə b i y y a t
Abdullayeva, F. Xanım
zabitlərimiz və... gene-
ralımız: [Mətn] Onların
arasında təyyarəçilər, gəmi
kapitanları, tibb işçiləri də
olub //Mədəniyyət.- 2010.- 5
mart.- S. 8.
25
25
Məmməd Mirzə oğlu Mövsümzadə 1908-ci il
dekabr ayının 25-də Bakıda anadan olmuşdur.
1930-1938-ci illərdə Bakının müxtəlif ali mək-
təblərində müəllimlik etmiş, 1939-1960-cı illərdə
Azərbaycan Tibb İnstitutunda dosent, professor və
kafedra müdiri işləmişdir.
1939-1948-ci illərdə Azərbaycan Sənaye İnstitu-
tunun kimya fakültəsinin dekanı olmuş, 1945-ci
ildə kimya elmləri doktoru, 1947-ci ildə professor
elmi adını almışdır.
Əsas elmi işləri α-oksidlər sahəsindədir.
α-oksid almaq üçün olefinlərin hipoxloridlə
oksidləşdirilməsi üsulunu təklif etmiş, trime-
tiletilenoksiddən izopen və metilizopropilketon al-
mış, bu keton vasitəsilə yağları parafinsizləşdirməyin
mümkün olduğunu göstərmiş, bromla oksidlərdən
alınan kompleks birləşmələrin aşağı temperaturda
reaksiya qabiliyyətini öyrənmiş, daxili molekulyar
əlaqəli üzvi sintezlər aparmış və üzvi kimyanın
bəzi nəzəri məsələlərini aydınlaşdırmışdır.
1950-1960-cı illərdə D.İ.Mendeleyev adına
Ümumittifaq Kimyaçılar Cəmiyyəti Azərbaycan
İdarəsinin sədri olmuşdur. “Şərəf nişanı” ordeni və
medallarla təltif edilmişdir.
1967-ci ildən Azərbaycan EA-nın müxbir üzvü,
1971-ci ildə “Əməkdar elm xadimi” fəxri adlarını
almışdır. M.Mövsümzadə 1984-cü ildə vəfat et-
mişdir.
Dostları ilə paylaş: |