Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə478/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   474   475   476   477   478   479   480   481   ...   538
Ə d ə b i y y a t

Qasımova, F. 18 sentyabr: Xankəndlilərin yaddaşından silinməyən gün [Mətn] /F.Qasımova 

//525-ci qəzet.- 2011.- 20 sentyabr.- S.5.

26


381

Tarixdə bu gün

5

 illiyi

Beynəlxalq Muğam Mərkəzi

2008

DEKABR

2008-ci il dekabr ayının 27-də 

Bakıda, Dənizkənarı Milli Parkda 

Beynəlxalq Muğam Mərkəzinin açılışı 

olmuşdur.

Heydər  Əliyev Fondunun milli 

mənəvi dəyərlərimizin qorunması  və 

dünyada geniş təbliği ilə bağlı reallaş-

dırdığı möhtəşəm layihələr sırasında 

xüsusi  əhəmiyyəti olan bu mərkəzin 

inşası, fondun prezidenti, YUNESKO 

və  İSESKO-nun xoşməramlı  səfiri, 

Milli Məclisin deputatı Mehriban 

Əliyevanın təşəbbüsü ilə həyata keçi-

rilmişdir. Belə bir mədəniyyət ocağı-

nın tikilməsi, muğamın daha da inkişaf 

etdirilməsi və  təbliği üçün görkəmli 

xanəndələrin, muğam bilicilərinin işti-

rakı ilə “dəyirmi masa” keçirilmiş  və 

Bakıda Beynəlxalq Muğam Mərkəzinin 

yaradılması  qərara alınmışdı. Bundan 

sonra 2005-ci il aprelin 6-da Prezident 

İlham Əliyev Bakıda Beynəlxalq Mu-

ğam Mərkəzinin yaradılması haqqında 

sərəncam imzalamışdır. Beləliklə, xal-

qımızın qədim mədəni irsinin ölməz 

nümunəsi, Azərbaycan musiqisinin 

zəngin fəlsəfi təməl üzərində təşəkkül 

tapmasında  əvəzsiz rol oynayan mu-

ğama möhtəşəm abidə ucaldılması 

istiqamətində ciddi addım atılmış-

dır. Azərbaycan muğamının bəşər 

mədəniyyətinin nadir inciləri ilə bir 

sırada YUNESKO-nun Dünya irs si-

yahısına daxil edilməsi isə bütövlükdə 

onun nə dərəcədə bənzərsiz sənət növü 

olduğunu bir daha təsdiqləyir.

2005-ci ilin avqustunda Prezi-

dent  İlham  Əliyevin və ölkəmizin bi-

rinci xanımı Mehriban Əliyevanın, 

YUNESKO-nun baş direktoru Koişi-

ro Matsuuranın iştirakı ilə  təməli qo-

yulmuş Beynəlxalq Muğam Mərkəzi 

ümumi sahəsi 7,5 min kvadratmetr olan 

üçmərtəbəli binadan ibarətdir. Dünyada 

tanınan  ərəb  əsilli memar Zaha Radi-

dinin layihəsi olan Mərkəzin səmadan 

görünüşü Azərbaycanın qədim musi-

qi alətlərindən olan tar çanağı forma-

sındadır.  Ən müasir texnologiyadan 

istifadə edilməklə tikilən bina üçün la-

zımi avadanlıq İtaliya, Avstriya, Fran-

sa və Türkiyədən gətirilmişdir.  İnşaat 

işləri zamanı 2 mindən çox müxtəlif 

ölçülü şüşədən istifadə olunmuşdur.

Yaxşı akustikası olan salonda milli 

musiqi və estrada-caz konsertləri üçün 

hər cür imkan var.

Azərbaycan-YUNESKO  əməkdaş-

lığının bəhrəsi olan Beynəlxalq Mu-

ğam Mərkəzində 350 yerlik konsert 

salonu, klub, 80 nəfərlik restoran, 

dərs otaqları, səsyazma studiyası var-

dır. Bina müasir havalandırma və is-

tilik sistemləri ilə  təchiz edilmişdir. 

Azərbaycanın Muğam Mərkəzinin qa-

pısını açanlar tarın qolunu xatırladan 

dəhlizdə, adları Azərbaycan xalq mu-

siqisi tarixi səhifəsinə  qızıl hərflərlə 

yazılmış Mirzə Sadıqcan, Cabbar Qar-

yağdıoğlu, Keçəçioğlu Məhəmməd, 

Xan  Şuşinski, Bülbül və b. kimi 30 

məşhur ifaçıya qoyulmuş büstlərin 

arasından keçirlər.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   474   475   476   477   478   479   480   481   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin