382
DEKABR
1
Tarixdə bu gün
Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
1991
DEKABR
31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik günü - Azərbaycan millətinin bir-
lik şüarının simvolik günüdür. Bu bayram ayrı-
ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr
qurmaq, onlar arasında birlik və həmrəylik
yaratmaq işində mühüm rol oynayır. Dünya
Azərbaycanlılarının Həmrəylik gününün qeyd
edilməsi bütün dünya azərbaycanlıları tərəfindən
artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.
Azərbaycanlıların yaşadıqları, fəaliyyət
göstərdikləri və çoxluq təşkil etdikləri Avropa
ölkələrində bu tendensiya özünü yüksək səviyyədə
göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı
Azərbaycan diaspor təşkilatları öz qüvvələrini
səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı
cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət
və qurumlar halında birləşmək baxımından dünya-
nın sivil nöqtələrindən biri olan Avropada mühüm
əhəmiyyət kəsb edir.
31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü bayramı dünyanın 70-dən çox
ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur.
Həmrəylik günü Azərbaycan diasporu üçün ən
mühüm bayrama çevrilmiş, Yeni il isə ikinci pla-
na keçmişdir. Həmrəylik gününü hətta milliyyətcə
azərbaycanlı olmayıb, lakin Azərbaycanda do-
ğulub böyümüş, Azərbaycan əsilli diaspor
nümayəndələri də qeyd edirlər.
Azərbaycanlılar minilliklər boyu özlərinin
doğma torpağı olan tarixi Azərbaycan ərazisində
yaşayaraq dünya sivilizasiyasına böyük
töhfələr vermişlər. Müharibələr, inqilablar,
hərbi münaqişələr, dünyada gedən müxtəlif ic-
timai-siyasi proseslər nəticəsində Azərbaycan
parçalanmış, azərbaycanlıların bir qismi öz
yurd-yuvalarından didərgin salınmış, deportasi-
yalara məruz qalmış, bir-birindən ayrı düşmüş-
dür. İş tapmaq, təhsil almaq məqsədilə doğma
yurdu tərk edərək başqa ölkələrdə qərar tutub
yaşayan azərbaycanlılar da vardır. Beləliklə də,
azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından
bütün dünyaya yayılmışlar. Hazırda onlar dün-
yanın bir çox ölkələrində yaşayırlar. Rusiyada,
Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər
ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Ame-
rikada, Şərq ölkələrində iri Azərbaycan icmaları
yaranmışdır.
SSRİ-nin son günləri, Azərbaycan millətinin,
Arazın hər iki sahilində sərhəd yürüyüşü, dəmir
tikanlı məftilləri qırması, özünü suya vurub öz
doğma qardaş bacısına qovuşmaları iki totalitar
dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-
bu taylı millətin həftələrlə Araz qırağında gecə-
gündüz birləşmək şüarı, azərbaycanlıların bir
millət olduğunu dünya çapında bir daha canlandır-
dı. Həmrəylik günü, bu birləşmək istəyinin simvo-
lik nişanıdır.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü-
nün əsası 1989-cu il dekabrın axırlarında Naxçı-
vanda, sərhədlərin (SSRİ-İran sərhədləri) dağılma-
sı zamanı qoyulmuş, Şimali və Cənubi Azərbaycan
arasındakı sərhəd dirəkləri dağıdılmışdı. Bu vaxt
İstanbulda türkdilli xalqların Konfransı keçi-
rilirdi. Konfransda dünya azərbaycanlılarının
həmrəyliyinin qeyd olunmasına qərar verilmişdi.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Heydər Əliyev
dünya azərbaycanlılarının birliyini yaratmağın
əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya
Azərbaycanlılarının Həmrəylik Günü elan etmiş,
beləliklə, bütün azərbaycanlılar üçün əziz olan bu
gün bütün dünyada bayram edilir.
31