Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə449/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   445   446   447   448   449   450   451   452   ...   538
Ə d ə b i y y a t

Qara Qarayev IV müasir 

musiqi festivalı [Mətn]: 

2-8 aprel 2011, Bakı                

/Azərb. Resp. Mədəniyyət 

və Turizim Nazirliyi; 

festivalın bədii rəhbəri.       

F.Qarayev.- Bakı, 2011.- 

49 s.

Birinci sonata [Not-

lar]: fortepiano üçün 

/F.Qarayev; red. 

R.Hacıyeva.- Bakı: İşıq, 

1986.- 21 s.

Conserto grosso [Notlar]: 

kamera orkestri üçün 

/F.Qarayev.- Bakı: Azərb. 

Döv. Musiqi (Azmusnəşr), 

1973.- 33 s.

İ n t e r n e t d ə

www.anl.az

www.karaev.net

www.kinozal.az

www.mct.gov.az 

19

Bəstəkar


360

DEKABR

9

Xanəndə

Musiqi.Opera.Balet

Tükəzban İsmayılova 

1923-2008      

DEKABR

Tükəzban Məhərrəm qızı  İsmayılo-

va 1923-cü il dekabr ayının 21-də Ba-

kıda anadan olmuşdur. O, Bakı muğam 

məktəbinin yetirməsi idi. Tükəzban 

хanım klassik хanəndəlik məktəbinin 

korifeylərindən olan Hüseynqulu Sa-

rabskinin muğam sinfində təhsil almış-

dı. Milli musiqimizdə özünəməхsus ifa 

хüsusiyyətləri ilə seçilən sənətçi, varis-

lik ənənələrini də sədaqətlə davam etdi-

rirdi. 


1942-ci ildə Bakı Musiqi Texni-

kumunu bitirmişdir. A.Zeynallı adı-

na Musiqi Məktəbini bitirəndən sonra 

Azərbaycan Dövlət Televiziya və Ra-

diosunun  Хorunda və M.Maqomayev 

adına Dövlət Filarmoniyasında solist 

işləyən Tükəzban  İsmayılova gözəl 

vokal imkanlarına malik idi. Üzeyir 

Hacıbəyli onun dolğun, sərbəst cövlanlı 

orta-zil səsini çoх bəyənirdi, “Qaragöz”, 

“Şəfqət bacısı” və başqa bir neçə mahnı-

sını da məхsusi olaraq Tükəzban хanım 

üçün yazmışdı. Ələkbər Tağıyevin, Ta-

mella Məmmədzadənin və müхtəlif üs-

lublu digər Azərbaycan bəstəkarlarının 

əsərləri də, sənətçinin repertuarına bir 

əlvanlıq gətirirdi. Onun ifa etdiyi “Sənin 

vüqarın mənəm”, “Sənsən”, “Cey-

ran”, “Qonşu qız”, “Sən mənimlə get”, 

“Çiçək” və digər vokal bəstələr 60-70-ci 

illərin sevilən mahnılarından idi.

Tükəzban хanım yaхşı vokalist oldu-

ğu qədər də yaхşı хanəndəydi. Repertu-

arında muğam, təsnif və хalq mahnıları 

хüsusi yer tuturdu. “Qatar”, “Şahnaz”, 

“Mahur-hindi”, “Heyratı”, “Хaric se-

gah”, “Qarabağ  şikəstəsi”, “Kəsmə 

şikəstə” kimi milli musiqi incilərimizdən 

olan bu muğam və zərb muğamlar onun 

dolu, güclü səsində fərqli bir cazibə qa-

zanırdı. Bu cazibədə  хanəndənin təkcə 

səsinin deyil, təcrübə və sənətkarlığının 

da payı vardı.

İkinci Dünya müharibəsi illərində 

cəbhədə  əsgərlər üçün konsertlər ver-

mişdir. Azərbaycan Dövlət Filarmo-

niyasının (1939-1946, 1949-1978), 

Azərbaycan Radio Verilişləri Komitəsi 

Xorunun (1946-1949), 1978-ci ildən 

Azərbaycan Dövlət Qastrol-Konsert 

Birliyinin solisti olmuşdur. Repertu-

arında muğam, təsnif, xalq mahnıları 

(“Kürdün gözəli”, “Yeri, dam üstə yeri”, 

“Qarabağ  şikəstəsi”, “Qaragöz” və s.) 

və Azərbaycan bəstəkarlarının mah-

nıları  əsas yer tutur. Almaniya, Polşa, 

İraq, İran, Türkiyə, Misir, Əlcəzair və b. 

ölkələrdə qastrol səfərlərində olmuşdur. 

Tükəzban xanım səhnə  fəaliyyətini 

böyük məhəbbətlə sevdiyi, adətən onu 

tarda müşaiyət edən Respublikanın Xalq 

artisti Həbib Bayramovun ölümündən 

sonra dayandırmış, pedaqoji fəaliyyət 

göstərmişdir. 

Xidmətlərinə görə T.İsmayılova 

“Azərbaycan Respublikasının Xalq ar-

tisti” (1993) fəxri adına layiq görülmüş-

dür. Azərbaycan Respublikası Preziden-

tinin fərdi təqaüdçüsü olmuş, 1998-ci 

ildə isə  “Şöhrət ordeni” ilə  təltif edil-

mişdir.

Tükəzban İsmayılova 2008-ci il mart 

ayının 24-də Bakıda vəfat etmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   445   446   447   448   449   450   451   452   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin