356
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
85
illiyi
Şamil Fətullayev
1928
DEKABR
Şamil Seyfulla oğlu Fətullayev
1928-ci il dekabr ayının 24-də Bakı
şəhərində anadan olmuşdur.
1953-cü ildə Azərbaycan Politex-
nik İnstitutunu bitirmiş, 1959-cu ildən
Azərbaycan SSR EA-nın Memarlıq və
İncəsənət İnstitutunda işləmişdir.
XIX əsrin sonu XX əsrin əvvəl-
lərində Azərbaycan şəhərlərinin, ya-
şayış binaları və ictimai tikililərin
memarlıq-planlaşdırma məsələləri,
əsas memarlıq üslubları, milli memar-
lıq ənənələri haqqında elmi əsərlərin
müəllifidir. Bir sıra Azərbaycan me-
marlıq abidələrinin və Azərbaycan me-
marlarının aşkar edilməsi Fətullayevin
elmi tədqiqatları ilə bağlıdır.
1979-cu ildən memarlıq doktoru,
professordur. 1989-cu ildə AMEA-
nın müxbür üzvü seçilmiş, 82 elmi
əsəri, Azərbaycanın və İranın memar-
lıq tarixinə aid 6 əsaslı monoqrafiyası
Azərbaycanda, 1 əsəri isə xaricdə çap
olunmuşdur. Onun rəhbərliyi ilə 13
elmlər namizədi, 4 elmləri doktoru
dissertasiya müdafiə etmişdir.
Beynəlxalq Memarlıq Akademi-
yasının müxbir üzvü, şərq ölkələri
Beynəlxalq Memarlıq Akademiyası-
nın prezidentidir.
Xidmətlərinə görə 1979-cu ildə
“Azərbaycanın
Əməkdar mema-
rı”, 1988-ci il aprel ayının 26-da
XIX əsr və XX əsrin əvvəllərində
Azərbaycanda şəhər tikintisi və və me-
marlıq mövzusunda yazdığı əsərlərə
görə Azərbaycan SSR Dövlət Mükafa-
tı laureatı olmuş, 18 aprel 2000-ci ildə
Azərbaycan Respublikası Prezidenti-
nin Fərmanı ilə Azərbaycan memarlı-
ğının inkişafındakı xidmətlərinə görə
“Şöhrət” ordeni ilə təltif edilmişdir.
Azərbaycan memarlığına töhfəsinə
görə “İZAL-DİZAİNGROUP“ Azər-
baycan memarlıq İTT dəstəyi ilə Di-
zayn və memarlıq üzrə “Memarlıq
mükafatı-2005“ diplomuna layiq gö-
rülmüşdür.
2008-ci ildən “Azərbaycan
Respublikası Prezidentinin fərdi
təqaüdçüsüdür.
Dostları ilə paylaş: