Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə444/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   440   441   442   443   444   445   446   447   ...   538
Ə d ə b i y y a t

 Seçilmiş əsərləri 

[Mətn] /A.Mitskeviç; 

tərc.: S.Rüstəmxanlı, 

G.Abdullabəyova; bur. 

məsul Ə.Güləliyev. - Bakı: 

Şərq-Qərb, 2006.- 240 s. 

Krım sonetləri. Pan 

Tadeuş [Mətn]: şeirlər 

və poema /A.Mitskeviç; 

red. T.Vəlixanlı.- Bakı: 

Mütərcim, 1998.- 336 s.

Очерки русско-

азербайджанско-польских 

литературных связей ХIX 

века [Тeкст].- Баку,  1975.

İ n t e r n e t d ə

www.anl.az

www.kirimdernegi.org

24


355

İtalyan heykəltəraşı

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

Covanni Lorenso Bernini 

1598-1680  

DEKABR

Covanni Lorenso Bernini 1598-ci il 

dekabr ayının 7-də Neapol şəhərində 

anadan olmuşdur. 

17-ci əsr Romasında italyan barokko-

sunun ən görkəmli nümayəndələrindən 

biri olmuşdur. Onun “David” (1623), 

“Apollon və  Dəfnə” (1622-1625), 

“Müqəddəs Terezenanın vəcdə gəlməsi” 

(1644-1652) və s. heykəltəraşlıq kom-

pozisiyalarında dinamizm və işıq-kölgə 

traktovkası güclüdür.

Romadakı  əsərlərin təxminən 70 

faizi Berniniyə aiddir. Ən məşhur 

əsəri Romadakı Navona meydanında 

yerləşən “Dörd çay fəvvarəsi”dir (it. 

Fontana dei Quattro Fiumi). Vatikan-

dakı bir çox binanın müəllifi olmuşdur. 

Romadakı, o cümlədən Vatikandakı 

əsərlərin  əksəriyyətinin müəllifi olma-

sına səbəb  böyük qabiliyyəti sayəsində 

kilsənin himayəsində olması idi. Öz 

dövrünün xalq rəssamı mövqeyindəki 

Bernini,  əsərlərinin böyük hissəsini 

kiçik maketlər halında hazırlayaraq öz 

şagirdlərinə düzəltdirmişdir. 

Bernini Covanni Lorenso 1680-ci il 

noyabr ayının 28-də Romada vəfat et-

mişdir.

Qəzənfər  Ələkbər oğlu Xalıqov 1898-ci il 

dekabr ayının 16-da Bakı yaxınlığındakı Qobu 

qəsəbəsində anadan olmuşdur.

1928-ci ildə Azərbaycan Dövlət Rəssamlıq 

Texnikumunu bitirmiş, boyakarlıq, qrafika və teatr 

rəssamlığı saһəsində  fəaliyyət göstərmişdir. Bir 

müddət  AOBT-nda işləmiş, Hacıbəylinin “Koroğ-

lu” operasının geyim eskizlərini һazırlamışdır. Ya-

radıcılığının erkən dövründə “Molla Nəsrəddin” 

jurnalında karikaturaçı kimi çalışmışdır.

1930-cu ildə boyakarlıq  əsərləri plakatlar və 

kitablara illüstrasiyalar çəkmişdir. Böyük Vətən 

müharibəsi illərində Xalıqov siyasi və satirik pla-

katlar çəkmiş, müharibədən sonrakı dövrdə dəzgah 

qrafikası, plakat, illüstrasiya və monumental boya-

karlıq sahələrində fəaliyyət göstərmişdir. Xalıqov  

Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin 

interyer tərtibatı müəlliflərindən olmuşdur.

Xalıqov həmçinin teatr və kino dekorativ 

sənətkarı kimi fəaliyyət göstərmişdir.

Xidmətlərinə görə  Qırmızı  Əmək Bayrağı, 

“Şərəf nişanı” ordenləri və medallarla təltif edil-

miş, 1973-cü ildə “Azərbaycanın Xalq rəssamı “ 

fəxri adını almışdır.

Qəzənfər Xalıqov 1981-ci il mart ayının 3-də 

Bakıda vəfat etmişdir. 

Abşeron rayonunun Qobu qəsəbəsində 

Q.Xalıqovun şərəfinə orta məktəb və küçə adlan-

dırılmışdır.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   440   441   442   443   444   445   446   447   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin