353
9
Dünya ədəbiyyatı
85
illiyi
Çingiz Aytmatov
1928-2008
DEKABR
Çingiz Torekuloviç Aytmatov 1928-
ci il dekabr ayının 12-də Qırğızıstanın
Şəkər qışlağında anadan olmuşdur.
1937-ci ildə valideynləri Stalin repres-
siyasının qurbanları olduğuna görə o,
bibisinin himayəsi altında böyümüş,
8 sinif bitirdikdən sonra Cambul Zoo-
texnikumuna daxil olmuş, həmin təhsil
ocağını əla qiymətlərlə bitirmişdi.
1948-1953-cü illərdə Aytma-
tov Bişkəkdəki Kənd Təsərrüfatı
Universitetində təhsil almışdır. 1952-
ci ildə dövri mətbuatda onun qırğız
dilindəki ilk əsərləri çap olunmağa baş-
lamışdır. Ali təhsil aldıqdan sonra o, 3 il
ərzində Qırğız SSR-in Maldarlıq Elmi-
Tədqiqat İnstitutunda çalışmışdır.
1956-cı ildə Aytmatov Moskvada-
kı Ali ədəbiyyat kursuna yazılmışdır.
Kursu bitirdiyi ildə “Oktyabr” jurna-
lında onun qırğız dilindəki “Üz-üzə”
hekayəsinin rus dilinə tərcüməsi dərc
olunmuşdur. Həmin il “Yeni dünya” jur-
nalında Aytmatovun bir sıra hekayələri
və yazıçıya dünya söhrəti qazandıran
“Cəmilə” povesti işıq üzü görmüşdür.
Məşhur yazıçı 1961-ci ildən Qırğı-
zıstan Kinematoqrafiya İttifaqının üzvü,
1964-cü ildən birinci katib, 1969-cu
ildən isə sədri, 1978-ci ildə Qırğızıstan
Elmlər Akademiyasının akademiki ol-
muşdur.
Çingiz Aytmatov keçmiş SSRİ Ali
Sovetinin deputatı, Qırğızıstan Kommu-
nist Partiyasının Mərkəzi Komitəsinin,
Yazıçılar İttifaqının üzvü, Asiya və
Afrika ölkələri ilə Sovet həmrəylik
komitəsinin rəhbərlərindən biri, “Xarici
ədəbiyyat” jurnalının baş redaktoru, “İs-
sıqqul forumu” adlı beynəlxalq intellek-
tual hərəkatın təşəbbüskarı olmuşdur.
1980-ci ildə qələmə aldığı “Gün var
əsrə bərabər” adlı romanında yer ver-
diyi bir qırğız əfsanəsində “manqurt”
- əsil-nəsli və yaddaşı unutdurulmuş in-
san sözü bütün dünya ədəbiyyatına da-
xil olmuşdur. Onun əsərlərindəki hakim
mövzu müasir normalar ilə qədimi ya-
şatmağı özünə çətinlik bilən insanların
tənqidindən ibarətdir.
1990-1994-cü illərdə Aytmatov
SSRİ-nin və sonradan Rusiyanın Be-
nilüks ölkələrindəki səfiri vəzifəsində
çalışmış, 2008-ci ilin martınadək Qırğı-
zıstanın Fransada, Belçika, Lüksemburq
və Niderlanddakı səfiri olmuşdur.
Əsərləri 160 dilə tərcümə olunmuş,
sağlığında kitabları dünya klassikləri sı-
rasına daxil olmuş, yazıçının romanla-
rından bir qismi kinoya da çəkilmişdir.
1963-cü ildə Lenin mükafatına, SSRİ
Dövlət mükafatlarına layiq görülmüş,
1976-cı ildə isə Qırğızıstanın Dövlət
mükafatını almışdır. Azərbaycan Pre-
zidenti İlham Əliyev 2008-ci il fevralın
25-də Çingiz Aytmatovu Azərbaycanın
yüksək ordeni olan “Dostluq” orde-
ni ilə təltif etmişdir. Çingiz Aytmatov
Azərbaycanda bu ordenə layiq görülən
ilk şəxs olmuşdur.
Hələ sağlığında Qırğızıstanda 2008-
ci il “Çingiz Aytmatov ili” elan edilmiş-
dir.
Çingiz Aytmatov 2008-ci il iyun
ayının 10-da Almaniyanın Nürnberq
şəhərində yerləşən müalicə keçdiyi kli-
nikada vəfat etmişdir.
Dostları ilə paylaş: