Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə441/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   437   438   439   440   441   442   443   444   ...   538
Ə d ə b i y y a t

Əgər sevirəm desən 

[Mətn]: şeirlər /Z.Vəfa; 

red. Ç.Əlioğlu.- Bakı: 

Gənclik, 1978.- 63 s. 

Körpələrin xətrinə 

[Mətn]: şeirlər /Z.Vəfa; 

red. T.Bayram; rəssam 

Faiq.- Bakı: Yazıçı, 

1981.- 83 s.

Qürbətdə vətən eşqilə 

döyünən ürək [Mətn] 

/Z.Vəfa //Azərbaycan.-

2010. - 7 yanvar.- S.3. 

Millətin xilaska-

rı [Mətn]: [poe-

ma] /Z.Vəfa.- Bakı: 

Аzərbaycan, 2004.- 56 s.

Vətən övladları 

şəhidlikləri ilə tarixdə 

silinməz izlər qoydu-

lar [Mətn] /Z.Vəfa                

//Azərbaycan.- 2010.- 16 

yanvar.- S.4.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.e-qanun.az

2

Şair


352

DEKABR

6

Milli ədəbiyyat 

95 

illiyi

Bayram Bayramov 

1918-1994  

DEKABR

Bayram Salman oğlu  Bayramov 

1918-ci il dekabr ayının 11-də Yeliza-

vetpol quberniyasının (indiki Ağdam 

rayonunun)  Şivənd kəndində  əkinçi 

ailəsində anadan olmuşdur. 

1934-1938-ci illərdə yeddiillik kənd 

məktəbini bitirmiş,  Ağdam Pedaqoji 

Texnikumunda təhsilini davam etdir-

mişdir. 1938-1940-cı illərdə  Tərtər ra-

yonundakı müxtəlif kənd məktəblərində 

müəllim işləmişdir. Böyük Vətən 

müharibəsində Mozdok uğrunda 

döyüşlərdə  iştirak etmiş, ağır yaralan-

mış və geriyə göndərilmişdır (1942). 

1943-cü ilin aprelində yenidən So-

vet Ordusu sıralarında qulluq etmişdir. 

Tərxis olunub doğma kəndlərinə qayıt-

mış, burada pedaqoji  fəaliyyətini da-

vam etdirmişdir. 

1944-1945-ci illərdə yeddiillik 

məktəbin müəllimi işləmişdir. 

1945-1950-ci illərdə ADU-nun fılo-

logiya fakültəsində təhsil almışdır. 1948-

1955-ci illərdə N.K.Krupskaya adına 

Kitabxanaçılıq Texnikumunda müəllim, 

radionun  ədəbi dram verilişləri redak-

siyasında məsul redaktor (1956-1958), 

“Azərbaycan” jurnalı redaksiyasında 

ədəbi işçi (1958-1960), Azərbaycan Ya-

zıçılar İttifaqında nəsr üzrə məsləhətçi 

(1960-1963) işləmişdir. 

1966-1971-ci illərdə “Dövlətnəşr-

kom”da sədr müavini olmuşdur. 

1989-cu ildən Qarabağa Xalq Yar-

dımı Komitəsinin sədri vəzifəsində 

işləmişdir. 

1991-ci ildə Azərbaycan Yazıçılar 

Birliyi Şurasının üzvü seçilmişdir.

Bədii yaradıcılığa 1950-ci ildə 

“Azərbaycan gəncləri” qəzetində  çı-

xan “Körpü” adlı ilk hekayəsi ilə baş-

lamış, həmin vaxtdan dövri mətbuatda 

müntəzəm çıxış etmişdir.  

“Arakəsmələr”, “Xəzinə”, “Bəlalı 

sevgim”, “Fəhlə qardaş”, “Yarpaq-

lar”, “Cıdır düzü” və s. romanların 

müəllifidir. Sovet dövründə ən çox oxu-

nan yazıçılardan biri olmuşdur. Əsərləri 

SSRİ-də, eyni zamanda xarici ölkələrdə 

tərcümə və nəşr olunmuşdur.

Bayram Bayramovun 80-ci illərin 

axırlarında “Azərbaycan” jurnalında 

“Üzlü-astarlı günlər” adlı avtobioqrafik 

romanı çap olunmuşdur.

O, həmçinin, “Mən ki, gözəl deyil-

dim” (1968), “Firəngiz” (1975), “Onun 

bəlalı sevgisi” (1980) filmlərinin ssena-

ri müəllifidir.

 Xidmətlərinə görə 1967-ci ildə 

Azərbaycan SSR Ali Soveti Rəyasət 

Heyətinin Fəxri fərmanı  və medallarla 

təltif edilmişdir. 

“Azərbaycanın Xalq yazıçısı”   fəxri 

adına layiq görülmüş, “Böyük Vətən 

müharibəsi”, “Qırmızı  əmək bayrağı”, 

“Şərəf nişanı”, “Xalqlar dostluğu”, 

ordenləri ilə  təltif edilmişdir.  Əsərləri 

SSRİ-də, eyni zamanda xarici ölkələrdə 

tərcümə və nəşr olunmuşdur.

Bayram Bayramov 1994-cü il noyabr 

ayının 9-da Bakıda vəfat etmiş, II Fəxri 

Xiyabanda dəfn olunmuşdur.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   437   438   439   440   441   442   443   444   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin