357
6
Musiqi.Opera.Balet
95
illiyi
Gülxar Həsənova
1918-2005
DEKABR
Gülxar İbrahim qızı Həsənova
1918-ci il dekabr ayının 10-da Şəmkir
rayonunun Kolxozkənd kəndində ana-
dan olmuşdur. 1935-37-ci illərdə Bakı
Teatr Texnikumunda oxumuş, 1959-cu
ildə ADU-nu (indiki BDU) bitirmiş-
dir.
Səhnə fəaliyyətinə Azərbaycan
Gənc Tamaşaçılar Teatrında 1936-
1942-ci illərdə başlamışdır. 1942-ci
ildən ömrünün sonunadək Azərbaycan
Opera və Balet Teatrının solisti, 1980-
ci ildən isə Gənc Tamaşaçılar Teatrının
məşqçi-pedaqoqu olmuşdur.
Müğənni Azərbaycan operasının şah
əsərlərində aparıcı partiyalarda çıxış-
ları ilə tamaşaçıların rəğbətini qazan-
mış və ifaçılıq sənəti tariximizə əbədi
həkk edilmişdir. “Leyli və Məcnun”da
Leyli və Leylinin anası, “Əsli və
Kərəm”də Əsli, “Koroğlu”da xanəndə
qız, “Aşıq Qərib”də Şahsənəm, “Şah
İsmayıl”da Ərəbzəngi, “Bahadır və
Sona”da Təravət xanım, “Arşın mal
alan”da Telli, “Vaqif”də Qarı, “Gəlin
qayası”nda Ana kimi yaddaqalan ob-
razlar yaratmışdı.
Ömrünün yarıməsrdən çox bir
dövrünü opera ifaçılığına həsr et-
miş, milli operamızın canlı tarixinə
çevrilmiş Gülxar Həsənova musi-
qi mədəniyyətimizdə öz dəst-xəttilə
seçilən bir sənətkar olmuşdur. Onun ya-
ratdığı bütün obrazlar dolğunluğu, ka-
milliyi və təbiiliyi ilə səciyyələnirdi.
Azərbaycan səhnəsinin korifey-
lərinin müasiri olmuş müğənninin
həyat və yaradıcılığı yetişməkdə olan
sənətkarlar üçün əsl örnək olmuşdur.
Ondan sonra onun oynadığı rollarda
çıxış edən bütün müğənnilərin ifa-
sında böyük sənətkarın üslubu hiss
edilmişdir. Gülxar Həsənovanın oxu-
duğu müğam əsərləri və xalq mahnı-
ları musiqisevərlərin rəğbətini qazan-
mışdır. Məlahətli səsi, təkrarolunmaz
səhnə mədəniyyəti sayəsində klassik
ifaçılıq ənənələrini, Azərbaycan xalq
müsiqisinin saflığını qoruyub saxla-
maq və daha da təkmilləşdirməklə o,
böyük bir məktəb yaratmışdır.
Gülxar xanım Azərbaycan teatr
səhnəsində və xalq musiqisi tarixində
silinməz iz buraxmışdır. O, “Şərəf
nişanı” ordeni, müstəqil Azərbaycan
Respublikasının ali mükafatı olan
“Şöhrət” ordeni və saysız-hesabsız
hökumət mükafatları ilə təltif olun-
muşdur. 1954-cü ildə “Əməkdar ar-
tist”, 1982-ci ildə isə “Azərbaycan
Respublikasının Xalq artisti” fəxri ad-
larına layiq görülmüşdür.
Gülxar Həsənova 2005-ci il mart
ayının 30-da vəfat etmişdir.
Dostları ilə paylaş: