Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə450/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   446   447   448   449   450   451   452   453   ...   538
20

20

22

21

Ə d ə b i y y a t

Nizamiqızı, H. Həzin 

səsin nağılı və ya 65 

illik sənət tarixçəsi 

[Mətn] /H.Nizamiqızı                

//Mədəniyyət.- 2012.-     

2 may.- S.10.

Ömrünün 60 ilini 

muğama həsr edən 

qadın... : Tükəzban 

İsmayılova yüksək 

ifaçılıq qabiliyyəti və 

səhnə mədəniyyəti ilə 

fərqlənirdi [Mətn] //

Şərq.- 2011.- 20 aprel.-

S.11.

Rafiqqızı, N. “Qatar”la 

tanınan xanəndə - 

Tükəzban İsmayılova: 

Həm də bənzərsiz 

ifası ilə ürəklərə köçdü 

[Mətn] /N.Rafiqqızı        

//Olaylar.- 2010.- 3 

mart.- S.13.

İ n t e r n e t d ə

www.mugamradio.az

www.mugam.musigi-

dunya.az

90 

illiyi

2


361

1

Teatr.Kino

120

 illiyi

Abbas Mirzə

 

Şərifzadə 

1893-1938   

DEKABR

Abbas Mirzə Mirzə  Əbdülrəsul 

oğlu Şərifzadə 1893-cü il dekabr ayı-

nın 12-də  Şamaxının Yuxarı Qala 

məhəlləsində ziyalı ailəsində anadan 

olmuşdur. 

1902-ci ildə  Şamaxıda baş verən 

zəlzələdən sonra ailəsi  şəhəri tərk 

etmiş, Bakıya köçmüşlər. Abbas 

Mirzənin  əmisi Mirzə  Məmməd Tağı 

teatr sənətinə meyl göstərmiş, dini 

tamaşalar hazırlamışdır. Abbas hələ 

uşaq ikən  əmisinin “Şəbeh” tamaşa-

sında əsir qız uşağı rolunu oynamışdır.  

Peşəkar səhnə fəaliyyətinə gəlincə, o, 

ilk dəfə 1908-ci ildə Molyerin “Zorən 

Təbib”  əsərində epizodik rolda oy-

namış, iki ildən sonra isə “Maarif” 

cəmiyyəti nəzdində yaradılmış teatr 

kollektivinə qəbul olunmuşdur. 

1910-cu ildən “Səfa”, “Nicat” 

cəmiyyətlərinin teatr truppalarında 

çıxış edən Abbas Mirzə 1911-ci ildə 

onu bir sənətkar kimi təsdiq edən ilk 

obrazını yaratmışdır. Bu, Əbdürəhim 

bəy Haqverdiyevin “Ağa Məhəmməd 

Şah Qacar” faciəsinin əsas qəhrəmanı 

Qacar obrazı idi. 

Abbas Mirzə  Şərifzadə 1916-cı 

ildə Hacıbəyov qardaşlarının truppa-

sına rejissor kimi dəvət olunmuş, bir 

il sonra isə “Müsəlman artistləri İttifa-

qına” sədr seçilmiş, ittifaqın nəzdində 

teatr studiyası yaratmaqla ölkəmizdə 

teatr təhsili sahəsində ilk təşəbbüsü 

göstərmişdir. Azərbaycan teatrı səhnə-

sində ilk dəfə 1927-ci ildə Hamleti  

obrazını məhz Abbas Mirzə Şərifzadə 

oynamışdır. Aktyorun oynadığı rol-

ları beş qismə bölmək olar: faciə rol-

ları, romantik qəhrəmanlıq obrazları, 

dramatik psixoloji surətlər, komediya 

personajları, opera partiyaları.

1929-cu ildə Moskvada keçirilən 

Otello və Hamlet rolları ifası-

nın Ümummittifaq müsabiqəsində 

Şərifzadə birinci yeri tutmuşdur. Bö-

yük sənətkar həm də ilk rejissorları-

mızdan sayılır. “Şeyx Sənan”, “Oqtay 

Eloğlu”, “Aydın”, “Ağa Məhəmməd 

Şah Qacar”, “Qaçaq Kərəm” əsərlərini 

səhnələşdirmiş, “Leyli və  Məcnun”, 

“Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah 

İsmayıl” operalarının quruluşçu rejis-

soru olmuşdur. Azərbaycan kino sənəti 

tarixində onun adı birincilər sırasında-

dır. O, ilk milli kinorejissorumuz ol-

muşdur. 


Qüdrətli sənətkar 1919-cu ildə Bakı-

dakı Mərkəzi fəhlə klubunda, sonralar 

Fəhlə-kəndli Türk Dram Dərnəyində 

həvəskarlar dəstəsinə rəhbərlik etmiş, 

bir sıra tamaşaların quruluşçu rejissoru 

olmuşdur. Abbas Mirzə  Şərifzadənin 

təşəbbüsü ilə  həmin dərnəklərdəki 

həvəskarların bir çoxu peşəkar aktyor-

luğa gəlmişlər.

Xidmətlərinə görə “Azərbaycan 

Respublikasının  Əməkdar artisti” (19 

dekabr 1928) və “Xalq artisti “(1 fev-

ral 1936) fəxri adlarına layiq görül-

müşdür.


Abbas Mirzə Şərifzadə 1937-ci ildə 

həbs olunmuş, 1938-ci il oktyabr ayının 

19-da ona “casusluq fəaliyyətinə görə” 

güllələnmə hökmü verilmişdir. Hökm 

noyabrın 16-da yerinə yetirilmişdir. 

Bakı küçələrindən biri və vaxtilə özü-

nün sədr olduğu Cəmiyyətin yerləşdiyi 

Aktyor Evi Abbas Mirzə Şərifzadənin 

adını daşıyır.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   446   447   448   449   450   451   452   453   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin