Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə447/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   443   444   445   446   447   448   449   450   ...   538
Ə d ə b i y y a t

İbişova, R. Həsənova Gülxar 

İbrahim qızı [Mətn] //İbişova 

R. Əbədiyyət notları.- Bakı, 

2011.- S.45.

Ləman, F. Gülü xar olan 

Gülxar [Mətn] /F.Ləman; 

red. B.Abbasova.- Bakı: 

Nurlan, 2000.- 248 s.

Təhmirazqızı, S. 

Səhnəmizin unudulmaz 

Leylisi və Ərəbzəngisi: 

Gülxar Həsənova [Mətn]                 

//Mədəniyyət.- 10 dekabr.-

2010.- S.5.

İ n t e r n e t d ə

www.anl.az

www.adam.az 

www.e-qanun.az

www.kinozal.az

10

Opera müğənnisi


358

Musiqi.Opera.Balet

DEKABR

20

20

Qulu Rüstəm oğlu  Əsgərov 1928-

ci il dekabr ayının 18-də Salyan rayo-

nunda anadan olmuşdur. Hələ uşaqlıq-

dan musiqiyə, el muğamlarına böyük 

həvəsi  olan Qulu Əsgərov 1954-1958-

ci illərdə Azərbaycan Dövlət Musiqi 

Məktəbində təhsil almışdır. 

Qulu  Əsgərov sənət  dünyasına 

qədəm qoyanda Azərbaycan klassik 

muğamlarının virtuoz ustadları vardı. 

Həmin xanəndələr on iki muğamın on 

ikisini də bənzərsiz şəkildə ifa edirdilər. 

“Rast”ı, “Çahargah”ı, “Şur”u, “Segah”ı 

Cabbar Qaryağdı  oğlu, Seyid və Xan 

Şuşinskilər,  İslam Abdullayev, Zülfü 

Adığözəlov kimi qüdrətli sənətkarlar 

tamam-kamal dəsgah çalıb-oxumuşlar.

Bayatı muğamlar isə - “Bayatı Qacar”, 

“Bayatı  Şur”, “Bayatı  İsfahan”, “Ba-

yatı Kürd” öz ifaçısını gözləyirdi. Belə 

bir şəraitdə sənət aləminə gələn Qulu 

Əsgərov özünün geniş diapazonlu, in-

san qəlbini riqqətə gətirən yanıqlı səsi 

ilə bu muğamlara yeni həyat verdi.

Adlı-sanlı müğənnilərimiz – Alim Qa-

sımov, Qəndab Quliyeva, Mələkxanım 

Əyyubova məhz, Qulu Əsgərovun 

köməyilə musiqi aləminə  vəsiqə qa-

zanmışlar.

Qulu  Əsgərov həm də qayğı-

keş  və  səriştəli bir pedaqoq idi. O, 

Azərbaycan Dövlət  İncəsənət  İnstitu-

tunda təhsil alan tələbələrinə muğam 

sənətinin incəliklərini yorulmadan və 

səylə öyrədirdi.

Onun lent yazıları AzTR Fondunda 

qorunur, yeni gələn nəsil tərəfindən il-

hamla ifa olunur. Xanəndə uzun illər 

boyu Azərbaycan Dövlət Opera və 

Balet Teatrında solist kimi çalışmış-

dır. O, bu teatrın səhnəsində muğam 

operalarında bir sıra yaddaqalan ob-

razlar yaratmışdır: “Leyli və Məcnun” 

da Məcnun, “Aşıq Qərib” də  Qərib, 

“Əsli və  Kərəm” də  Kərəm kimi 

təkrarolunmaz rollar yaratmışdır.

Həmin illərdə onun məlahətli səsi 

İtaliyadan,  İspaniyadan, Almaniya-

dan, Monqolustandan gəlirdi. Öz 

pərəstişkarlarını  dərindən sevindirən 

Qulu Əsgərov həqiqi mənada gözəl ifa-

çı, milli muğam və opera sənətimizin 

ustadlarından biri idi. Eyni zamanda 

bəstəkar və  sənətçi kimi şöhrət tapan 

istedadlı müğənninin lirik stildə ifa 

etdiyi fərdi yaradıcılıq məhsulu da az 

deyildi. “Dolanaram başına”, “Ürək”, 

“Muğan”, “Nə  hə deyir, nə yox de-

yir”, “Bizimdir” və digər mahnıları bu 

gün də öz bədii-estetik  əhəmiyyətini 

itirməmişdir.

O, Azərbaycanın muğam sənətində 

bir ulduz kimi parladı. Ona sağlığın-

da da, dünyasını dəyişəndən sonra da 

xalq öz qiymətini verib və verəcək.

Qulu Əsgərov 1989-cu il aprel ayı-

nın 11-də Bakıda vəfat etmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   443   444   445   446   447   448   449   450   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin