Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə446/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   442   443   444   445   446   447   448   449   ...   538
Ə d ə b i y y a t

Bakı memarlığının ensiklopediyası [Mətn]  /Ş.Fətullayev. -Bakı-Ankara, 1998.

Şamil Seyfulla oğlu Fətullayev [Mətn] //Azərbaycan Sovet Ensiklopediyası:10 cilddə.-Bakı, 

1987.- C.IX.- S.540.

Градостроительство Баку XIX – начала XX веков [Текст] /Ш.Фатуллаев.- Л., 1978.

İ n t e r n e t d ə

www.anl.az

www.csl-az.com

www.science.az

24

Memar

1


357

6

Musiqi.Opera.Balet

95 

illiyi

Gülxar Həsənova  

1918-2005     

DEKABR

Gülxar  İbrahim qızı  Həsənova 

1918-ci il dekabr ayının 10-da Şəmkir 

rayonunun Kolxozkənd kəndində ana-

dan olmuşdur. 1935-37-ci illərdə Bakı 

Teatr Texnikumunda oxumuş, 1959-cu 

ildə ADU-nu (indiki BDU) bitirmiş-

dir. 


Səhnə  fəaliyyətinə Azərbaycan 

Gənc Tamaşaçılar Teatrında 1936-

1942-ci illərdə başlamışdır. 1942-ci 

ildən ömrünün sonunadək Azərbaycan 

Opera və Balet Teatrının solisti, 1980-

ci ildən isə Gənc Tamaşaçılar Teatrının 

məşqçi-pedaqoqu olmuşdur. 

Müğənni Azərbaycan operasının şah 

əsərlərində aparıcı partiyalarda çıxış-

ları ilə tamaşaçıların rəğbətini qazan-

mış və ifaçılıq sənəti tariximizə əbədi 

həkk edilmişdir. “Leyli və Məcnun”da 

Leyli və Leylinin anası, “Əsli və 

Kərəm”də Əsli, “Koroğlu”da xanəndə 

qız, “Aşıq Qərib”də  Şahsənəm, “Şah 

İsmayıl”da  Ərəbzəngi, “Bahadır və 

Sona”da Təravət xanım, “Arşın mal 

alan”da Telli, “Vaqif”də Qarı, “Gəlin 

qayası”nda Ana kimi yaddaqalan ob-

razlar yaratmışdı.

Ömrünün yarıməsrdən çox bir 

dövrünü opera ifaçılığına həsr et-

miş, milli operamızın canlı tarixinə 

çevrilmiş Gülxar Həsənova musi-

qi mədəniyyətimizdə öz dəst-xəttilə  

seçilən bir sənətkar olmuşdur. Onun ya-

ratdığı bütün obrazlar  dolğunluğu, ka-

milliyi və təbiiliyi ilə səciyyələnirdi.

Azərbaycan səhnəsinin korifey-

lərinin müasiri olmuş müğənninin 

həyat və yaradıcılığı yetişməkdə olan 

sənətkarlar üçün əsl örnək olmuşdur. 

Ondan sonra  onun oynadığı rollarda 

çıxış edən  bütün müğənnilərin ifa-

sında böyük sənətkarın üslubu hiss 

edilmişdir. Gülxar Həsənovanın oxu-

duğu müğam  əsərləri və xalq mahnı-

ları musiqisevərlərin rəğbətini qazan-

mışdır. Məlahətli səsi, təkrarolunmaz 

səhnə  mədəniyyəti sayəsində klassik 

ifaçılıq  ənənələrini, Azərbaycan xalq 

müsiqisinin saflığını qoruyub saxla-

maq və daha da təkmilləşdirməklə o, 

böyük bir məktəb yaratmışdır. 

Gülxar xanım Azərbaycan teatr 

səhnəsində və xalq musiqisi tarixində 

silinməz iz buraxmışdır. O, “Şərəf 

nişanı” ordeni, müstəqil Azərbaycan 

Respublikasının ali mükafatı olan 

“Şöhrət” ordeni və saysız-hesabsız 

hökumət mükafatları ilə  təltif olun-

muşdur. 1954-cü ildə  “Əməkdar ar-

tist”, 1982-ci ildə isə “Azərbaycan 

Respublikasının Xalq artisti” fəxri ad-

larına layiq görülmüşdür.

 Gülxar Həsənova 2005-ci il mart 

ayının 30-da vəfat etmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   442   443   444   445   446   447   448   449   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin