355
İtalyan heykəltəraşı
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
Covanni Lorenso Bernini
1598-1680
DEKABR
Covanni Lorenso Bernini 1598-ci il
dekabr ayının 7-də Neapol şəhərində
anadan olmuşdur.
17-ci əsr Romasında italyan barokko-
sunun ən görkəmli nümayəndələrindən
biri olmuşdur. Onun “David” (1623),
“Apollon və Dəfnə” (1622-1625),
“Müqəddəs Terezenanın vəcdə gəlməsi”
(1644-1652) və s. heykəltəraşlıq kom-
pozisiyalarında dinamizm və işıq-kölgə
traktovkası güclüdür.
Romadakı əsərlərin təxminən 70
faizi Berniniyə aiddir. Ən məşhur
əsəri Romadakı Navona meydanında
yerləşən “Dörd çay fəvvarəsi”dir (it.
Fontana dei Quattro Fiumi). Vatikan-
dakı bir çox binanın müəllifi olmuşdur.
Romadakı, o cümlədən Vatikandakı
əsərlərin əksəriyyətinin müəllifi olma-
sına səbəb böyük qabiliyyəti sayəsində
kilsənin himayəsində olması idi. Öz
dövrünün xalq rəssamı mövqeyindəki
Bernini, əsərlərinin böyük hissəsini
kiçik maketlər halında hazırlayaraq öz
şagirdlərinə düzəltdirmişdir.
Bernini Covanni Lorenso 1680-ci il
noyabr ayının 28-də Romada vəfat et-
mişdir.
Qəzənfər Ələkbər oğlu Xalıqov 1898-ci il
dekabr ayının 16-da Bakı yaxınlığındakı Qobu
qəsəbəsində anadan olmuşdur.
1928-ci ildə Azərbaycan Dövlət Rəssamlıq
Texnikumunu bitirmiş, boyakarlıq, qrafika və teatr
rəssamlığı saһəsində fəaliyyət göstərmişdir. Bir
müddət AOBT-nda işləmiş, Hacıbəylinin “Koroğ-
lu” operasının geyim eskizlərini һazırlamışdır. Ya-
radıcılığının erkən dövründə “Molla Nəsrəddin”
jurnalında karikaturaçı kimi çalışmışdır.
1930-cu ildə boyakarlıq əsərləri plakatlar və
kitablara illüstrasiyalar çəkmişdir. Böyük Vətən
müharibəsi illərində Xalıqov siyasi və satirik pla-
katlar çəkmiş, müharibədən sonrakı dövrdə dəzgah
qrafikası, plakat, illüstrasiya və monumental boya-
karlıq sahələrində fəaliyyət göstərmişdir. Xalıqov
Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin
interyer tərtibatı müəlliflərindən olmuşdur.
Xalıqov həmçinin teatr və kino dekorativ
sənətkarı kimi fəaliyyət göstərmişdir.
Xidmətlərinə görə Qırmızı Əmək Bayrağı,
“Şərəf nişanı” ordenləri və medallarla təltif edil-
miş, 1973-cü ildə “Azərbaycanın Xalq rəssamı “
fəxri adını almışdır.
Qəzənfər Xalıqov 1981-ci il mart ayının 3-də
Bakıda vəfat etmişdir.
Abşeron rayonunun Qobu qəsəbəsində
Q.Xalıqovun şərəfinə orta məktəb və küçə adlan-
dırılmışdır.
Dostları ilə paylaş: