351
Milli ədəbiyyat
75
illiyi
Zeynal Vəfa
1938
DEKABR
Zeynalabdin İsmayıl oğlu Zeynalov
(Zeynal Vəfa) 1938-ci il dekabr ayının
2-də Naxçıvan şəhərində ziyalı ailəsində
anadan olmuşdur. M.T.Sidqi adına Nax-
çıvan şəhər 4 nömrəli orta məktəbini
bitirdikdən sonra ADU-nun (indiki
BDU) filologiya fakültəsində (1957-
1962) təhsilini davam etdirmişdir.
İlk əmək fəaliyyətinə 1962-ci ildə
Naxçıvan Vilayət Partiya Komitəsinin
orqanı olan “Şərq Qapısı” qəzetində
başlamışdır. Sonra Naxçıvan MSSR
Dövlət Televiziya və Radio Verilişləri
Komitəsində böyük redaktor (1963-
1969) və Azərbaycan Dövlət Televi-
ziya və Radio Verilişləri Komitəsində
redaktor (1969-1990) işləmişdir. Ara-
da Azərbaycan Xarici Dillər İnstitutu
nəzdində 2 illik ərəb dili kursunu bitirərək
tərcüməçi kimi 1980-1982-ci illərdə
Yəmən Xalq Demokratik Respublika-
sında çalışmışdır. Orada savadsızlığın
ləğvi sahəsindəki səmərəli fəaliyyətinə
görə Yəmən-Sovet Departamentinin
fəxri fərmanı ilə təltif edilmişdir. 1982-
1987-ci illərdə Azərbaycan Dövlət Tele-
viziya və Radio Verilişləri Komitəsində
redaktor, 1987-1989-cu illərdə Yəmən
Ərəb Respublikasında tərcüməçi, 1990-
1992-ci illərdə “Aydınlıq” qəzetində baş
redaktorun birinci müavini, 1992-1993-
cü illərdə “Meydan” qəzetində baş re-
daktor vəzifələrində çalışmışdır.
Zeynal Vəfa hazırda Respublika Mil-
li Məclisinin orqanı olan “Azərbaycan”
qəzetində baş redaktorun müavini
vəzifəsindədir (1993-cü ildən). O, po-
eziya sahəsində fəaliyyətə 12 yaşın-
dan başlasa da “Tunc altı” adlı ilk şeiri
1955-ci ildə “Şərq Qapısı” qəzetində
işıq üzü görmüş, həmin vaxtdan fəal
bədii yaradıcılıqla məşğuldur. 1970-ci
ildən SSRİ Yazıçılar İttifaqının üzvüdür.
Şeir və poemaları rus, ukrayna, özbək,
tacik, eston, latış, ərəb və digər dillərdə
dərc olunmuşdur. Avropa və Asiya
şairlərindən xeyli poetik tərcümələri
var. “Mənim körpə çinarım”, “Qəlbimin
səsi”,“Əgər sevirəm desən”,“Körpələrin
xətrinə”,“Beşiklərdən gələn səslər”,
“Ömrün beşinci fəsli”,“Millətin xilas-
karı” (Heydər Əliyevin şərəfli ömür yo-
lundan bəhs edən poema),“O dünyaya
xəbər verin gələn var” və digər şeir ki-
tablarının müəllifidir. Sözlərinə 70 mah-
nı bəstələnmişdir. Yüksək vətənpərvərlik
ruhu ilə dolu şeir və poemaları respub-
likamızın müxtəlif mətbu orqanların-
da, həmçinin “Ulduz” və”Azərbaycan”
jurnallarında müntəzəm olaraq dərc
edilməkdədir.
Mətbuatda uzun illər səmərəli
fəaliyyətinə və yaradıcılıq uğurlarına
görə 1995-ci ildə “Qızıl Qələm” mü-
kafatına layiq görülmüşdür. Respublika
Prezidentinin 2005-ci il 21 iyul tarix-
li 924 nömrəli Sərəncamı ilə “Tərəqqi
medalı” ilə təltif edilmişdir. 2009-cu il
dekabrın 25-də Azərbaycan Respubli-
kası Prezidenti Yanında Kütləvi İnfor-
masiya vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi fərdi jur-
nalist yazıları müsabiqəsinin qalibi
kimi, “Azərbaycançılıq ideyası milli
həmrəyliyin təməl prinsipləridir” möv-
zusundakı publisist yazısına görə dip-
lomla təltif edilmişdir. 22 iyul 2010-cu
ildə milli mətbuatımızın 135 illiyi ilə
əlaqədar “Əməkdar jurnalist” adına la-
yiq görülmüşdür.
Dostları ilə paylaş: