Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə442/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   438   439   440   441   442   443   444   445   ...   538
Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn]: 

üç cilddə /B.Bayramov; 

red. Z.Əsgərova.-Bakı: 

Yazıçı, 1985.- C.I.- 325 s.; 

C.II.- 322 s.; C.III.- 388 s.

Gün batanda [Mətn]: 

roman və povest 

/B.Bayramov.- Bakı: Yazıçı, 

1981.- 446 s. 

Cıdır düzü [Mətn]: [ro-

man] /B.Bayramov.- Bakı: 

Yazıçı, 1979.- 472 s.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.az.wordpress.com

www.kataloq.net

11

Yazıçı

1


353

9

Dünya ədəbiyyatı 

85

 illiyi

Çingiz Aytmatov

1928-2008     

DEKABR

 Çingiz Torekuloviç Aytmatov 1928-

ci il dekabr ayının 12-də  Qırğızıstanın 

Şəkər qışlağında anadan olmuşdur. 

1937-ci ildə valideynləri Stalin repres-

siyasının qurbanları olduğuna görə o, 

bibisinin himayəsi altında böyümüş, 

8 sinif bitirdikdən sonra Cambul Zoo-

texnikumuna daxil olmuş, həmin təhsil 

ocağını əla qiymətlərlə bitirmişdi. 

1948-1953-cü illərdə Aytma-

tov Bişkəkdəki Kənd Təsərrüfatı 

Universitetində  təhsil almışdır. 1952-

ci ildə dövri mətbuatda onun qırğız 

dilindəki ilk əsərləri çap olunmağa baş-

lamışdır. Ali təhsil aldıqdan sonra o, 3 il 

ərzində Qırğız SSR-in Maldarlıq Elmi-

Tədqiqat İnstitutunda çalışmışdır. 

1956-cı ildə  Aytmatov Moskvada-

kı Ali ədəbiyyat kursuna yazılmışdır. 

Kursu bitirdiyi ildə “Oktyabr” jurna-

lında onun qırğız dilindəki “Üz-üzə” 

hekayəsinin rus dilinə  tərcüməsi dərc 

olunmuşdur. Həmin il “Yeni dünya” jur-

nalında Aytmatovun bir sıra hekayələri 

və yazıçıya dünya söhrəti qazandıran 

“Cəmilə” povesti işıq üzü görmüşdür.

Məşhur yazıçı 1961-ci ildən Qırğı-

zıstan Kinematoqrafiya İttifaqının üzvü, 

1964-cü ildən birinci katib, 1969-cu 

ildən isə sədri, 1978-ci ildə Qırğızıstan 

Elmlər Akademiyasının akademiki  ol-

muşdur. 

Çingiz Aytmatov keçmiş SSRİ Ali 

Sovetinin deputatı, Qırğızıstan Kommu-

nist Partiyasının Mərkəzi Komitəsinin

Yazıçılar  İttifaqının üzvü, Asiya və 

Afrika ölkələri ilə Sovet həmrəylik 

komitəsinin rəhbərlərindən biri, “Xarici 

ədəbiyyat” jurnalının baş redaktoru, “İs-

sıqqul forumu” adlı beynəlxalq intellek-

tual hərəkatın təşəbbüskarı olmuşdur.

1980-ci ildə qələmə aldığı “Gün var 

əsrə  bərabər” adlı romanında yer ver-

diyi bir qırğız  əfsanəsində “manqurt” 

- əsil-nəsli və yaddaşı unutdurulmuş in-

san sözü bütün dünya ədəbiyyatına da-

xil olmuşdur. Onun əsərlərindəki hakim 

mövzu müasir normalar ilə qədimi ya-

şatmağı özünə çətinlik bilən insanların 

tənqidindən ibarətdir. 

1990-1994-cü illərdə Aytmatov 

SSRİ-nin və sonradan Rusiyanın Be-

nilüks ölkələrindəki səfiri vəzifəsində 

çalışmış, 2008-ci ilin martınadək Qırğı-

zıstanın Fransada, Belçika, Lüksemburq 

və Niderlanddakı səfiri olmuşdur.

Əsərləri 160 dilə  tərcümə olunmuş

sağlığında kitabları dünya klassikləri sı-

rasına daxil olmuş, yazıçının romanla-

rından bir qismi kinoya da çəkilmişdir. 

1963-cü ildə Lenin mükafatına, SSRİ 

Dövlət mükafatlarına layiq görülmüş, 

1976-cı ildə isə  Qırğızıstanın Dövlət 

mükafatını almışdır. Azərbaycan Pre-

zidenti İlham Əliyev 2008-ci il fevralın 

25-də Çingiz Aytmatovu  Azərbaycanın 

yüksək ordeni olan “Dostluq” orde-

ni ilə  təltif etmişdir. Çingiz Aytmatov 

Azərbaycanda bu ordenə layiq görülən 

ilk şəxs olmuşdur.

Hələ sağlığında Qırğızıstanda 2008-

ci il “Çingiz Aytmatov ili” elan edilmiş-

dir. 


Çingiz Aytmatov 2008-ci il iyun 

ayının 10-da Almaniyanın Nürnberq 

şəhərində yerləşən müalicə keçdiyi kli-

nikada vəfat etmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   438   439   440   441   442   443   444   445   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin