354
Polyak şairi
Dünya ədəbiyyatı
215
illiyi
Adam Mitskeviç
1798-1855
DEKABR
Adam Mitskeviç 1798-ci il dekabr
ayının 24-də Novoqrudka yaxınlığın-
dakı Zaosye kəndində (indiki Belarus
ərazisində) anadan olmuşdur.
Məktəbdə tarix və ədəbiyyata maraq
göstərsə də, Mitskeviç 1815-ci ildə Vil-
nüs Universitetinin fizika-riyaziyyat
fakültəsinə daxil olmuşdur.
1817-ci ildən gizli polyak inqi-
labçı gənclər təşkilatları “Filomat”,
“Filapet”in yaradılmasında fəal iştirak
etmiş, ədəbi yaradıcılığa da bu dövrdə
başlamışdır.
Mitskeviçin ilk şeirlər toplusu
(“Poeziya”, C.1-2, 1822-1823) polyak
ədəbiyyatında romantik cərəyanın ma-
nifesti olmuş, 1822-ci ildə çıxan balla-
da və romanslardan ibarət şeirlər kitabı
onu Polşanın demokratik düşüncəli in-
sanlarının sevimlisinə çevirmişdi.
1823-cü ildə
tələbə
gənclər
təşkilatının üzvləri, o cümlədən Mits-
keviç çar hakimiyyəti tərəfindən həbs
olunmuş və 1824-cü ildə Rusiyaya sür-
gün edilmişdir. Peterburqda, Odessada
yaşamış, 1829-cu ilədək Rusiyada qal-
mış, burada dekabristlər və A.S.Puşkinlə
dostluq etmişdir. Puşkin onun istedadı-
nı yüksək qiymətləndirmişdir.
Mitskeviç Peterburqda olarkən
polyak əsilli şərqşünas Senkeviçlə
görüşmüş, universitetdə çalışan
azərbaycanlı alim, şair Mirzə Cəfər
Topçubaşovla tanış olmuşdur. Topçu-
başov Mitskeviçin şeirlərini tələbəsi
- polyak şairi, “Koroğlu” eposunun
ilk tərcüməçisi Xodzkonun köməyi ilə
fars dilinə çevirməklə onun Şərqdə ilk
tərcüməçisi və təbliğatçısı olmuşdur.
Mitskeviçin “kiçik Şərq” adlandır-
dığı Krımda (1825) yaratdığı “Krım
sonetləri” dünya poeziyasının qiymətli
və dəyərli nümunələrindəndir.
“Konrad Vallenrod” (1828) poema-
sında Mitskeviç şəxsi səadətini xalq
işi uğrunda mübarizəyə qurban verən
qəhrəman obrazı yaratmışdır.
1830-cu ildə Polşa üsyanında iştirak
etmək cəhdləri puça çıxdıqdan son-
ra, Mitskeviç mühacirətdə (Parisdə)
yaşamağa məcbur olmuşdur. İlk dəfə
1831-ci ildə nəşr olunan “Pan Tadeuş”
epopeyası Mitskeviçin mühacirətdə
yazdığı ən gözəl əsərlərindən biridir.
“Pan Tadeuş” (1834) poeması o dövr
Polşa ədəbiyyatının realist ensiklope-
diyasıdır.
Mitskeviç poeziyası polyak milli
azadlıq hərəkatına, inqilabi demokra-
tik fikrinə, polyak ədəbiyyatı və teatrı-
nın inkişafına güclü təsir göstərmişdir.
Əsərləri bir sıra dillərə, o cümlədən
Azərbaycan dilinə tərcümə olunmuş-
dur.
Krım müharibəsi zamanı siya-
si məqsədlə İstanbula getmiş, 1855-
ci il noyabr ayının 26-da orada vəba
xəstəliyindən vəfat etmişdir.
Dostları ilə paylaş: