Çıxış nömrəsi: ssof/ /09 Tarix: 31. 07. 09 Sənəd necə göndərilir



Yüklə 13,38 Mb.
səhifə1/32
tarix06.09.2017
ölçüsü13,38 Mb.
#29098
  1   2   3   4   5   6   7   8   9   ...   32

AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MYNS Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 31.07.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + 1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

____________



Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini V.Sadıqov, Mədəniyyət və Turizm Nazirliyi
Məsələyə dair: 31 iyul 2009-cu il tarixində Bolqarıstanın yeni Mədəniyyət naziri Vejdi Reşidovun təşəbbüsü ilə Səfir E.Zeynalovla keçirilmiş görüşə dair
Səfir:

İcraçı: A.Əliyeva

Xarici İşlər Nazirinin 06 fevral 2007-ci il tarixli 238 N-li Əmrinə cavab olaraq səfirlik üçün internetə qoşulma tələblərinin yerinə yetirilməsinə dair aşağıdakıları bildiririk:




  1. İnternetə daimi qoşulma ADSL;

  2. Qoşulma sürəti – 2048 Kb/s (upload 512 Kb/s);

  3. IP GRE, IP ESP, TCP/UDP 1721-1723, UDP 500 protokol və portları açıqdır;

  4. Daimi və real IP ünvan (static and non-imaginary IP) mövcuddur.




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MXSP, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /07 Tarix: 15.05.07

Sənəd necə göndərilir: Elektron poçt* Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1+2 Əlavə olunur:

Məhdudluğu qrifi: Adi Xidməti istifadə üçün*

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Əvvəlki müraciətlər:_________________

XİN-in 27 mart 2006-cı il tarixli S/22-2029/01 N-li məktubuna cavab

____________tarixinə qədər cavab verilməlidir



Məruzə üçün:
Məlumat verilməsi üçün: Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri c-b Ə.Hüseynova
Məsələyə dair: Cari ilin 20 may tarixində Bolqarıstanda Avropa Parlamentinə seçkilərin keçirilməsi
Səfir:

İcraçı: A.Əliyev

Səfirliyin SSOF/125/07 saylı məktubuna əlavə olaraq bildiririk ki, cari ilin 30 aprel tarixində Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri E.Zeynalovun Türkiyə Cümhuriyyətinin Bolqarıstandakı səfiri Mehmet Gücük Beyle görüşü keçirilmişdir.

Görüşün əsas mövzusu cari ilin 25 aprel tarixində sözdə “erməni soyqırımı”nın Bolqarıstan Xalq Məclisində qaldırılması və bu kimi digər təşəbbüslərə qarşı birgə işin aparılması məqsədilə birgə faəliyyət planının işlənib hazırlanması olmuşdur.

Belə ki, bu cür təşəbbüslərin qarşısının alınması üçün XX əsrin əvvəlində Türkiyədə və Azərbaycanda ermənilər tərəfindən insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayətlər haqqında həqiqətlərin daha müntəzəm olaraq Bolqarıstan ictimaiyyətinə, dövlət qurumlarına, xüsusilə Xalq Məclisinə, həmçinin ölkədə akreditə olan digər səfirliklərə çatdırılması və dəstək əldə olunaraq daha geniş təbliğatın aparılması məqsədilə birgə fəaliyyət göstərilməsi qərara alınmışdır. Həmçinin qeyd etmək istərdik ki, səfirliyimizin təşəbbüsü ilə Bolqarıstanda yaradılan və fəaliyyət göstərən GUAM klubunun nəzərdə tutulan növbəti görüşündə Türkiyə Cümhuriyyətinin Bolqarıstandakı səfiri Mehmet Gücük Beyin iştirakı gözlənilir və həmin görüşdə Bolqarılstan Xalq Məclisində baş verən son hadislərin müzakirəsi nəzərdə tutulur.

Qeyd etmək istərdik ki, apardığımız araşdırmalara əsasən son zamanlar sözdə “erməni soyqırımı”nın ölkə parlamentində müntəzəm olaraq qaldırılması təşəbbüsü Bolqarıstandakı ermənilərdən daha çox Bolqarıstanın bir sıra siyasi qüvvələri tərəfindən irəli sürülür və əsasən məhz türk əsilli bolqar vətəndaşlarının təmsil olunduğu HAH partiyasına qarşı, xüsusilə də cari ilin may ayının 20-də ölkədə keçiriləcək Avropa Parlamentinə seçkilərdə sözü gedən partiyanın mövqeyinin zəiflədilməsinə yönəlmişdir.

Görüş zamanı Türkiyə Cümhuriyyətinin səfiri Mehmet Gücük Beyin təqdim etdiyi cari ilin 25 aprel tarixində sözdə “erməni soyqırımı”nın Bolqarıstan Xalq Məclisində müzakirəsinin qeydə alındığı steneoqrammanı diqqətinizə təqdim edirik.

SSOF/083/07 saylı 09.03.07 tarixli məktubumuza əlavə olaraq bildiririk ki, Bolqarıstan Respublikasının Ədliyyə Naziri Qeorqiy Petkanovun cari ilin 15-19 may tarixlərində Azərbaycana səfəri nəzərdə tutulur. Bununla əlaqədar olaraq, BR-sı Ədliyyə Nazirinin rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibini, səfərin proqram layihəsini və nümayəndə heyətinin Bakıya gəliş və geri dönüş marşrutlarını diqqətinizə təqdim edirik.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi Bolqarıstanda iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 15 iliyinə həsr olunan poçt markasının buraxılması məqsədilə ölkənin müvafiq qurumları ilə iş aparmışdır. Aparılan işin nəticəsi olaraq artıq poçt markasının son layihə variantı razılaşdırılmış və cari ilin 1 iyun tarixində Respublika gününə və Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 15 illiyinə həsr olunan qəbulda həmin poçt markasının təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur. Markanın son layihə variantını diqqətinizə təqdim edirik.





AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ Surəti: AR-sı Mədəniyyət və Turizm Nazirliyi

Çıxış nömrəsi: SSOF/ /07 Tarix: 16.05.07

Sənəd necə göndərilir: Elektron poçt* Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1+ Əlavə olunur:

Məhdudluğu qrifi: Adi* Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi* Vacib Çox vacib

Əvvəlki müraciətlər:_________________

XİN- N-li məktubuna cavab

____________tarixinə qədər cavab verilməlidir



Məruzə üçün:
Məlumat verilməsi üçün:

Məsələyə dair: BolarıstanınRusiya və MDB xalqları ilə Dostluq Federasiyası”nın təşəbbüsü ilə Varna şəhərində cari ilin 20 iyun-4 iyul tarixlərində keçiriləcək “Zvezdnaya Raduqa” İkinci Beynəlxalq uşaq festivalı haqqında ümumi məlumatı və festivalın iştirak şərtlərini diqqətinizə təqdim edir və festivalda Azərbaycandan olan uşaqların iştirakı imkanlarını nəzərdən keçirmənizi xahiş edirik.
Səfir:


İcraçı: E.Bağırov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MKON, MMİİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /07 Tarix: 16.05.07

Sənəd necə göndərilir: Elektron poçt* Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1+ Əlavə olunur:

Məhdudluğu qrifi: Adi* Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Əvvəlki müraciətlər:_________________

XİN- N-li məktubuna cavab

____________tarixinə qədər cavab verilməlidir



Məruzə üçün: Xarici işlər nazirinin müavini c-n X.Xələfov, Konsulluq İdarəsinin rəisi c-b N.Hüseynov
Məlumat verilməsi üçün:

Məsələyə dair: Səfirliyin sorğusuna cavab olaraq Bolqarıstan Respublikasının sərhəd polisindən aldığımız Burqas liman şəhərində Kamboca bayrağı altında üzən və ekipaj üzvlərindən 5-nin Azərbaycan Respublikasının vətəndaşı olduğu “GİZ” ticarət gəmisinin saxlanılma səbəbləri barədə məktubu qeyri-rəsmi tərcüməsi ilə diqqətinizə təqdim edirik.

Səfir:



İcraçı: E.Bağırov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /07 Tarix: 24.05.07

Sənəd necə göndərilir: Elektron poçt* Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1+1 Əlavə olunur:

Məhdudluğu qrifi: Adi Xidməti istifadə üçün*

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Əvvəlki müraciətlər:_________________

XİN-in S/19-4688/05/07, S/19-5035/19/07 N-li məktublarına cavab

____________tarixinə qədər cavab verilməlidir



Məruzə üçün: XİN müavini cənab V.Sadıqova
Məlumat verilməsi üçün:
Məsələyə dair: Yeni Azərbaycan Partiyası tərəfindən Bakıda keçiriləcək “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” adlı konfransda Bolqarıstandan iştirak edəcək nümayəndələrə dair

Səfir:



İcraçı: A.Əliyev



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MXSP, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /07 Tarix: 24.05.07

Sənəd necə göndərilir: Elektron poçt* Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1+1 Əlavə olunur:

Məhdudluğu qrifi: Adi Xidməti istifadə üçün*

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Əvvəlki müraciətlər:_________________

XİN-in 27 mart 2006-cı il tarixli S/22-2029/01 N-li məktubuna cavab

____________tarixinə qədər cavab verilməlidir



Məruzə üçün:
Məlumat verilməsi üçün: Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri c-b Ə.Hüseynova
Məsələyə dair: Cari ilin 20 may tarixində Bolqarıstanda Avropa Parlamentinə keçirilən seçkilərin nəticələri
Səfir:



İcraçı: A.Əliyev



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MKON Surəti:

Çıxış nömrəsi: SSOF/ /07 Tarix: 25.05.07

Sənəd necə göndərilir: Elektron poçt* Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 Əlavə olunur:

Məhdudluğu qrifi: Adi* Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi* Vacib Çox vacib

Əvvəlki müraciətlər:_________________

XİN-in S/15-5283/05/07 N-li məktubuna cavab

____________tarixinə qədər cavab verilməlidir



Məruzə üçün: XİN müavini c-b V.Sadıqov, Konsulluq İdarəsinin rəisi c-b N.Hüseynov
Məlumat verilməsi üçün:

Məsələyə dair: XİN-in S/15-5283/05/07 N-li məktubuna cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyinin konsulluq şöbəsinə 2005-ci ildən bu günə kimi “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin” rəsmiləşdirilməsi haqqında hər hansı müraciət daxil olmamışdır.

Səfir:

İcraçı: E.Bağırov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MMİİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /07 Tarix: 28.05.07

Sənəd necə göndərilir: Elektron poçt* Faks Dip.poçt*

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1+1 Əlavə olunur: 4 jurnal

Məhdudluğu qrifi: Adi* Xidməti istifadə üçün

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi* Vacib Çox vacib

Əvvəlki müraciətlər:_________________

XİN-in N-li məktubuna cavab

____________tarixinə qədər cavab verilməlidir



Məruzə üçün:
Məlumat verilməsi üçün: AR-sı Prezidentin İcra Aparatının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri c-b N.Məmmədova, AR-sı Xarici Ölkələrdə yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin Sədri c-b N.İbrahimova

Məsələyə dair: Bolqarıstanda fəaliyyət göstərən Türk Kültür Mərkəzi tərəfindən nəşr olunan “Kaynak” jurnalının 31-ci sayında 2007-ci ilin mart ayında Bakıda keçirilən Dünya Azərbaycan və Türk diaspor təşkilatlarının rəhbərlərinin I Forumuna dair məqalələri diqqətinizə təqdim edirik.

Səfir:

İcraçı: E.Bağırov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MKON Surəti:

Çıxış nömrəsi: SSOF/ /07 Tarix: .06.07

Sənəd necə göndərilir: Elektron poçt* Faks Dip.poçt*

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1+1 Əlavə olunur:

Məhdudluğu qrifi: Adi* Xidməti istifadə üçün

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi* Vacib Çox vacib

Əvvəlki müraciətlər:_________________

XİN-in S/15-3055/05/07 N-li məktubuna cavab

____________tarixinə qədər cavab verilməlidir



Məruzə üçün: XİN-in müavini c-b V.Sadıqov
Məlumat verilməsi üçün:

Məsələyə dair: S/15-3055/05/07 saylı 17.03.07 tarixli məktuba cavab olaraq lazımi məlumatları diqqətinizə təqdim edirik.

Səfir:

İcraçı: E.Bağırov

Mərkəzin S/15-3055/05/07 saylı 17.03.07 tarixli məktubuna cavab olaraq cari ilin 1 iyun tarixinə aşağıda qeyd olunan məlumatları diqqətinizə təqdim edirik.




  1. Daimi yaşamaq hüququ almış Azərbaycan Respublikası vətəndaşları- ;

  2. Müvəqqəti yaşamaq hüququ almış Azərbaycan Respublikası vətəndaşları- ;

  3. Əmək fəaliyyətinə dair rəsmi icazə almış Azərbaycan Respublikası vətəndaşları- .



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /07 Tarix: 31.05.07

Sənəd necə göndərilir: Elektron poçt* Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1+2 Əlavə olunur:

Məhdudluğu qrifi: Adi* Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Əvvəlki müraciətlər:_________________

XİN-in S/10-5440/04/07 N-li məktubuna cavab

____________tarixinə qədər cavab verilməlidir



Məruzə üçün: XİN müavini c-b A.Əzimova
Məlumat verilməsi üçün: AR-sı Prezidentin İcra Aparatının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri c-b N.Məmmədova
Məsələyə dair: Cari ilin 18-19 iyun tarixlərində Bakıda keçiriləcək GUAM-ın növbəti Zirvə Toplantısına dair.

Səfir:

İcraçı: A.Əliyev



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MXSP, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /07 Tarix: 31.05.07

Sənəd necə göndərilir: Elektron poçt* Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1+1 Əlavə olunur:

Məhdudluğu qrifi: Adi* Xidməti istifadə üçün

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Əvvəlki müraciətlər:_________________

XİN-in N-li məktubuna cavab

____________tarixinə qədər cavab verilməlidir



Məruzə üçün: XİN müavini c-b A.Əzimova
Məlumat verilməsi üçün: AR-sı Prezidentin İcra Aparatının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri c-b N.Məmmədova
Məsələyə dair: Cari ilin 30 may tarixində keçirilən GUAM-ın onilliyinə həsr olunan tədbirə dair

Səfir:

İcraçı: A.Əliyev


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MÜKT, Nazirlik və AR-nın xaricdəki nümayəndəlikləri ilə əlaqələr şöbəsi Surəti:

Çıxış nömrəsi: SSOF/ /07 Tarix: 31.05.07

Sənəd necə göndərilir: Elektron poçt* Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 Əlavə olunur:

Məhdudluğu qrifi: Adi* Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Əvvəlki müraciətlər:_________________

XİN-in 06 fevral 2007-ci il tarixli 238 N-li Əmrinə cavab

____________tarixinə qədər cavab verilməlidir



Məruzə üçün: XİN müavini c-b VSadıqova
Məlumat verilməsi üçün:
Məsələyə dair: Səfirliyin SSOF/095/07 saylı məktubuna əlavə olaraq Səfirliyin qoşulduğu internetin İP adresini diqqətinizə təqdim edirik.
İP adress: 213.91.217.152
Səfir:


İcraçı: R.Qurbanov


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MNKT Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 12.06.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +11 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi* Vacib Çox vacib

Əvvəlki müraciətlər:_________________

____________



Məruzə üçün:

Məlumat verilməsi üçün:
Hörmətli cənab Nazir,
Bolqarıstan Respublikasının vətəndaşı Dimitr Bratanovun xahişi ilə onun şəxsi işini və digər sənədlərini diqqətinizə təqdim edirik.

Səfir:




İcraçı: E.Məmmədov

AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MNKT Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 16.06.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +9 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi* Vacib Çox vacib

Əvvəlki müraciətlər:_________________

____________



Məruzə üçün:

Məlumat verilməsi üçün:

Məsələyə dair: Bolqarıstan Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəbləri haqqında məlumat

Səfir:


O.Əkbərova
Mərkəzin S/16-6628/16/09 saylı, 04.06.2009-cu il tarixli məktubuna cavab olaraq bildiririk ki, Bolqarıstan Respublikasında ümumtəhsil məktəbləri 2 pilləlidir (I-VII, VIII-XII) və (dövlət məktəbləri) ödənişsizdir. Bu məktəblərdə dərslər bolqar dilində keçirildiyindən Bolqarıstanda akreditə olunan diplomatik nümayəndəlik əməkdaşlarının övladları alternativ dil kimi ingilis, türk, rus, fransız dilli məktəblərdə təhsil almağa üstünlük verirlər. Qeyd olunan məktəblərdə təhsil pilləri üzrə illik təhsil xərcləri və əlavə xərclər barədə məlumatı diqqətinizə təqdim edirik.



  • Səfir E.Zeynalovun övladı Məryəm Zeynalovanın (VII sinif) təhsil aldığı “Anglo-American School” (ingilis dilli) məktəbində illik təhsil xərcləri (əlavə olunur 2 vərəq) 2008-2009-cu tədris ili üçün aşağıdakı kimi olmuşdur.

- I - IV siniflər üçün - 6.118 Avro

- V siniflər üçün - 16.055 Avro

- VI-VIII siniflər üçün - 16.875 Avro

- IX-X siniflər üçün - 17.650 Avro


  • Səfirliyin I katibi E.Həsənovun övladları Qədir Həsənov (II sinif) və Cavid Həsənovun (VII sinif) təhsil aldığı “Viktor Hüqo” (fransız dilli) məktəbində illik təhsil xərcləri və digər xərclər (əlavə olunur 4 vərəq) bu il üçün aşağıdakı kimidir.

- I - IV siniflər üçün - 4750 Avro

- V-X siniflər üçün - 5800 Avro

- illik yemək haqqı - 530 Avro

- illik nəqliyyat xərci - 330 Avro


  • Səfirliyin təsərrüfat müdiri Z.Cəbrayilovun övladı Samirə Cəbrayilovanın təhsil aldığı “Drujba” Türk məktəbində illik təhsil xərcləri (əlavə olunur 2 vərəq) 2008-2009-cu tədris ili üçün aşağıdakı kimi olmuşdur.




    • Təhsil xərci -1300 Avro

    • İllik yemək haqqı - 200 Avro

    • illik nəqliyyat xərci - 150 Avro



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MİHİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 19.06.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi* Vacib Çox vacib

Əvvəlki müraciətlər:_________________

____________



Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini cənab X.Xələfova
Məsələyə dair: Cari ilin 05 iyul tarixində Bolqarıstan Respublikasının Xalq Məclisinə keçiriləcək seçkilərlə bağlı məlumat

Səfir:

İcraçı: E.Məmmədov

Məlumat üçün bildiririk ki, 05 iyul 2009-cu il tarixində Bolqarıstan Respublikasının 41-ci Xalq Məclisinə keçiriləcək seçkilərlə əlaqədar 14 iyun 2009-cu il tarixindən seçkiqabağı təşviqat kompaniyasına start verilmişdir. Xalq Məclisinə keçiriləcək seçkilərdə iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş 20 siyasi partiya və koalisiyanın nümayəndələrinə təşviqat kompaniyalarının aparılması üçün televiziya və radiolarda efir vaxtları ayrılmışdır. Bolqarıstan vətəndaşlarının xarici ölkələrdə seçki hüquqlarının təmin edilməsi üçün isə 58 xariсi ölkədə 258 seçki məntəqəsi yaradılmışdır.

Qeyd etmək istərdik ki, Bolqarıstan tarixində ilk dəfə olaraq seçkilərdə qarışıq seçki sistemi tətbiq olunacaq və 240 deputat mandatı üzrə 31 nəfər majoritar, 209 nəfər isə proporsional seçki sistemi qaydası ilə Xalq Məclisinə keçiriləcək seçkilərdə mübarizə aparacaqdır. Seçkilərin gedişini Bolqarıstan hökumətinin dəvəti ilə ATƏT-in İnsan Hüquqları və Demokratik institutlar Bürosu izləyəcəkdir. (Xatırladak ki, qeyd olunan Büro müşahidəçi qrup kimi 2004-2008-ci illərdə Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkilərinin gedişini izləmişdir)
Əlavə olaraq, seçkilərdə iştirak edəcək siyasi partiya və koalisiyaların bülleten üzrə siyahısını diqqətinizə təqdim edirik.


  1. “RZS” (Red, Zakonnost, Spravidlivost) partiyası

  2. “Lider” partiyası

  3. “QERB” partiyası

  4. “DPS” (Hüquq və Azadlıqlar naminə Hərəkat) partiyası

  5. “Ataka” partiyası

  6. Bolqariya naminə Koalisiya

  7. “Müdafiə” Vətənpərvərlərin Gücü Birliyi

  8. “NDSV” partiyası

  9. “BZNS” koalisiyası

  10. “Sol Bolqarıstan” koalisiyası

  11. “PLAM” partiyası

  12. “Yaşıllar” partiyası

  13. “Sosialdemokratlar” partiyası

  14. “BMPO” – Milli Bolqarıstan partiyası

  15. “Digər Bolqarıstan” partiyası

  16. “OBP” – Bolaqar Vətənpərvərləri Birliyi

  17. “Vətənin azad olunması üçün Milli hərəkat” partiyası

  18. “ND” - Bolqarıstan Milli Birliyi

  19. “Göy” koalisiya

  20. “Za Rodinata – DQİ-NL”

Xalq Məclisinə keçiriləcək seçkilərin gedişi və nəticələri barədə mütəmadi olaraq Mərkəzə məlumat veriləcəkdir.





AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MDPİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 09.10.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi* Vacib Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məlumat verilməsi üçün:
Hörmətli Pərvin müəllim,
Bununla, həyat yoldaşım Nəzirə Elton qızı Zeynalovanın 14 oktyabr 2009-cu il tarixində TK-1334 nömrəli təyyarə reysi ilə İstanbuldan Bakıya, 22 oktyabr 2009-cu il tarixində Bakıdan -İstanbula uçması ilə əlaqədar, onun 14 və 22 oktyabr tarixlərində H.Əliyev adına Hava limanının VİP zalından istifadə etməsi üçün müfaviq buraxılışın verilməsinə dair göstəriş verməyinizi xahiş edirəm.

Səfir:


İcraçı: E.Məmmədov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MİƏİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 19.06.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +4 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi* Vacib Çox vacib

Əvvəlki müraciətlər:_________________

____________



Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini M.Məmməd-Quliyev

Məsələyə dair: “Heyvanat Aləminin Sağlamlığı üzrə Ümumdünya Təşkilatının” Şərqi Avropa üzrə regional komissiyasının prezidenti professor Nikola Belev tərəfindən Azərbaycan Respublikasının Baş Naziri Artur Rəsizadəyə ünvanlanmış təşəkkür məktubunu ünvan sahibinə çatdırılmasında yardımçı olmağınızı xahiş edirik.

Səfir:

İcraçı: E.Məmmədov

AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MDPİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 23.06.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +4 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi* Vacib Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün:
Hörmətli Pərvin müəllim,
Mərkəzin S/14-7188/14/09 saylı, 22.06.2008-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Bolqarıstandakı Səfiri E.Zeynalov cari ilin 06-09 iyul tarixlərində Bakıda keçiriləcək Azərbaycan Respublikasının Diplomatik Xidmət Orqanlarının 90 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcəkdir.

Nəzərə almağınızı xahish edirəm.



Səfir:

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 25.06.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +4 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi* Vacib Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün:
Məsələyə dair: Bolqarıstan Respublikasının Prezidenti G.Pırvanovun Serbiya Respublikasında keçirilən Şərqi Avropa ölkələrinin Dövlət Başçılarının 16-cı iclasında iştirakına və çıxışına dair
Səfir:

İcraçı: E.Məmmədov


Bolqarıstan KİV-dən əldə olunmuş məlumata əsasən, Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov 19 iyun 2009-cu il tarixində Serbiya Respublikasının Novi-Sad şəhərində keçirilən Şərqi Avropa ölkələrinin Dövlət Başçılarının 16-cı iclasında iştirak etmişdir. İclasa Çexiya, Avstriya, Albaniya, Bosniya və Hersoqovinya, Makedoniya, Moldova, Polşa, Sloveniya, Ukrayna, Macarıstan, Slovakiya və Xorvatiya Respublikalarının dövlət başçıları qatılmışdır. Plenar iclaslarda dövlət başçılarının müzakirə mövzusu iqtisadiyat, enerji və Avropa İttifaqının genişlənməsi ilə bağlı məsələlər olmuşdur. Prezident Georgi Pirvanov öz çıxışıda bəzi ölkələrin siyasətində mövcud olan fərqin aradan qaldırmasına nail olmaq və milli enerji sistemi əsasında Avropa İttifaqının qanunvericiliyinə, enerji birliyinin məqsədlərinə uyğun, effektiv və kompleksli regional enerji bazarı sisteminin yaradılmasının vacibliyini qeyd etmişdir. Eyni zamanda dövlət başçısı bidirmişdir ki, 24-25 aprel 2009-cu il tarixində Sofiyada keçirilən “Avropada təbii qaz: Təhlükəsizlik və Tərəfdaşlıq” Enerji Samitində müsbət nəticələr əldə olunmuş və ən əsası samitdə Nabukko və Cənub axını qaz proektləri arasında konfrantasiyalar qabardılmamışdır. Onun sözlərinə görə Avropa qaz istehlakçılarının zənincə qeyd olunan hər iki qaz proektləri (NABUKO, Cənub axını) bir biri ilə rəqabət aparmırlar. Ancaq təchizatçılar və ərazilərindən layihələrin keçdiyi ölkələr barədə söhbət gedəndə isə biz böyük rəqabətin mövcud olduğunu anlamalı və dərk etməliyik. Bu baxımdan təbii qazın mənbəyi, marşurutu və təchizatçıların deversifikasiyası ilə bağlı real problemlərin həlli üçün maraqlı tərəflər iclaslarda iştirak etməli və öz aralarında müzakirə aparmalıdılar. Əsas problemlərdən biri olan Avropa ölkələrinin enerji stabilliyi ilə bağlı məsələlərə gəldikdə isə təbii qazın təchizatı zamanı kəsintilərin və nasazlığın olması səbəbi Cənub və Şimal arasında sistemin mövcud olmaması və şəbəkələrin Cənub Şərqi Avropada ayrılması ilə bağlı olduğunu bildirmişdir. Bizdə bu nöqsanların qaldırılması ilə bağlı tələbat yanvar qaz krizisi zamanı özünü biruzə vermiş və milli qaz kəmərləri şəbəkələrinin Rumuniya və Yunanıstan şəbəkələri ilə birləşdirilməsi layihələrinin həyata keçirilməsinə başlanmışdır. Biz bu cür genişlənmənin qərb qonşuları ilə də reallaşmasına hazırıq deyərək Bolqarıstan Respublikasının Prezidenti G.Pirvanov çıxışını bitirmişdir.




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MİƏİ, MBQİ, Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 24.06.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + 1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Əvvəlki müraciətlər:_________________

____________



Məruzə üçün:

Məlumat verilməsi üçün: Aidiyyəti üzrə
Məsələyə dair: Bununla, Bolqarıstan Respublikasının Ətraf mühit və Su naziri Dzevdet Çakarovun Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırova ünvalanmış məktubunu diqqətinizə təqdim edir və ünvan sahibinə (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) çatdırılmasında yardımçı olmağınızı xahiş edirik.
Səfir

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 25.06.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +4 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi* Vacib Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün:
Məsələyə dair: Bolqarıstan Respublikasının Prezidenti G.Pırvanovun Serbiya Respublikasında keçirilən Şərqi Avropa ölkələrinin Dövlət Başçılarının 16-cı iclasında iştirakına dair
Səfir:

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ,MİHİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 25.06.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +21 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfova

Məsələyə dair: Cari ilin iyun ayının 7-də Bolqarıstan Respublikasında Avropa Parlamentinə keçirilən seçkilərin nəticələrinə dair

Səfir:

İcraçı: E.Məmmədov


Səfirliyin SSOF/218/09 nömrəli, 08.06.2009-cu il tarixli məktubuna əlavə olaraq bidiririk ki, 07 iyun 2009-cu il tarixində Bolqarıstanda Avropa Parlamentinə keçirilən seçkilərdə yer tutmuş partiyalar və koalisiyalar əldə etdikləri mandat üzrə Avropa Parlamentində təmsil edəcək deputatlarının siyahısını təsdiq etmişlər. Beləliklə, Avropa Parlamentində 17 deputat mandatı üzrə “Gerb” partiyası (ən cox seçicilərin səsini əldə edən - 24,36%) - 5, “Bolqariya naminə Koalisiya” (“BSP”, “Bolqarıstan Sosialdemokratları”, “Sosial Hümanizm Hərəkatı”, “Aleksandr Stambolinski” kənd təsərrüfarı birliyi, “Roma”, “Komunist partiyaları”- 18,52%) – 4, “Hüquq və Azadlıqlar naminə Hərəkat” partiyası (14,16%) – 3, milliyyətçi “ATAKA” partiyası (11,96 %) – 2, “İkinci Simeon Milli Hərəkat” (“NDSV”) partiyası (7,95%) – 2, “Göy Koalsiya” (7,90%) – 1 deputatı ilə Avropa Parlamentində təmsil olunacaqdır.

Avropa Parlamentində təmsil olunacaq deputatların partiyalar üzrə siyahısını və tərcümeyi-hallarını diqqətinizə təqdim edirik.


“Gerb” partiyası:


  • Vladimir Andreyev Uruçev

  • Emil Stefanov Stayanov

  • İliyana Naydenova İvanova

  • Mariya İvanova Nedelçeva

  • Rumyana Ruseva Jeleva

“Bolqariya naminə Koalisiya”:




  • İvaylo Georgiyev Kalfin (Bolqarıstan Respublikasnın indiki Xarici İşlər Naziri) (BSP partiyası)

  • Yevgeni Zaxariyev Kirilov (BSP partiyası)

  • İliyana Malinova Yotova (BSP partiyası)

  • Kristian İvanov Vigenin (BSP partiyası)

Hüquq və Azadlıqlar naminə Hərəkat” partiyası:




  • Vladko Todorov Panayotov

  • Mətin Hüseyin Kazak

  • Filiz Xakoyeva Hüsmenova

“ATAKA” partiyası:




  • Dimitr Kinov Stoyanov

  • Slavço Pençev Binev

“İkinci Simeon Milli Hərəkat” (“NDSV”) partiyası:


  • Antoniya Stefanova Pırvanova

  • Meqlena Şiliyanova Kuneva

“Göy Koalsiya” :




  • Nadejda Nikolova Mixaylova



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MYNS Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 29.06.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +12 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi* Vacib Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün:
Məsələyə dair: 22 iyul 4 avqust 2009-cu il tarixlərində Varna şəhərində keçiriləcək “Üçüncü Beynəlxalq Uşaq Festifalı” ilə bağlı Rusiya və MDB xalqlarıının dostluq federasiyasının sədri professor Z.Zaxariyev tərəfindən Səfir E.Zeynalova ünlanmış məktubu diqqətinizə təqdim edir və Mədəniyyət Nazirliyinə göndərilməsində köməklik göstərməyinizi xahiş edirik
Səfir:

İcraçı: E.Məmmədov


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 01.07.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi* Vacib Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün:
Məsələyə dair: Bolqarıstan Respublikasının 40-cı Xalq Məclisinin yekun iclasında Xalq Məclisinin sədri Georgi Pirinskinin çıxışına dair

Səfir:

İcraçı: E.Məmmədov


Məlumat üçün bildiririk ki, 25 iyun 2009-cu il tarixində Bolqarıstan Respublikasının 40-cı Xalq Məclisinin yekun iclası keçirilmişdi. İclası öz nitqi ilə açan Xalq Məclisinin sədri Georgi Pirinski öz çıxışında bildirmişdir ki, onun mandatı dövründə Xalq Məclisi tərəfindən 718 qanun, ölkə konstitusiyasında 2 düzəliş və Bolqarıstan qanunvericiliyinin əsas sferalarında 6 Məcəllə qəbul edilmişdir. O, qeyd etmişdir ki, bu göstəricilər 39-cu Xalq Məclisi ilə müqayisədə daha böyük həcmli olmuşdur. Hazırki göstəricilərə görə Xalq Məclisi öz yüksək səmərəli qanunvericilik fəaliyyəti ilə qanunverici orqan kimi müasir parlament tarixində yüksək yerlərə layiqdir və hesablamalara görə 1989-cu il ölkədə demokratik dəyişikliklər başlayandan sonra 4 illik mandatı dövrünü müvəffəqiyyətlə başa çatdıran 3-cü parlamentdir. Bu dövr ərzində 40-cı Xalq Məclisi var gücünü hələ mandatının əvvəlində tərtib olunmuş və qarşısına qoyulmuş vacib məsələnin - Bolqarıstanın Avropa Birliyinə üzvülüyü və Bolqarıstan qanunvericiliyinin Avropa qanunvericiliyinə uyğunlaşdırılması məsələlərinin icrasına yönəltmişdir. Bu baxımdan, Xalq Məclisinin qəbul etdiyi əsas hüquqi aktlarından biri kimi vergi sistemində yerli hakimiyyətə vergi həcmini müəyyən etməyə imkan verən vergi paketi, abdusmanla bağlı qanunvercilik aktı, əhalinin mülahizələrinin uçotu və maraqların mübahisələri haqqında qanunlar olmuşdur. Eyni zamanda Georgi Pirinski təəssüflə qeyd etmişdir ki, əhali tərəfindən 40-ci Parlamentə və şəxsən ona göstərilən etibarlılığın səvyyəsi daha aşağı səviyəyə düşmüşdür. Onun fikrincə bunun başlıca səbəbi müxtəlif normativ aktların qəbulu zamanı çatışmazlıqlar və boşluqlar üzündən özgə sənədi ilə səs vermək imkanı ilə bağlı xoşagəlməz məsələlər yaratmışdır ki, bunu da 40-cı Xalq Məclisi mandatı dövründə aradan qaldıra bilməmişdir. Bu səbəblərdən hazırda ölkə əhalisinin son göstəricilərə görə Xalq Məclisinə etbarlığının səviyyəsi 10/1 nisbətindədir.


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MİƏİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 01.07.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili Çox təcili*

Vacibliyi: Adi Vacib Çox vacib*

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfov, M.Məmməd-Quliyev
Məsələyə dair: Cari ilin 09-iyul tarixində Sofiyada Azərbaycan qazının Avropaya ixracı ilə bağlı Bolqarıstan tərəfi ilə Türkiyə nümayəndə heyyəti arasında danışıqların aparılmasına dair məlumat

Səfir:

İcraçı: E.Məmmədov

Əldə etdiyimiz məlumata görə, cari ilin iyul ayının 9-da Sofiyada Bolqarıstan tərəfi ilə Türkiyə nümayəndə heyyəti arasında Azərbaycan qazının Avropaya ixracı ilə bağlı danışıqlar aparılacaqdır. Bolqarıstan tərəfi danışıqların baş tutacağına və yaxşı nəticələr əldə olunacağına ümid edir.

Əgər danışıqlar baş tutarsa qaz ixracı ilə bağlı müzakirələrin aparılması üçün ölkələr arasında 3 tərəfli (Azərbaycan,Bolqarıstan,Türkiyə) formatda görüş keçirilməsi nəzərdə tutulur.




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MDPİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 02.07.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili Çox təcili*

Vacibliyi: Adi Vacib Çox vacib*

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün: Nazir müavini V.Sadıqova

Məlumat verilməsi üçün:
Məsələyə dair: Cari 06-09 iyul tarixlərində Azərbaycan Respublikasının Diplomatik Xidmət Orqanlarının 90 illik yubleyinə həsr olunmuş tədbirdə Səfir E.Zeynalovun iştirak edə bilməməsinə dair
Səfir:

İcraçı: E.Məmmədov


Hörmətli Vaqif müəllim,


Məlumat üçün bildirirəm ki, 05 iyul 2009-cu il tarixində Bolqarıstan Respublikasının Xalq Məclisinə seçkilər keçiriləcək, eyni zamanda Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında fövqəladə hallar zamanı qarşılıqlı yardım memorandumunun imzalanması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri K.Heydərov Bolqarıstan Respublikasına səfər edəcəkdir. Bununla əlaqədar, 06-09 iyul 2009-cu il tarixlərində Bakıda keçirləcək Azərbaycan Respublikasının Diplomatik Xidmət Orqanlarının 90 illik yubleyinə həsr olunmuş tədbirdə iştirakım mümkün olmayacaqdır.

Bu məsələ ilə bağlı, artıq tərəfimdən Nazir E.Məmmədyarova məruzə edilmiş və razılaşdırılmışdır.

Nəzərə almağınızı xahiş edirəm.


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MİHİ, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 06.07.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +5 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili Çox təcili*

Vacibliyi: Adi Vacib Çox vacib*

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini M.Məmməd-Quliyevə, X.Xələfova, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri N.Məmmədova
Məsələyə dair: Cari ilin iyul ayının 5-də Bolqarıstan Respublikasında Xalq Məclisinə keçirilən seçkilərin nəticələrinə dair analitik məlumat
Səfir:

İcraçı: E.Həsənov

E.Məmmədov

Məlumat üçün bildiririk ki, 05 iyul 2009-cu il tarixində Bolqarıstan Respublikasında 41-ci Xalq Məclisinə seçkilər keçirilmişdir. Bolqarıstan Parlamenti tarxində ilk dəfə qarışıq seçki sistemindən istifadə olunmuş və 240 deputat mandatı üzrə (31 mojaritar, 209 proporsional qaydada) 18 partiya və koalisiya mübarizə aparmışdır. Bolqarıstan hökuməti vətəndaşların seçki hüquqlarının təmin edilməsi üçün ölkə daxilində 31 seçki dairəsi üzrə 11592, ölkə xaricində isə (58 ölkədə) 262 seçki məntələri (Türkiyə-123, İspaniya -17, ABŞ-15, Almaniya-10, Fransa-4, Kipr-4, Kanada-4) təşkil etmişdir.

Tərtib olunmuş yeni qaydalara görə seçkilərdə iştirak edən hər bir vətəndaş 2 bülletendən istifadə etmiş: 1 bületen üzrə mojaritar namizədə, 2-ci bülleten üzrə isə proporsional qaydada partiyalara və ya koalisiyalara səs vermişdir. Eyni zamanda MSK tərəfindən ilk dəfə olaraq seçkidə 9 ekspermental elektron səs vermə məntəqəsi təşkil olunmuşdur. (Qeyd olunan məntəqələrdə iştirak edən vətəndaşlar MSK tərəfindən tərtib olunmuş maqnit kartlardan istifadə edərək səs vermişdilər)

Seçkilərin gedişini ATƏT-in İnsan Hüquqları və Demokratik İnstitutlar Bürosu, Avropa Parlament Assambleyasanın müşahidəçi qrupu (19 deputatdan ibarət), 55 xarici təşkilatın nümayəndələri, 5 sosial agentlik (Exit Pooll) - “Sova Xaris”, “Alfa Riserç”, “Apis”, “Gallup”, “Skala” və 10 yaxın qeyri hökumət təşkilatı izləmişdir.


Mərkəzi Seçki Komissiyası 100% seçki protokollarının nəticəsinə əsaslanaraq bildirmişdir ki, 41-ci Xalq Məclisinə keçirilən seçkilərdə “GERB” partiyası bolqarıstan vətəndaşlarının 39,71 % səsini (1.645.734 səs) toplayaraq parlamentdə 26 mojaritar qaydada, 90 proporsional qaydada (ümumi 116) deputat mandatını əldə etmişdir. Xatırladaq ki, “Gerb” partiyası cari ilin 07 iyun tarixində Bolqarıstan Respublikasında Avropa Parlamentinə keçirilən seçkilərdə də seçicilərin ən çox səsini toplayaraq (24,36%) 17 avropa deputatı mandatı üzrə 5 yer əldə etmişdir.
Bolqarıstan naminə Koalisiya” (“BSP”,“Bolqarıstan Sosialdemokratları”,“Sosial Hümanizm Hərəkatı”,“Aleksandr Stambolinski” kənd təsərrüfatı birliyi, “Roma”, “Komunist partiyası”) 17,7 %-lə (733.546 səs) seçkilərdə ikinci yerdə qərarlaşmış və Xalq Məclisində proporsional qaydada 40 deputat mandatını qazanmışdır. Qeyd edək ki, bu partiya hazırki koalisyon hökumətdə (BSP,DSP,NDSV) aparıcı yerləri tutur. Belə ki, Bolqarıstan Respublikasının hazırki Baş naziri S.Stanişev, Xarici İşlər Naziri İ.Kalfin və digərləri “BSP” partiyasının üzvləridir.
Bolqar türklərinin dəstəklədiyi “Hüquq və Azadlıqlar naminə Hərəkat” (DSP) partiyası isə 14,46%-lə (599.270 səs) 3-cü yerdə qərarlaşıb və parlamentdə mojaritar qaydada 5 deputatı, proporsional qaydada isə 33 deputatı (ümumi 38) ilə təmsil olunacaqdır. Sözügedən pariya hazırki koalisiyon hökuməti təşkil edən partiyalardandır və hökumətdə 3 naziri ilə (Təbii fəlakət və Fövqəladə Hallar naziri – Emel Etem, Meşə və Kənd Təsərrüfatı naziri – Nihat Kabil, Ətraf mühit və Su naziri – Cevdet Çakırov) təmsil olunmuşdur. Partiyanın sədri Əhməd Doğan-dır.
Seçicilərin 9,36 % səsini (387.909 səs) qazanaraq 4-cü yerdə qərarlaşan partiya milliyyətçi “ATAKA” partiyasıdır. Bu partiya Xalq Məclisində 21 deputatı ilə təmsil olunacaqdır.
Yüklə 13,38 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin