Səfir:
İcraçı: E.Məmmədov
Məlumat üçün bildiririk ki, İstanbul şəhərində (26 sentyabr - 11 oktyabr 2009-cu il tarixlərində) keçirilən “Balkan Siyasi Klubu”nun (Bolqarıstanın sabiq prezidenti Jelyu Jelyev tərəfindən 2001-ci ildə təsis olunan qeyri-hökumət təşkilatı) “Türkiyənin Avropa Prespektivləri” mövzusuna həsr olunmuş 12-ci iclası (iki həftəlik) başa çatmışdır. Tədbirdə Türkiyənin sabiq prezidenti Süleyman Dəmrəl, Rumıniyanın sabiq prezidentləri Yon İlyevski və Emil Knostantineski, Makedoniyanın Xarici İşlər naziri Antoniyo Miloşoski, sabiq baş nazir Lyubço Georgiyevsi və Solomon Pasi iştirak etmişdir. İclasda Türkiyənin Avropa Birliyinə daxil olması prosesi: gömrük birliyinin problemləri, Avropa Birliyi və milli-dövlət konsepsiyası, Kipr problemi, həmçinin Türkiyə-Avropa Birliyi arasında gələcək əlaqələr və bundan irəli gələn digər məsələlər müzakirə olunmuşdur.
Müzakirələrdən sonra təşkil olunmuş mətbuat konfransında “Balkan Siyasi Klubu”nun prezidenti Jelyu Jelyev bildirmişdir ki, Türkiyə Avropa və Asiyanı birləşdirən coğrafi körpüdür, ərəb və müsülman dövlətləri ilə yaxşı əlaqələrə malikdir. Çoxsaylı gənc əhalisi, iqtisadi inkişafı və demokratik rejimi ilə Türkiyə Avropa Birliyinin üzvü olmasına layiqdir. Bu baxımdan təşkilat kimi Türkiyənin Avropa prespektivlərini tam olaraq dəstəkləyirik.
Xatırlatmaq istərdik ki, “Balkan Siyasi Klubu”nun Sofiya şəhərində 04-07 oktyabr 2007-cil tarixində keçirilmiş 10-cu iclası və iclasda Azərbaycan tərəfindən Musavat partiyasının sədri İsa Qəmbərin, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin, Şərq-Qərb araşdırma mərkəzinin sədri Ərəstun Oruclunun və Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayevin iştirakı barəsində Mərkəzə ətraflı (Səfirliyin SSOF/322/07 saylı, 12.09.2007-ci il tarixli məktubu) məlumat verilmişdir.
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ, MTPİ, MXSP Surəti:
Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 13.10.09
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 + 1 Əlavə olunur:
Məhdudluğu qrifi: Xidməti istifadə üçün
Təcililiyi: Adi* Təcili Çox təcili
Vacibliyi: Adi* Vacib Çox vacib
Əvvəlki müraciətlər:_________________
Məruzə üçün:
Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfova, A.Əzimova
Məsələyə dair: Son zamanlar Bolqarıstanın aparıcı KİV-də yayılan məlumatlara dair
Səfir:
İcraçı: E.Məmmədov
Məlumat üçün bildiririk ki, son zamanlar Bolqarıstanın aparıcı KİV-də Ermənistanla Türkiyə arasında yaranan münasibətlərin Azərbaycanda etirazla qarşılanmasından bəhs olunan məlumatlara tez-tez rast gəlinir. Məlumatlarda Ermənistan Türkiyə münasibətlərinin normalizasiyasının Azərbaycanın milli maraqlarına zidd olmasından, iki ölkə arasında qardaş münasibətlərə kölgə salmasından, Azərbaycan ictimaiyyəti arasında etirazla qarşılanmasından, bu yaxınlaşmanın Dağlıq Qarabağ probleminin həlli prosesinə təsir göstərməyəcəyindən əksinə ləngiməsinə səbəb olacağından yazılır. Həmçinin KİV-də Türkiyə və Ermənistanın bu addımlarının Bolqarıstan dövləti və ictimaiyyəti tərəfindən dəstəkləndiyi qeyd olunur.
Məlumat üçün diqqətinizə təqdim edirik.
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ, MİƏİ, MXSP Surəti:
Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 13.10.09
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 + 1 Əlavə olunur:
Məhdudluğu qrifi: Xidməti istifadə üçün
Təcililiyi: Adi* Təcili Çox təcili
Vacibliyi: Adi* Vacib Çox vacib
Əvvəlki müraciətlər:_________________
Məruzə üçün:
Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfova,M.Məmməd-Quliyevə
Məsələyə dair: Bolqarıstanın İqtisadiyyat və Energetika naziri Trayço Traykovun “Trans Balkan Pipeline” beynəlxalaq layihə şirkətinin icraçı direktoru Aleksandr Tarakanovla görüşünə dair.
Səfir:
İcraçı: E.Məmmədov
Məlumat üçün bildiririk ki, Bolqarıstanın İqtisadiyyat və Energetika naziri Trayço Traykov “Trans Balkan Pipeline” beynəlxalaq layihə şirkətinin icraçı direktoru Aleksandr Tarakanovu qəbul etmişdir. Görüşdən sonra nazir Trayço Traykov açıqlamasında bildirmişdir ki, biz yoldaş A.Trakanovla “Burqas-Aleksandropolis” neft kəməri ilə bağlı hazırki vəziyyəti müzakirə etdik. Fikrimizcə bu proektin realizasiyasının dayandırılmasına heç bir səbəb yoxdur.
Bu neft kəmərinin realizasiyası son zamanlar Rusiya və Bolqarıstan dövlətləri arasında ən mübahisəli məsələ olmuş və əvvəlki Hökumət tərəfindən iqtisadi effektlyinin və ekoloji təsirinin öyrənilməsi məqsədi ilə dondurulmuşdur. Hazırki Hökumət “Burqas-Aleksandropolis” neft kəmərinin tikintisinin dayandırlmasında heç bir əsas görmür, davam etməsini zəruri hesab edir və neft kəmərinin gücü ilə bağlı Rusiya tərəfindən zəmanət verilməsi üçün Bolqarıstan,Yunanıstan və Rusiya arasında bağlanan memoranduma yenidən baxır. Bununla bağlı bütün risk iştirakçı dövlətlərin üzərinə yox, bu layihədə mojaritar payı olan Rusiya konsersiumunun üzərinə düşür.
Həmçinin bildirmişdir ki, “Burqas-Aleksandropolis” neft kəmərinin tikintisi üçün maliyyələşmədə Bolqarıstan və Yunanıstanın 24,5% -lik, Rusiya Federasiyasının 51%-lik payı vardır. Son qiymətləndirmələrə görə bu neft kəmərinin tikintisi üçün 1,5 milyard avro məbləğində vəsait tələb olunur. Bu layihə reallaşarsa, “Burqas-Aleksandropolis” neft kəməri ilə Rusiya Federasiyasının Novorossiyski limanından Bolqarıstan ərazisini keçməklə Yunanıstanın Aleksandropolis limanına ildə 35 milyon ton neft nəql ediləcəkdir. Bolqarıstan tranzit ölkə kimi neft nəqlindən ildə 35 milyon avro qazanacaqdır. Bolqarıstan hökuməti hazırda bu layihədən daha çox faydalanmaq məqsədi ilə neftin təhcizatında yerli bolqar şirkətlərinin iştirakına çalışır.
Sonra isə “Trans Balkan Pipeline” beynəlxalaq layihə şirkətinin icraçı direktoru Aleksandr Tarakanov nəqlin təlükəsizliyi ilə bağlı bildirmişdir ki, neftin nəqli ilə bağlı tərəfimizdən ən müasir təhlükəsizlik tədbirləri görüləcəkdir və nəqlin suda olan hissəsi xüsusi avadanlıqlarla təchiz olunacaqdır. Tərəfimizdən irəli sürülən şərtlərdən biri ekoloji təhlükəsizlik və sosial faktorlarla əlaqədar layihənin yerli əhali tərəfindən qəbuludur. Çünki vaxtı ilə Burqas şəhərində neft borusunun tikintisi vətəndaşların etirazına və böyük reaksiyasına səbəb olmuşdur.
Bolqarıstanın İqtisadiyyat və Energetika naziri Trayço Traykov qeyd etmişdir ki, biz artıq bu layihəni nəzərdən keçirərək qəti qərara almışıq. Biz barədə yerli əhalini lazımi səviyyədə məlumatlandıracayıq və tikintinin reallaşmasına cəlb edəcəyik. Bu layihənin tikintisi 2011-ci ildə başlayacaq və 2013-ci ilə kimi tamamlanaraq istismara veriləcəkdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ, MTPİ MXSP Surəti:
Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 14.10.09
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 + 1 Əlavə olunur:
Məhdudluğu qrifi: Xidməti istifadə üçün
Təcililiyi: Adi* Təcili Çox təcili
Vacibliyi: Adi* Vacib Çox vacib
Əvvəlki müraciətlər:_________________
Məruzə üçün:
Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfova, A.Əzimova
Məsələyə dair: Səfir E.Zeynalovun Gürcüstan Respublikasının Bolqarıstandakı Səfiri Mixayıl Ukleba ilə görüşünə dair
Səfir:
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MTPİ, MBQİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 22.10.09
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 + 1 Əlavə olunur:
Məhdudluğu qrifi: Xidməti istifadə üçün
Təcililiyi: Adi* Təcili Çox təcili
Vacibliyi: Adi* Vacib Çox vacib
Əvvəlki müraciətlər:_________________
Məruzə üçün:
Məlumat verilməsi üçün: Nazir müavini A.Əzimov, AR Müdafiə Nazirliyi
Məsələyə dair: Cari ilin 21 oktyabr tarixində Sofiyada keçirilən Cənub -Şərqi Avropa ölkələrinin müdafiə nazirlərinin illik toplantısına dair
Səfir:
İcraçı: E.Məmmədov
Məlumat üçün bildiririk ki, 21 oktyabr 2009-cu il tarixində Sofiya şəhərində Bolqarıstanın sədrliyi ilə Cənub-Şərqi Avropa ölkələrinin müdafiə nazirlərinin illik toplantısı keçirilmişdir. Tədbirdə NATO komandanlığının, qeyri-hökumət təşkilatlarının və müşahidəçi statusunda ölkələrin (Gürcüstan, Moldova, Çernaqoriya, Serbiya) nümayəndələri iştirak etmişdir. Görüş zamanı “Cənub-Şərqi Avropa” Briqadasının fəaliyyəti, NATO əməliyyatlarının regionda vəziyyəti, Cənub-Şərqi Avropa ölkələrinin Müdafiə Nazirləri Şurasının gələcək inkişafı, həmçinin müdafiə və təhlükəsizlik sahəsində regionda əməkdaşlıq və s. məsələlər müzakirə olunmuşdur.
Tədbir zamanı Bolqarıstanın Müdafiə naziri Nikolay Mladenov bildirmişdir ki, Cənub-Şərqi Avropa ölkələrinin regional hərbi əməkdaşlığı böyük naliyyətdir və bu işə investisiya yatırılması zəruridir. Həmçinin qeyd etmişdir ki, regionda ən vacib məsələlərdən biri maliyyə stabilliyidir. Əgər bu problemlər aradan qaldırılarsa, region ölkələr tərəfindən prioritetlər və hərbi imkanlar asanlıqla müəyyən ediləcəkdir.
Görüşün sonunda Bolqarıstan tərəfi Cənub-Şərqi Avropa ölkələrinin Müdafiə Nazirləri Şurasına Serbiya və Çernaqoriyanın tam hüquqlu üzv statusunda qəbul edilməsi təşəbbüsünü irəli sürmüşdür. Görüş iştirakçıları tərəfindən bu təşəbbüs bəyənilərək, təşkilatın işində iştirak etmək marağında olan regionun digər ölkələrinin də qəbul edilməsi imkanın olduğu bildirilmişdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ, MİƏİ, MXSP Surəti:
Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 27.10.09
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 + 1 Əlavə olunur:
Məhdudluğu qrifi: Xidməti istifadə üçün
Təcililiyi: Adi Təcili * Çox təcili
Vacibliyi: Adi Vacib * Çox vacib
Əvvəlki müraciətlər:_________________
Məruzə üçün:
Məlumat verilməsi üçün:Nazir müavini X.Xələfova, M.Məmməd-Quliyevə
Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri N.Məmmədova, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti E.Nəsirova
Məsələyə dair: Cari ilin 25 oktyabr tarixində Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun Cənubi Koreya Respublikasına rəsmi səfərinə dair.
Səfir:
İcraçı: E.Məmmədov
Məlumat üçün bildiririk ki, 25 oktyabr 2009-cu il tarixində Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov Cənubi Koreya Respublikasının Prezidenti Li Men Bakonun dəvəti ilə Cənubi Koreya Respublikasına rəsmi səfər etmişdir. İki ölkə rəsmiləri arasında keçirən görüş zamanı ölkələr arasında ikitərəfli münasibətlər, enerji sahəsində əməkdaşlıq məsələləri və təbii qazın Qara dəniz hövzəsində daşınması üçün kompressiv tipli xüsusi gəmilərin istehsalında birgə layihənin realizasiyası ilə bağlı Bolqarıstanın tərəfinin təklifi (ideyası) müzakirə olunmuşdur. Bu fikir Bolqarıstan Prezidenti Georgi Pırvanovun Ulsan şəhərində yerləşən “Hundai Ağır Sənaye Müəssisəsi”-inə (kompressiv tipli xüsusi gəmilərin istehsalına) baxış zamanıda səsləndirilmişdir. Prezident Georgi Pırvanov bildirmişdir ki, bu ideya təbii qazın alternativ təhcizatında təkcə Bolqarıstanı yox bütün regionu əhatə edə bilər və Avropa İttifaqına bu cür qərarlarının verilməsi axrtarışına böyük önəm verə bilər.
Sonra prezidentlərin iştirakı ilə sosial təhlükəsizlik sahəsində razılaşmanın icrası ilə bağlı protokollar və 2009-2013-cü illəri üçün mədəniyyət, təhsil sahəsində əməkdaşlığla bağlı hökumətlərarası proqramlar imzalanmışdır.
Məlumat üçün diqqətinizə təqdim edirik.
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MTPİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 27.10.09
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 + 1 Əlavə olunur:
Məhdudluğu qrifi: Xidməti istifadə üçün
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi * Vacib Çox vacib
Əvvəlki müraciətlər:_________________
Məruzə üçün:
Məlumat verilməsi üçün:Nazir müavini A.Əzimov, AR Müdafiə Nazirliyi
Məsələyə dair: 20-23 oktyabr 2009-cu il tarixində Sofiyada keçirilən “Nüvə, kimyəvi və biloji silahlarından müdafiə” sahəsində dördüncü beynəlxalq konfransa dair
Səfir:
İcraçı: E.Məmmədov
Məlumat üçün bildiririk ki, 20-23 oktyabr 2009-cu il tarixində Sofiyada “NATO” təşkilatının Müdafiə Qərargahının Əməliyyatlar direktorluğunun təşkilatçılığı ilə “Nüvə, kimyəvi və biloji silahlarından müdafiə” sahəsində dördüncü beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə NATO təşkilatına üzv ölkələrin Nüvə, kimyəvi və biloji silahlarından müdafiə idarələrinin və NATO təşkilatının yüksək rütbəli nümayəndələri iştirak etmişdir.
Tədbirin müzakirə mövzusu kütləvi qırğın silahlarından müdafiə sahəsində NATO–ya üzv ölkələrin hökümət və qeyri hokumət təşkilatlarının imkanlarının genişləndirilməsidə qarşılıqlı əlaqə olmuşdur.
Qeyd olunan konfrans nüvə, kimyəvi və biloji silahlarından müdafiə sahəsində təcrübə mübadiləsi, müasir şərtlərinin öyrənilməsi, yeni məsuliyyətlərin və bu sahədə qarşıda duran vəzifələrin müzakirəsi məqsədi ilə keçirilmişdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ,MİƏİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 27.10.09
Sənəd necə göndərilir: Elektron poçt Faks Dip.poçt*
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1+1 Əlavə olunur: 8səh (arayış) +8 ədəd broşura
Məhdudluğu qrifi: Xidməti istifadə üçün
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi * Vacib Çox vacib
Əvvəlki müraciətlər:_________________
Məruzə üçün:
Məlumat verilməsi üçün:Nazir müavini X.Xələfov, M.Məmməd-Quliyev, Gənclər və İdman Nazirliyinə
Məsələyə dair: Azərbaycanlı gənclərin Bolqarıstanın “Vasili Levski adına Milli İdman Akademiyası”nda təhsil almasına dair
Səfir:
İcraçı: E.Həsənov
E.Məmmədov
Məlumat üçün bildiririk ki, 20.10.2009-cu il tarixində Səfirliyin təşəbbüsü ilə “Vasili Levski adına Milli İdman Akademiyası”nın rektoru, professor Latçezar Dimitrovla görüş keçirilmişdir. Görüş zamanı dövlətimizin elmə, təhsilə, idmana verdiyi xüsusi diqqətindən, qayğısından, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alınmasına dair dövlət proqramından, xarici ölkələrlərin elm ocaqları ilə həyata keçirilən tələbə mübadiləsindən (həmçinin “Kliment Orxidski adına Sofiya Dövlət Universiteti” ilə), idmaçılar üçün yaradılmış şəraitdən, onların maddi-texniki bazalarının gücləndirilməsi məqsədi ilə yeni tikilmiş idman və olimpiya komplekslərindən, idman ocaqlarından və idmançılarıçmızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan ətraflı olaraq qarşı tərəfin diqqətinə çatdırılmışdır.
Rektor, professor Latçezar Dimitrov isə ilk öncə rəhbərlik etdiyi Akademiya barəsində qısa məlumat verərək, bu təhsil müəssisəsinin Şərqi Avropanın tanınmış elm ocaqlarından biri olmasından, 55 idman ixtisası üzrə bakalavr, magistr, aspirantura pilləri üzrə təhsil verməsindən, təhsilin avropa və dünya standartlarına uyğun olmasından, bu təhsil müəssisəsinin diplomunun hər yerdə tanınmasından və burada Kipr, Türkiyə, Yunanıstan, İspaniya və digər Avropa ölkələrindən tələbələrin təhsil almasından bəhs etmişdir. Sonra isə tərəfimizdən bildirilən məlumatların onda böyük maraq kəsb etdiyini söyləyərək, Azərbaycanlı gənclərin bu elm ocağında təhsilə cəlb edilməsini, lazım gələrsə Azərbaycanlı tələbələrə təhsilin ingilis və rus dillərində verilməsi üçün fakultələrin yaradılmasında hazır olduğunu bildirmişdir. Sonda Səfir E.Zeynalovun adına ünvanladığı məktubu və Akademiya barəsində nəşr olunan broşuraları təqdim etmişdir.
Yuxarıda qeyd olunanları, cənab Prezident İlham Əliyevin təhsil,elmə, idmana göstərdiyi xüsusi diqqətini və qayğısını, Azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil alınmasına dair Dövlət proqramının bu sahədə icrasını, azərbaycanlı tələblərin Bolqarıstanda diasporanın inkişafına böyük yardım göstərəcəyini nəzərə alaraq, Azərbaycan gənclərinin Vasili Levski adına Milli İdman Akademiyasında təhsil almasını məqsədəuyğun hesab edirik.
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MİƏİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 29.10.09
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 + 1 Əlavə olunur:
Məhdudluğu qrifi: Xidməti istifadə üçün
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi * Vacib Çox vacib
Əvvəlki müraciətlər:_________________
Məruzə üçün:
Məlumat verilməsi üçün: Nazir müavini M.Məmməd-Quliyevə, Gənclər və İdman Nazirliyinə
Bununla, Bolqarıstan Respublikasının Təhsil, Gənclər və Elm nazirinin müavini xanım Lomeva Svetlana tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Əliyevə ünvanlanmış məktubu diqqətinizə təqdim edir və qarşı tərəfə çatdırılmasında köməklik göstərməyinizi xahiş edirik.
Səfir:
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ, MTPİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 29.10.09
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 +1 Əlavə olunur:
Məhdudluğu qrifi: Xidməti istifadə üçün
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi * Vacib Çox vacib
Əvvəlki müraciətlər:_________________
Məruzə üçün:
Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfova, A.Əzimova, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə
Məsələyə dair: Bolqarıstanın aparıcı KİV-də yayılmış məlumatlara dair.
Səfir:
İcraçı: E.Məmmədov
Məlumat üçün bildiririk ki, Bolqarıstanın aparıcı KİV-də Sofiya Texniki Universitetinin professoru, milliyyətcə erməni olan Sarkis Donik Sarkisyannın 16 oktyabr 2009-cu il tarixində vəfat etməsinə dair məlumatlar yayılmışdır. Məlumatlarda onun ilk iş fəaliyyətinə (1960) Sofiya Texniki Universitetində assent kimi başlamasından, 1977-ci ildə filoloqiya elmləri üzrə professor, kafedra müdiri, 1994-cü ildə Filosofiya üzrə Beynəlxalq Akademiyanın akademiki, 3 mandat müddəti üzrə həmin Universitetin prorektoru vəzifəsinə seçilməsindən, eləcədə 1995-ci ildə Sofiya Texniki Universitetində erməni filologiyası ixtisasının və erməni bölməsinin yaradılmasında böyük əməyindən (təsisçi olmasından), ömrünün son dövrlərində ermənistan tarixi, erməni sivilizasiyası, ölkəşünaslıq fənnləri üzrə dərs verməsindən, 300 elmi məqalənin, monoqrafiyanın, 8 dərsliyin, həmcinin erməni, rus, alman, ukrayn, çex, macar dillərində 20 elmi əsərin müəllifi olmasından bəhs edilmişdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MDPİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 04.11.09
Sənəd necə göndərilir: Elektron poçt Faks Dip.poçt*
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 + 2 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi Təcili Çox təcili*
Vacibliyi: Adi Vacib Çox vacib*
Məruzə üçün:
Məlumat verilməsi üçün: Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisi E.Bağırova
Bununla, 13 noyabr 2009-cu il tarixlərində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bolqarıstan Respublikasına nəzərdə tutulan işgüzar səfəri ilə bağlı protokol layihəsini diqqətinizə təqdim edir və Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinə çatdırılmasında (təcili) köməklik göstərməyinizi xahiş edirik.
Səfir:
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MTAİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 09.11.09
Dostları ilə paylaş: |