Partiya türk və roma əsilli əhaliyə qarşı olan millətçi mövqeyi ilə fərqlənir.
Bu seçkilərdə 4-cü yeri seçicilərin 6,76 % səsi ilə (280.156 səs) “Göy Koalisiya” (“SDS”, “DSB”, “BSDP”) tutmuş və parlamentdə 15 deputat yeri qazanmışdır.
Seçkilərdə seçicilərin 4,4 % (171,160 səs) dəstəyini qazanaraq sonuncu yeri tutan partiya - “RZS”(RED, Zakonnost, Spravidlivost) partiyasıdır. Bu patiya Xalq Məclisində 10 deputatı təmsil olunacaqdır.
2004cü ildə 40-cı Xalq Məclisinə keçirilən seçkilərdə seçicilərin daha çox səsini toplayan və 2-ci yerdə qərarlaşan “İkinci Simeon Milli Hərəkat partiyası” (NDSV) bu seçkilərdə zəif nəticə göstərərək seçicilərin 3,02 % səsini əldə etmiş və seçki baryerini keçməmişdir. Bu səbəbdən 41-ci Xalq Məclisində heç bir mandat əldə edə bilməmişdir.
Seçkilərdə iştirak edən digər partiyalar və kaolisiyalar da müəyyən qədər seçici səsi əldə etmədiyindən Xalq Məclisində yer qazana bilməmişdilər. Bu partiya və koalisiyaların əldə etdikləri səslərin sayı və faiz göstəriciləri aşağıdakı kimi olmuşdur.
N
|
Partiyalar və koalisiyalar
|
Əldə olunmuş səslərin sayı
|
Səslərin faiz göstəriciləri
| -
|
“Lider” partiyası
|
137642
|
3,26%
| -
|
“NDSV”-İkinci Simeon Milli hərəkat partiyası
|
127251
|
3.02%
| -
|
“Müdafiə” vətənpərvərlərin gücü birliyi
|
6420
|
0,15%
| -
|
“Sol Bolqarıstan Koalisiyası”
|
8843
|
0,21%
| -
|
“PLAM” partiyası
|
2851
|
0,07%
| -
|
“Yaşıllar” partiyası
|
21630
|
0,51%
| -
|
“Sosialdemokratlar” partiyası
|
5077
|
0,12%
| -
|
“Digər Bolqarıstan” partiyası
|
3455
|
0,08%
| -
|
“OBP”– Bolaqar vətənpərvərləri Birliyi
|
2175
|
005%
| -
|
“Vətənin azad olunması naminə Milli hərəkat” partiyası
|
1872
|
0,04%
| -
|
“ND” - Bolqarıstan Milli Birliyi
|
3901
|
0,09%
| -
|
“Za Rodinata – DQİ-NL
|
11553
|
0,27%
|
Seçkilərin nəticələrinə görə hazırki seçkilərdə təqribən 4.200.000 (dörd milyon iki yüz min) seçici iştirak etmişdir. Bu göstəricilərə görə 2005-ci il Parlament seçkiləri
ilə (53,48%) və 2009-cu il Avropa Parmentinə keçirilən seçkilərlə (37,49%) müqayisədə seçki aktivliyi daha cox olaraq 60,20 % təşkil etmişdir.
Seçkilərdə mandat əldə etmiş partiya və koalisiyaların heç biri hökuməti təşkil etmək üçün lazımi səs toplamadığından tək partiyalı hökumət təşkil olunmayacaqdır. Ehtimallara görə seçicilərin ən cox səsini toplayan “Gerb” partiyası hökuməti sağ təmayüllü “Göy Koalisiya” -sı birlikdə quracaqdır.
Seçkilərin son nəticələri və 41-ci Xalq Məclisində siyasi partiyalar və koalisiyalar üzrə təmsil olunacaq deputatlar barədə ətraflı məlumat yaxın zamanlarda Mərkəzə göndəriləcəkdir.
Əlavə olunur: mojaritar qaydada seçilmiş namizədlərin siyahısı - 1 vərəq
2009-cu il Parlament seçkilərində mojaritar qaydada seçilmiş deputatların Siyahısı
|
Seçki dairələri
|
Seçilmiş namizədlərin adı, soyadı
|
Partiyalar
|
1
|
Bloqoyevqrad
|
Lyuben Tatarski
|
Gerb
|
2.
|
Burqas
|
Bojidar
|
Gerb
|
3.
|
Varna
|
Krasimir Petrov
|
Gerb
|
4.
|
Veliko Tırnova
|
Tsvetan Tsvetanov
|
Gerb
|
5.
|
Vidin
|
Lyubomila Stanislava
|
Gerb
|
6.
|
Vratsa
|
Nikolay Kotsev
|
Gerb
|
7.
|
Qabrova
|
Qalina Vankovska
|
Gerb
|
8.
|
Dobriç
|
Rumen İvanov
|
Gerb
|
9.
|
Kyustendil
|
Valentin Mikev
|
Gerb
|
10.
|
Loveç
|
Anatoliy Yordanov
|
Gerb
|
11
|
Montana
|
Plamen Tsekov
|
Gerb
|
12
|
Pazardjik
|
İvan İvanov
|
Gerb
|
13
|
Pernik
|
İrena Sokolova
|
Gerb
|
14
|
Pleven
|
Tsetska Saçeva
|
Gerb
|
15
|
Plovdiv
|
Menda stoyanova
|
Gerb
|
16
|
Plovdiv vilayəti
|
Dimitr Lazarov
|
Gerb
|
17
|
Ruse
|
Plamen Nunev
|
Gerb
|
18
|
Sliven
|
Desislava Taneva
|
Gerb
|
19
|
Smolen
|
Daniela Daridkova
|
Gerb
|
20
|
Sofiya -23
|
Boris Qrozdanov
|
Gerb
|
21
|
Sofiya -24
|
Vodislav Qoranov
|
Gerb
|
22
|
Sofiya -25
|
Monika Panayotova
|
Gerb
|
23
|
Soviya vilayəti
|
Emil Dimitrov
|
Gerb
|
24
|
Stara Zaqora
|
İvan Kolev
|
Gerb
|
25
|
Xaskova
|
Delyan Dobrev
|
Gerb
|
26
|
Yambol
|
Atanas Atanasov
|
Gerb
|
|
|
|
|
27
|
Kırdjali
|
Ahmed Doğan
|
DPS
|
28
|
Razqrad
|
Hasan Ademov
|
DPS
|
29
|
Silistra
|
Mithad Tabakov
|
DPS
|
30
|
Tırqovişte
|
Qasım Dal
|
DPS
|
31
|
Şumen
|
Georgi Kolev
|
DPS
|
AZƏRBAYCAN RESPUBLİKASININ EMBASSY OF THE REPUBLIC OF
BOLQARISTAN RESPUBLIKASINDAKI AZERBAIJAN IN THE REPUBLIC OF
SƏFİRLİYİ BULGARIA
Tel: (359 2) 817 00 70 Fax: (359 2) 817 00 77 E-mail: sefirlik@azerembsof.com
—————————————————————————————————————————
Azərbaycan Respublikasının
Təhsil Naziri
cənab M.Mərdanova
Hörmətli Misir müəllim,
Məlumat üçün bildirirəm ki, Zahid Xeyrulla oğlu Cəbrayilov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq əmri ilə 2005-ci il may ayının 21-dən Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinə təsərrüfat müdiri vəzifəsinə təyin edilərək, uzunmüddətli ezamiyyətə göndərilmişdir. Uzunmüddətli ezamiyyəti dövründə qızı – Samirə Zahid qızı Cəbrayilova Bolqarıstanın tanınmış məktəblərindən olan “Drujba” türk litseyində bolqar və ingilis dilində təhsil almış və 2009-cu ildə həmin məktəbi müvəffəqiyyətlə bitirərək, “Kliment Orxidski adına Sofiya Dövlət Universiteti”nin “Belnəxalq əlaqələr” fakultəsinə daxil olmuşdur.
Atası (Səfirliyin əməkdaşı) - Z.Cəbrayilovun 01 avqust 2009-cu il tarixində uzunmüddətli ezamiyyət müddətinin bitməsi ilə əlaqədar ailə üzvləri ilə birlikdə ölkəmizə qayıtmasını nəzərə alaraq, qızı – Samirə Zahid qızı Cəbrayilovanın “Kliment Orxidski adına Sofiya Dövlət Universiteti”ndən “Bakı Slavyan Universiteti”nin müvafiq fakultəsinə keçirilməsində köməklik göstərməyinizi xahiş edirəm.
Hörmətlə,
Səfir E.Zeynalov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ,MYNS Surəti:
Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 17.07.09
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 +2 Əlavə olunur:
Məhdudluğu qrifi: Xidməti istifadə üçün
Təcililiyi: Adi* Təcili Çox təcili
Vacibliyi: Adi* Vacib Çox vacib
Əvvəlki müraciətlər:_________________
Məruzə üçün:
Məlumat verilməsi üçün: “Heydər Əliyev” Fonduna
Məsələyə dair: Bədii Ginnastika Federasiyasının məşqçisi Mariana Vasilyevna tərəfindən (bolqar vətəndaşı) ölkəmizdə işləydiyi bir il ərzində Respublikamızda idmanın sürətlə inkişafı ilə bağlı Bolqarıstan KİV-nə verilmiş müsahibəyə dair
Səfir:
İcraçı: E.Məmmədov
Məlumat üçün bildiririk ki, Bədii Ginnastika Federasiyasının məşqçisi Mariana Vasilyevna (bolqar vətəndaşı) ölkəmizdə işləydiyi 1 il ərzində Respublikamızda idmanın sürətlə inkişafı və ona yaradılan gözəl şəraitlə bağlı təsuratlarını Bolqarıstanın KİV-nə bildirmişdir.
Müsahibəsində qeyd etmişdir ki, Azərbaycanda idmanın inkişafına dövlət xüsusi qayğı göstərir və yüksək səviyyə çatdırılması üçün lazımi tədbirlər görür.
Eyni zamanda Respublikanın birinci xanımı, UNESKO-nun xoşməramlı Səfiri, Gimnastika Federsiyanın prezidenti Mehriban xanım Əliyevanın idmaçılara xüsusi diqqət yetirməsini və onlara yüksək səviyyədə şərait yaratmasını öz çıxışında xüsusi ilə qeyd etmiş və birinci xanım M.Əliyevanın idmançlara bu cür qayğı göstərməsi isə onu heyrətləndirdiyini bildirmişdir.
Həmçinin çıxışında bidirmişdir ki, sevindirici haldır ki, Yanko Rusev Azərbaycan Respublikasının “Ağırlıq Qaldırma Federasiyası”nın baş məşqçisi təyin edilmişdir. Biz ondan Londanda keçirilən növbəti Olimpiyadada idmançılar tərəfindən yaxşı nəticələrin əldə edilməsini (cox sayda medalların qazanılmasını) gözləyirik və bizə yaradılan şərati və etimadı doğrultmaq üçün üzrəmizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik deyərək müsahibəsini başa çatdırmışdır.
Məlumat üçün diqqətinizə təqdim edirik.
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ, MİƏİ, MXSP Surəti:
Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 17.07.09
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 +5 Əlavə olunur:
Məhdudluğu qrifi: Xidməti istifadə üçün
Təcililiyi: Adi Təcili Çox təcili*
Vacibliyi: Adi Vacib Çox vacib*
Əvvəlki müraciətlər:_________________
Məruzə üçün:
Məlumat verilməsi üçün: Nazir müavini M.Məmməd-Quliyevə, X.Xələfova, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri N.Məmmədova
Məsələyə dair: 16 iyul 2009-cu il tarixində Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov tərəfindən Konstitusiyaya uyğun olaraq “Gerb” partiyasının lideri, Baş nazir vəzifəsinə namizəd Boyko Barisova hökumətin qurulması üçün mandat təqdim edilməsinə dair
Səfir:
İcraçı: E.Məmmədov
Məlumat üçün bildiririk ki, 16 iyul 2009-cu il tarixində Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov ölkənin Konstitusiyasına uyğun olaraq “Gerb” partiyasının lideri, Baş nazir vəzifəsinə namizəd Boyko Barisova hökumətin qurulması üçün mandat təqdim etmişdir. Belə ki, Bolqarıstan Respublikasının Konstitusiyasına əsasən 41-ci Xalq Məclisində 116 deputatı ilə təmsil olunmaq hüququ qazanan “Gerb” partiyasının lideri Boyko Borisov bir həftə ərzində nazirlər kabinetinin tərkibini müəyyənləşdirməlidir.
Təqdimat mərasimində prezident G.Pırvanov “Gerb” partiyasının lideri B.Barisovu partiyasının son parlament seçkilərində qələbə çalması münasibəti ilə təbrik edərək, seçicilərin etibarını doğruldacaq yeni hökumətin qurulmasında ona müvəffəqiyyətlər arzulamışdır.
“Gerb” partiyasının lideri Boyko Barisov isə çıxışında ölkədə qanunların aliliyini qoruyacaq, Bolqarıstan vətəndaşlarının etimadını doğruldacaq yeni koalisiyon hökumətin 7 gün müddətində təşkil olunacağına və qurulacaq yeni hökumətin Boqarıstanın hazırki böhran vəziyyətindən çıxması üçün tədbirlər görəcəyinə söz vermişdir.
Bolqarıstan Respublikasının yeni hökumətinin qurulması məqsədilə Xalq Məclisində təmsil olunmaq hüququ qazanan sağ təmayüllü partiyalar və parlament qrupları arasında aparılan müzakirələrin nəticələri və təşkil olunacaq yeni hökumətin tərkibi barədə yaxın zamanlarda Mərkəzə ətraflı məlumat veriləcəkdir.
Əlavə olunur: Gerb partiyasının lideri Boyko Barisovun tərcümeyi-
halı (ingilis,bolqar dillərində)
AZƏRBAYCAN RESPUBLİKASININ EMBASSY OF THE REPUBLIC OF
BOLQARISTAN RESPUBLIKASINDAKI AZERBAIJAN IN THE REPUBLIC OF
SƏFİRLİYİ BULGARIA
Tel: (359 2) 817 00 70 Fax: (359 2) 817 00 77 E-mail: sefirlik@azerembsof.com
—————————————————————————————————————————
Azərbaycan Respublikasının
Milli Məclisinin sədri
cənab Oqtay Əsədova
Hörmətli Oqtay müəllim,
Bildiyiniz kimi, 05 iyul 2009-cu il tarixində Bolqarıstan Respublikasının 41-ci Xalq Məclisinə seçkilər keçirilmişdir.
Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov tərəfindən 41-ci Xalq Məclisinin ilk iclasının keçirilməsi müddəti 14 iyul 2009-cu il tarixinə təyin edilmişdir.
Bu gün keçirilmiş ilk iclasda 227 (240 deputatın) lehinə səslə xanım Tsetska Tsaçeva (Цецка Цачева) 41-ci Xalq Məclisinin sədri seçilmişdir.
Bununla əlaqədar, Tsetska Tsaçevaya 41-ci Xalq Məclisinin sədri seçilməsi münasibəti ilə tərəfinizdən təbrik məktubunun göndərilməsini məqsədəuyğun hesab edirik.
Hörmətlə,
Səfir E.Zeynalov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ, MİHİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 22.07.09
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 +1 Əlavə olunur:
Məhdudluğu qrifi: Xidməti istifadə üçün
Təcililiyi: Adi* Təcili Çox təcili
Vacibliyi: Adi* Vacib Çox vacib
Əvvəlki müraciətlər:_________________
Məruzə üçün:
Məlumat verilməsi üçün:Nazir müavini M.Məmməd-Quliyevə, X.Xələfova
Bununla, Bolqarıstan Respublikasının 41-ci Xalq Məclisində seçilmiş yeni sədri Tsetska Tsaçevanın (Цецка Цачева) tərcümeyi-halını diqqətinizə təqdim edir və Azərbaycan Respublikasının Milli Məclisinə göndərilməsində yardımçı olmağınızı xahiş edirəm.
Səfir:
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ EMBASSY OF THE REPUBLIC OF
BOLQARISTAN RESPUBLIKASINDAKI AZERBAIJAN IN THE REPUBLIC OF
SƏFİRLİYİ BULGARIA
Tel: (359 2) 817 00 70 Fax: (359 2) 817 00 77 E-mail: sefirlik@azerembsof.com
—————————————————————————————————————————
Azərbaycan Respublikasının
Milli Məclisinin Aparatının
rəhbəri cənab S.Mirzəyevə
Hörmətli Səfa müəllim,
Fürsətdən istifadə edərək Sizə dərin hörmət və ehtiramımı bildirirəm və millət vəkili Əli Hüseynovun xahişi ilə “Qafqaz Qambiti” kitabını (15 ədəd) diqqətinizə təqdim edirəm.
Dərin hörmətlə,
Səfir E.Zeynalov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MKON Surəti:
Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 22.07.09
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 +2 Əlavə olunur:
Məhdudluğu qrifi: Xidməti istifadə üçün
Təcililiyi: Adi Təcili* Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Əvvəlki müraciətlər:_________________
Məruzə üçün:
Məlumat verilməsi üçün:
Məsələyə dair: Səfirlikdə konsulluq məsələrinin icra edilməsində əvəzedici şəxs kimi müvəkkil olunan Səfirliyin üçüncü katibi E.Məmmədovun imza nümunəsinin göndərilməsinə dair
Səfir:
İcraçı: E.Məmmədov
Bununla, Səfirlikdə konsulluq məsələrinin icra edilməsində əvəzedici şəxs kimi müvəkkil olunan Səfirliyin üçüncü katibi Elçin Bəşir oğlu Məmmədovun imza nümunəsini diqqətinizə təqdim edir və imzasının tanınması üçün aidiyyatı orqanlara göndərilməsində köməklik göstərməyinizi xahiş edirəm.
Əlavə olunur: E.Məmmədovun imza nümunəsi – 1 vərəq
E.Məmmədov ____________________
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ, MİƏİ, MXSP Surəti:
Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 29.07.09
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1 + 3 Əlavə olunur:
Məhdudluğu qrifi: Vacib Xidməti istifadə üçün
Təcililiyi: Adi Təcili * Çox təcili
Vacibliyi: Adi Vacib * Çox vacib
Əvvəlki müraciətlər:_________________
Məruzə üçün:
Məlumat verilməsi üçün: Nazir müavini M.Məmməd-Quliyevə, X.Xələfova, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri N.Məmmədova, Nazirlər Kabinetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri A. Ağayevə
Dostları ilə paylaş: |