Çıxış nömrəsi: ssof/ /09 Tarix: 31. 07. 09 Sənəd necə göndərilir



Yüklə 13,38 Mb.
səhifə3/32
tarix06.09.2017
ölçüsü13,38 Mb.
#29098
1   2   3   4   5   6   7   8   9   ...   32

Məsələyə dair: 27 iyul 2009-cu il tarixində Bolqarıstan Respublikasının Xalq Məclisində Boyko Barisovun Baş nazir vəzifəsinə seçilməsi ilə bağlı analitik məlumat
Səfir:

İcraçı: E.Məmmədov


Səfirliyin SSOF/268/09 saylı məktubuna əlavə olaraq bildiririk, 27 iyul 2009-cu il tarixində 41-ci Xalq Məclisinin növbəti iclası keçirilmişdir. Növbəti iclasın proqramında qarşıya 3 əsas məsələ - 1) Baş Nazirin seçilməsi; 2) Nazirlər Şurasının strukturunun təsdiq edilməsi; 3) Nazirlər Şurasının tərkibinin müəyyən edilməsi - qoyulmuşdur. Proqramın ilk mərhələsinə uyğun olaraq Baş Nazirin seçilməsi ilə bağlı Parlamentdə səsvermə keçirilmişdir. Səsvermədə Göy Koalisiya, millətçi –ATAKA və RZS partiyasının dəstəyi ilə 162 lehinə, 77 əlehinə (köhnə hökumətdə olan -Bolaqrıstan naminə Koalisiyasının və türklərin təmsil etdiyi – Hüquq və Azadlıqlar naminə Milli Hərəkat partiyasının tam əlehinə səsi ilə) səslə GERB partiyasının lideri Boyko Borisov Bolqarıstan Respublikasının Baş naziri vəzifəsinə seçilmişdir. Sonra isə, qaydalara uğun olaraq yeni seçilmiş Baş nazir Boyko Borisov Hökumətin stukturunu və tərkibini müəyyən etmişdir. Əvvəllər hökumətin qurulmasında ehtimal olunan nəticələrin (Göy Koalisiya ilə birlikdə hökumətin qurulması) tam əksinə olaraq Hökumət GERB partiyası tərəfindən təkbaşına qurulmuşdur.



Həmçinin qeyd etmək istərdik ki, yeni təyin olunmuş Baş Nazir Boyko Borisov Hökuməti təşkil edərkən bəzi Nazirlik, Komitə və Agentlikləri birləşdirmiş bəzilərini isə ləğv etmişdir. (Təbii Fəlakət və Fövqəladə Hallar Nazirliyi)
Beləliklə Gerb partiyasının nümayəndələri tərəfindən təmsil olunan yeni hökumətin tərkibini və strukturunu diqqətinizə təqdim edirik.
1. Baş Nazir - Boyko Metodiev Borisov

2. Baş Nazirin müavini, Daxili İşlər Naziri -Tsvetan Tsvetanov

3. Baş Nazirin müavini, Maliyyə Naziri - Simeon Dençev Dyankov

4. Xarici İşlər Naziri - Rumyana Ruseva Jeleva (avrodeputat)

5. Əmək və Sosial Siyasət Naziri - Totyu Mladenov Mladenov

6. Müdafiə Naziri – Nikolay Eftimov Mladenov

7. Regional İnkişaf və Abadlıq Naziri - Rosen Asenov Plevneliev

8. Ədliyyə Naziri - Marqarita Stefanova Popova

9. Təhsil, Gənclər və Elm Naziri - Yordanka Asenova Fandıkova

10. Səhiyyə Naziri - Bojidar Mixaylov Nanev

11. Mədəniyyət Naziri - Vejdi Letif Raşidov

12. Ətraf Mühit və Su Naziri - Nona İvanova Karadjova

13. Kənd Təsərrüfatı və Qida Naziri - Miroslav Xristoforov Naydenov

14. Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyalar Naziri - Aleksandr Svetoslavov Tsvetkov

15. İqtisadiyyat, Energetika və Turizm Naziri - Trayço Dimitrov Traykov

16. Fiziki Sağlamlıq və İdman Naziri - Svilen Emilov Neykov

17. Dövlət Naziri - Bojidar Dimitrov Stoyanov
Nazirlər Şurasının yeni strukturu (nazirliklər)


  • Xarici İşlər Nazirliyi

  • Daxili İşlər Nazirliyi

  • Maliyyə Nazirliyi

  • Əmək və Sosial Siyasət Nazirliyi

  • Müdafiə Nazirliyi

  • Regionalların İnkişaf və Abadlıq Nazirliyi

  • Ədliyyə Nazirliyi

  • Təhsil, Gənclər və Elm Nazirliyi

  • Səhiyyə Nazirliyi

  • Mədəniyyət Nazirliyi

  • Ətraf Mühit və Su Nazirliyi

  • Kənd Təsərrüfatı və Qida Nazirliyi

  • Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi

  • İqtisadiyyat, Energetika və Turizm Nazirliyi

  • Fiziki Sağlamlıq və İdman Nazirliyi

Eyni zamanda yeni hökumətin qurulması münasibətlə Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə tərəfindən (B.Borisova) və Nazirlər Kabinetinin üzvləri (nazirlər, komitə və agentlik sədrləri) tərəfindən yeni təyin olunmuş (seçilmiş) həmkarlarına təbrik məktublarının göndərilməsini məqsədəuyğun hesab edirik .




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 30.07.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + 3 Əlavə olunur:

Məhdudluğu qrifi: Vacib Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfov, V.Sadıqov
Məsələyə dair: 28 iyul 2009-cu il tarixində Levski futbol komandasının Bakıda keçirilən UEFA çempionlar ligasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan geri qayıdarkən Heydər Əliyev adına hava limanında üzləşdikləri problemlərlə bağlı
Səfir:

İcraçı: A.Əliyeva


Məlumat üçün bildiririk ki, Bolqarıstanın aparıcı KİV-də Levski futbol komandasının Bakıda keçirilən UEFA çempionlar ligasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan geri qayıdarkən “Heydər Əliyev” adına hava limanında üzləşdikləri problemlərlə bağlı xoşagəlməz məlumatlar yayılmışdır. Belə ki, KİV-də yayılan məlumatlara görə 28 iyul 2009-cu il tarixində “Levsi” futbol klubu oyundan sonra Sofiyaya geri qayıdarkən “Heydər Əliyev” adına Hava Limanının xidməti personalının ləng işləməsi səbəbindən AZAL Hava Yolları şirkəti tərəfindən “Levski” futbol klubu 23000 (iyirmi üç min) avro məbləğində cərimə olunmuşdur. Bu xoşagəlməz hal azarkeşlər tərəfindən pis qarşılanmış və böyük qalmaqala səbəb olmuşdur.

Qeyd olunan məlumatları və Bolqarıstan azarkeşlərinin iğtişaşlar törətrməkdə fəallıqlarını nəzərə alaraq avqust ayının 05-də Levski- Bakı futbol klubları arasında keçiriləcək cavab görüşü ərəfəsində Səfirliyin inzibati binasının mühafizəsi gücləndirilməsi məqsədi ilə tədbirlər görüşmüşdür.


Əlavə olunur: KİV-də yayılan məqalələrin surəti – 4 vərəq


AZƏRBAYCAN RESPUBLİKASININ EMBASSY OF THE REPUBLIC OF

BOLQARISTAN RESPUBLIKASINDAKI AZERBAIJAN IN THE REPUBLIC OF

SƏFİRLİYİ BULGARIA

Tel: (359 2) 817 00 70 Fax: (359 2) 817 00 77 E-mail: sefirlik@azerembsof.com

—————————————————————————————————————————
___________

Azərbaycan Respublikasının

Mədəniyyət və Turizm

naziri cənab Ə.Qarayevə

Hörmətli Əbülfəz müəllim,
Məlumat üçün bildiririk ki, 27 iyul 2009-cu il tarixində Bolqarıstan Respublikasında yeni Hökumət qurulmuş (yeni nazirlər təyin olunmuş) və bir çox dəyişiklilər (hökumətdə bəzi nazirliklər, komitələr və agentliklər birləşdirilmiş bəziləri ləğv edilmişdir) olmuşdur. Bu barədə artıq tərəfimizdən Mərəkəzə məlumat verilmişdir.

Sizin 241/13-A nömrəli 15.07.2009-cu il tarixli məktubunuzla bağlı (Bolqarıstan Respublikasının Turizm Agentliyinin sabiq sədri Anelya Kruşkovaya ünvanlanmış) bildirmək istərdim ki, yeni hökumətin təşkil olunması ilə əlaqədar, xanım Anelya Kruşkova tutduğu vəzifədən azad edilmiş və yeni İqtisadiyyat, Energetika və Turizm naziri vəzifəsinə - Trayço Dimitrov Traykov təyin edilmişdir.

Bununla əlaqədar, Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasına keçiriləcək seçkilərdə Azərbaycana dəstək verilməsi ilə bağlı məktubunuzun yeni təyin olunmuş İqtisadiyyat, Energetika və Turizm naziri - Trayço Dimitrov Traykovun adına ünvanlamağınızı xahiş edirik.

Əlavə olaraq yeni həmkarlarınızın tərcümeyi-hallarını (2 vərəq) diqqətinizə təqdim edirik.


Mədəniyyət naziri - Vejdi Letif Raşidov

İqtisadiyyat, Energetika və Turizm naziri - Trayço Dimitrov Traykov


Dərin hörmətlə,
Səfir E.Zeynalov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MNKT, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 06.08.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + 3 Əlavə olunur:

Məhdudluğu qrifi: Vacib Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili Çox təcili*

Vacibliyi: Adi Vacib Çox vacib*

Əvvəlki müraciətlər:_________________

Məlumat verilməsi üçün: Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri N.Məmmədov
Hörmətli cənab Nazir,
Bununla, Bolqarıstan Respublikasının 41-ci Xalq Məclisinin 27 iyul 2009-cu il tarixli, 60 nömrəli qərarı ilə Xarici İşlər Naziri vəzifəsinə təyin olunmuş Rumyana Ruseva Jelevanın tərcümeyi-halını diqqətinizə təqdim edirik.

Səfir:

İcraçı: E.Məmmədov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MXSP Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 06.08.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + 6 Əlavə olunur:

Məhdudluğu qrifi: Vacib Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfov, A.Əzimov
Bununla, Səfirliyin SSOF/280/09 nömrəli, 29.07.2009-cu il tarixli məktubuna əlavə olaraq, Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyindən daxil olmuş Nazirlər Şurasının strukturunu, tərkibini təsdiq edən Xalq Məclisinin 27 iyul 2009-cu il tarixli, 60 nömrəli qərarını və Baş nazir Boyko Borisovun tərcümeyi-halını diqqətinizə təqdim edir və ünvan sahiblərinə (həmkarlarına) çatdırılmasında yardımçı olmağınızı xahiş edirik
Səfir:

İcraçı: E.Məmmədov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MKAD Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 14.08.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + 2 Əlavə olunur:

Məhdudluğu qrifi: Vacib Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini V.Sadıqov
Məsələyə dair: Səfirliyin üçüncü katibi E.Məmmədovun xasiyyətnamə-təqdimatının göndərilməsinə dair

Səfir:

İcraçı: A.Əliyeva


Hörmətli Elmira xanım,


Sizin S/17-9501/17/09 saylı, 30.07.2009-cu il tarixli məktubunuza cavab olaraq, Səfirliyin üçüncü katibi E.Məmmədova növbəti (3-cü katib) diplomatik rütbənin verilnməsi ilə bağlı xasiyyətnamə-təqdimatını diqqətinizə təqdim edirik.

Xasiyyətnamə - təqdimat


Məmmədov Elçin Bəşir oğlu ,

1982-ci il təvəllüdlü,

Azərbaycanlı, alı təhsilli

Məmmədov Elçin Bəşir oğlu 2004-cü ildə Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsinin bitirmişdir.

O, 2009-cı ilin fevral ayının 02-dən Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyində üçüncü katib vəzifəsində çalışır.

Hazırda o, Səfirlikdə katiblik, məxfi kargüzarlığın aparılması, protokol və siyasi məsələlərin bir qismi ilə məşğul olur.

Eyni zamanda E.Məmmədovun yüksək hazırlıq səviyyəsi ona Səfirliyin fəaliyyətinin digər sahələri üzrə də müntəzəm olaraq tapşırıqların verilməsinə imkan yaradır. Belə ki, digər əməkdaşlar məzuniyyətdə olduğu vaxtda müntəzəm olaraq onları əvəz edir və bu zaman E.Məmmədov ona tapşırılan əsas vəzifələrlə yanaşı konsulluq (əvəzedici şəxs), mədəniyyət, informasiya və humanitar məsələlərlə də məşğul olur.

O, Səfirlikdə işlədiyi müddət ərzində diplomatik görüşlərdə və Bolqarıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası tərəfindən təşkil olunan mühazirələrdə fəal iştirak etmiş, ölkənin müvafiq idarələri, dövlət orqanlarının nümayəndələri və ölkədə akkreditə olan diplomatik korpusun üzvləri ilə sıx və səmərəli təmaslar yarada bilmişdir.

İşlədiyi müddət ərzində ona verilən tapşırıqları vaxtı-vaxtında, layiqincə yerinə yetirmiş, özünü bacarıqlı, intizamlı bir əməkdaş kimi göstərmiş və kollektivin rəğbətini qazanmışdır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Elçin Bəşir oğlu Məmmədova növbəti diplomatik rütbənin (3-cü katib) verilməsini məqsədəuyğun hesab edir və məsələyə müsbət baxılmasını xahiş edirəm.

Hörmətlə,

Səfir E.Zeynalov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MDPİ, MBQİ, MXSP Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 17.08.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + 39 Əlavə olunur:

Məhdudluğu qrifi: Vacib Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfova, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri N.Məmmədova, Nazirlər Kabinetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri A.Ağayevə, aidiyyatı üzrə nazirliklərə (siyahı əlavə olunur)
Məsələyə dair: Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyindən daxil olmuş Nazirlər Şurasının üzvlərinin (nazirlərin) tərcümeyi-hallarının göndərilməsinə dair.

Səfir:

İcraçı: E.Məmmədov

Bununla, Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyindən daxil olmuş Nazirlər Şurasının üzvlərinin (nazirlərin) tərcümeyi-hallarını diqqətinizə təqdim edir və ünvan sahiblərinə (həmkarlarına) çatdırılmasında köməklik göstərməyinizi xahiş edirik.

Eyni zamanda yeni Hökumətin qurulması münasibəti ilə həmkarları (nazirlər) tərəfindən Nazirlər Şurasının yeni üzvlərinə (nazirlərə) təbrik məktublarının göndərilməsini məqəsədəuyğun hesab edirik.


Əlavə olunur: Nazirlər Şurasının üzvlərinin (nazirlərin) tərcümeyi-halları və ünvanlanacaq aidiyyatı orqanların siyahısı

Göndəriləcək aidiyyatı orqanların siyahısı





  • Daxili İşlər Nazirliyi

  • Maliyyə Nazirliyi

  • Müdafiə Nazirliyi

  • İqtisadi İnkişaf Nazirliyi

  • Ədliyyə Nazirliyi

  • Təhsil Nazirliyi

  • Gənclər və İdman Nazirliyi

  • Səhiyyə Nazirliyi

  • Mədəniyyət və Turizm Nazirliyi

  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi

  • Kənd Təsərrüfatı Nazirliyi

  • Nəqliyyat Nazirliyi

  • Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi

  • Sənaye və Energetika Nazirliyi

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Bolqarıstan Respublikasının Nazirlər Şurasının yeni strukturu




  • Xarici İşlər Nazirliyi

  • Daxili İşlər Nazirliyi

  • Maliyyə Nazirliyi

  • Müdafiə Nazirliyi

  • Regionalların İnkişaf və Abadlıq Nazirliyi

  • Ədliyyə Nazirliyi

  • Təhsil, Gənclər və Elm Nazirliyi

  • Səhiyyə Nazirliyi

  • Mədəniyyət Nazirliyi

  • Ətraf Mühit və Su Nazirliyi

  • Kənd Təsərrüfatı və Qida Nazirliyi

  • Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi

  • İqtisadiyyat, Energetika və Turizm Nazirliyi

  • Fiziki Sağlamlıq və İdman Nazirliyi

  • Əmək və Sosial Siyasət Nazirliyi



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MTPİ, MXSP Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 17.08.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + 7 Əlavə olunur:

Məhdudluğu qrifi: Vacib Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfov, A.Əzimov, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri N.Məmmədov
Bununla, Rusiya Federasiyasının Bolqarıstan Respublikasındakı Səfirliyindən daxil olmuş Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Cənubi Osetiyada baş verən avqust hadisələri ilə bağlı arayışını (rus, ingilis dillərində) diqqətinizə təqdim edirik.
Səfir:

İcraçı: E.Məmmədov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MXSP, MTPİ, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 19.08.09

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + 1 Əlavə olunur:

Məhdudluğu qrifi: Vacib Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini A.Əzimova

Məsələyə dair: Mərkəzin S/22-5581/04/09 saylı, 12.05.2009-cu il tarixli məktubuna cavab
Səfir:

İcraçı: E.Məmmədov

Sizin S/22-5581/04/09 saylı, 12.05.2009-cu il tarixli məktubunuza cavab olaraq aşağıdakıları bildirmək istərdik:
Məlum olduğu kimi Bolqarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuş və iki ölkə arasında olan siyasi münasibətlər Prezident İlham Əliyevin 2005-ci il 23-24 sentyabr tarixlərində Bolqarıstana rəsmi səfəri ilə daha da inkişaf etmişdir. Hazırda bu münasibətlər yüksək səviyyəli qarşılıqlı səfərlər, iki ölkə arasında müxtəlif tədbirlərin təşkili və tərəfimizdən bu sahədə aparılan işlər sayəsində günü-gündən inkişaf etməkdədir. Bu baxımdan ikitərəfli münasibətlər kompleksi üzrə ciddi problemlər mövcud deyil. Lakin, müvəqqəti çətinlik kimi Bolqarıstanda yeni təşkil olunmuş hökumətlə əlaqələrin qurulmasını göstərmək olar ki, bu sahədə də Səfirlik müəyyən işlər aparır.
Azərbaycan-Bolqarıstan arasındakı çoxtərəfli münasibətlərə gəldikdə isə bildirmək istərdik ki, bu münasibətlərdə (xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı) Bolqarıstan Azərbaycana qarşı həmişə öz neytral mövqeyi ilə fərqlənir. Belə ki, Bolqarıstan hökuməti həmişə qarşılıqlı səfərlər, diplomatik görüşlər zamanı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, dost ölkə olduğunu bəyan etsə də, Beynəlxalq Təşkilatlarda Azərbaycana hər hansı məsələ ilə bağlı dəstək verilməsində neytral mövqedə durur və bunu Avropa İttifaqının ümumi xarici siyasəti ilə əlaqələndirir.
Bununla əlaqədar, (təklif kimi) Bolqarıstanın Azərbaycandakı səfiri ilə keçirilən görüşlər zamanı Bolqarıstanın ölkəmizə münasibətdə tutduğu bu mövqenin ölkələr arasındakı münasibətlərə mənfi təsir göstərə biləcəyinin diqqətinə çatdırılmasını məqsədəuyğun hesab edirik.


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MTPİ, MXSP Surəti:

Çıxış nömrəsi: SSOF/ /09 Tarix: 21.08.09

Sənəd necə göndərilir: Elektron poçt Faks Dip.poçt*

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + 1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məruzə üçün:

Məlumat verilməsi üçün: Nazir müavini X.Xələfov, A.Əzimov
Məsələyə dair: Ölkədə yaranan anti-türk kompaniyasının davam etməsinə dair
Səfir:

İcraçı: E.Məmmədov

Səfirliyin SSOF/280/09 nömrəli, 29.07.2009-cu il tarixli məktubuna əlavə olaraq bildiririk ki, ölkədə yaranan anti-türk kampaniyası hələ də davam edir. Demək olar ki, hər gün Bolqarıstanın aparıcı KİV-də əvvəlki hökumətdə təmsil olunan Hüquq və Azadlıqlar naminə Hərəkat partiyasının (türklərin təmsil olunduğu) lideri, üzvləri və türk iş adamları barəsində xoşagəlməz məlumatlar yayılır, bu və digər vasitələrlə ölkədə yaşayan türk əsilli bolqar vətəndaşlarına təsir göstərilir.

Buna misal olaraq, Bolqarıstanın Dövlət Televiziya kanalında türk dilində yayımlanan xəbərlər proqramının ləğv edilməsi məqsədi ilə Varna şəhərində keçirilən imza toplama kampaniyasını göstərmək olar. Belə ki, Bolqarıstanın KİV-də qeyd olunan məlumatlara əsasən Varna şəhərində 4 gün ərzində 20.000 (iyirmi min) nəfər şəhər sakini imza toplayaraq Bolqarıstanın Dövlət Televiziya kanalında yayımlanan türk dilində informasiya proqramının ləğv edilməsi ilə bağlı 19.08.2009-cu il tarixində Varna şəhər İcra hakimiyyətinə müraciət etmişdirlər. Bu müraciət eyni zamanda şəhər sakinləri tərəfindən ölkənin hazırkı Baş naziri Boyko Borisova (Gerb partiyasının lideri) və Bolqarıstanın Dövlət Televiziya Kanalının rəhbərliyinə də ünvanlanmışdır.

Qeyd olunan məsələ ilə bağlı, Bolqarıstan Respublikasının Baş naziri, “GERB” partiyasının lideri Boyko Borisov “GERB” və “ATAKA” partiyalarının parlament qruplarının görüşündə öz mövqeyini açıqlayacağını bəyan etmişdir.
Xatırladaq ki, əvvəllər “GERB” partiyası (hazır ki hökumətdə təmsil olunan) və millətçi “ATAKA” partiyası tərəfindən dəfələrlə türk dilində gedən proqramların ləğv edilməsi ilə bağlı Parlamentdə müraciətlər edilmişdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ


Yüklə 13,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin