AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ, MİHİ, MDPİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 09.09.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 2 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: AR Milli Məclisi
Məsələyə dair: Parlamentdə keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Mərkəzin S/14-18194/14/11 saylı, 25.07.2011-ci il tarixli (AR Milli Məclisinin sədri cənab O Əsədov tərəfindən BR Xalq Məclisinin sədri T.Tsaçevaya göndərilmiş dəvət) məktubu ilə əlaqədar Səfir E.Kərimov Bolqarıstan Respublikasının Xalq Məclisinin Protokol idarəsinin rəisi Veronika Antonova ilə görüş keçirmişdir.
Görüş zamanı Səfir E.Kərimov xanım V.Antonovaya səmimi qəbula görə təşəkkürünü bildirmiş və iki ölkə arasında inkişaf etmiş yüksək səviyyəli münasibətlərdə Parlamentlərarası əlaqələrin xüsusi rolundan danışaraq, bu istiqamətdə həyata keçirilən qarşılıqlı səfərlərin Parlamentlərarası əlaqələrin inkişafına böyük təsir göstərdiyini bildirmiş və mövcud olan müsbət, sıx əlaqələrin qarşılıqlı əməkdaşlıq çərçivəsində daha da inkişaf edəcəyinə əmin olduğunu bildirmişdir.
Sonra Səfir E.Kərimov AR Milli Məclisinin sədri cənab O.Əsədov tərəfindən BR Xalq Məclisinin sədri T.Tsaçevaya, ölkəmizə səfər etməsi ilə bağlı göndərilmiş dəvət məktubunu xanım V.Antonovaya təqdim etmiş və həyata keçiriləcək bu səfərin tarixləri ilə maraqlanmışdır.
Xanım V.Antonova öz növbəsində xanım T.Tsaçevanın ölkəmizlə və regionumuzla bağlı xoş təəssüratlara malik olduğunu bildirmiş və dəvəti xanım T.Tsaçeva tərəfindən məmnuniyyətlə qəbul edəcəyini qeyd edərək, səfərin tarixləri ilə bağlı yaxın zamanlarda Səfirliyimizə məlumat veriləcəyini bildirmişdir.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MİƏİ, MBQİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 09.09.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 3 Əlavə olunur: proqram və nümayyəndə
heyyətinin siyahısı - 4 vərəq
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: BR İqtisadiyyat və Turizm Nazirliyində keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin müavini
cənab M.Məmməd-Quliyevə
Hörmətli Mahmud müəllim,
Səfirliyin SSOF/ 333 /11 saylı, 01.09.2011-ci il tarixli (BR İqtisadiyyat və Turizm naziri T.Traykovun ölkəmizə səfəriilə bağlı) məktubuna əlavə olaraq bildiririk ki, cari ilin 09 sentyabr tarixində Səfir E.Kərimov Bolqarıstan Respublikasının İqtisadiyyat və Turizm naziri T.Traykovla görüşmüşdür.
Səfir E.Kərimov cənab T.Traykova ilk növbədə səmimi qəbula görə təşşəkürünü bildirərək, onun səfərinin ölkəmizdə böyük maraqla qarşılandığı qeyd etmiş və səfəri çərçivəsində energetika məsələlərindən irəli gələn bəzi açıq məsələlərin həll olunacağına ümidvar olduğunu bildirmişdir.
Həmçinin Səfir E.Kərimov cənab T.Traykovun eyni zamanda Turizm naziri olması ilə əlaqədar həmkarı Ə.Qarayevlə görüş keçirilməsinin müsbət bir hal olacağını qeyd etmiş və ölkəmizdə 2011-ci ilin turizm ilinin elan olunduğunu eləcə də ölkəmizin turizm sahəsində böyük təcrübəsi olan Bolqarıstanla bu sahədə əlaqələrin inkişaf etdirməkdə maraqlı olduğunu bildirərək, turizm sektorunun inkişafı istiqamətində iki ölkənin turizm operatorlarının əlaqələndirilməsi məqsədi ilə cənab T.Traykovun ölkəmizə səfəri ilə bağlı nümayəndə heyyətinin tərkibinə turizm sektoru üzrə iş adamlarının əlavə edilməsini və bu iş adamlarının həyata keçirilməsi nəzərdə tutulan biznes foruma qatılmasını məqsədəmüvafiq hesab olunduğunu bildirmişdir.
Öz növbəsində cənab T.Traykov ölkəmizə səfəri zamanı Sənaye və Energetika naziri N.Əliyevlə və ARDNŞ-nin prezidenti R.Abdullayevlə görüşlər keçirəcəyini və görüşləri zamanı ölkəsi üçün mühüm olan energetika məsələlərini müzakirə edəcəyini bildirmiş və eyni zamanda səfəri çərçivəsində Azərbaycanlı həmkarları – Mədəniyyət və Turizm naziri Ə.Qarayevlə və İqtisadi İnkişaf naziri Ş.Mustafayevlə görüş keçirmək arzusunda olduğunu qeyd etmişdir.
Bununla yanaşı cənab T.Traykov keçirilməsi nəzərdə tutulan biznes forumun İqtisadi İnkişaf Nazirliyinin binasında (60-70 nəfərlik zalda) həyata keçirmək istəyini və bu biznes forumun açılışını İqtisadi İnkişaf naziri Ş.Mustafayevlə birgə etmək arzunda olduğunu bildirmişdir.
Həmçinin cənab T.Traykov Səfir E.Kərimova onun turizmlə bağlı təklifini böyük məmnuniyyətlə qəbul etdiyini qeyd edərək, səfəri ilə bağlı nümayəndə heyyətinin tərkibinə turizm sektoru üzrə iş adamlarının daxil edilməsinə çalışacağını bildirmişdir.
Sonra Səfir E.Kərimov qarşı tərəfə cari ilin noyabr ayında keçirilməsi nəzərdə tutulan Hökumətlərarası Komissiyası barədə məlumat verərək, ölkəmizin Bolqarıstanla həmçinin kənd təsərrüfatı, sənaye sahələri üzrə əlaqələrini daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirmiş və cənab T.Traykovun ölkəmizə səfəri ilə bağlı əlavə istəkləri ilə maraqlanmışdır.
Öz növbəsində qarşı tərəf səfərin proqramını və nümayəndə heyyətinin tərkibini (əlavə olunur 4 vərəq) Səfir E.Kərimova təqdim edərək, cənab T.Traykovun rəhbərlik etdiyi nümayəndə heyyətinin cari ilin 21 sentyabr tarixində saat 13:50-də Tibilisidən Bakıya (təyyarə ilə) gələcəklərini və 23 sentyabr 2011-ci il tarixində 13:50-də Bakıdan İstanbula gedəcəklərini qeyd etmiş və bu müddət ərzində şəhər gəzintisinə, neft və qaz terminallarına, dənizkənarı istirahət mərkəzlərinə getmək istədiklərini bildirmişlər.
Sonda Səfir E.Kərimov bir daha səmimi qəbula görə təşəkkür etmiş və tərəflərindən deyilən istəklərin Mərkəzə bildiriləcəyini qeyd etmişdir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, cənab T.Traykovun həmkarları Ə.Qarayev və Ş.Mustafayevlə görüşlərinin keçirilməsi və təşkilatı (biznes forumun AR İqtisadi İnkişaf Nazirliyinin binasında keçirilməsi və cənab T.Traykovun eləcə də nümayəndə heyyətinin gəzintisinin təşkil edilməsi) məsələlərin həll edilməsi məqsədi ilə aidiyyatı qurumlara müvafiq işlərin aparılmasına dair göstəriş verməyinizi xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
Hava Nəqliyyatında
Baş Gömrük İdarəsinin
rəisi cənab S.Abdullayevə
Hörmətli Sadiq müəllim,
Sizə dərin hörmət və ehtiramımı bildirərək, ölkəmizin Bolqarıstanda təbliğ edilməsi məqsədi ilə Səfirliyin II katibi E.Məmmədov tərəfindən rəhbərlik etdiyiniz idarəyə təqdim olunacaq Azərxalça İstehsalat Birliyinin istehsalı olan xalçaların, Azərbaycan mənzərələrini əks etdirən şəkillərin, Azərbaycan istehsalı olan içkilərin (şərab, konyak, araq, meyvə şirəsi) və müxtəlif suvenirlərin Bolqarıstana gətirilməsi üçün gömrük rəsmiləşdirilməsində köməklik göstərməyinizi xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov
Hava Nəqliyyatında
Baş Gömrük İdarəsinin
rəisi cənab S.Abdullayevə
Hörmətli Sadiq müəllim,
Sizə dərin hörmət və ehtiramımı bildirərək, Prezident cənab İlham Əliyevin göstərişi əsasında dövlət müstəqilliyimizin 20 illiyi ilə əlaqədar ölkədə və xarici ölkələrdə həyata keçiriləcək müvafiq tədbirlər planı çərçivəsində Səfirliyimiz tərəfindən Bolqarıstanda təşkil olunacaq 18 oktyabr Müstəqillik gününə həsr olunmuş tədbirdə rəsmi qonaqlara Azərbaycan kürüsünün nümayiş etdirilməsi üçün Səfirliyin II katibi E.Məmmədov tərəfindən H.Əliyev adına Hava Limanının gömrük buraxılış məntəqəsinə təqdim olunacaq 3 (üç) kiloqram kürünün Bolqarıstana gətirilməsi üçün gömrük rəsmiləşdirilməsində köməklik göstərməyinizi xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov
Dostları ilə paylaş: |