Çıxış nömrəsi: ssof/ /09 Tarix: 31. 07. 09 Sənəd necə göndərilir



Yüklə 13,38 Mb.
səhifə30/32
tarix06.09.2017
ölçüsü13,38 Mb.
#29098
1   ...   24   25   26   27   28   29   30   31   32

AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MKAD Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 01.07.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili Çox təcili*

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə

Xarici İşlər Nazirliyinin

Kadrlar və ixtisasartırma

idarəsinin rəisi E.Sarıcalinskayaya


Hörmətli Elmira xanım,


Bununla, Səfir E.Kərimovun əmək məzuniyyətinə çıxması üçün icazənin verilməsi ilə bağlı, AR Xarici İşlər naziri cənab E.Məmmədyarova ünvanlanmış ərizəsini diqqətinizə təqdim edir və müvafiq işlərin görülməsinə dair göstəriş verməyinizi xahiş edirik
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ ,MİHİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 05.07.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 3 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:

Məlumat verilməsi üçün: AR Milli Məclisi

Məsələyə dair: BR Xalq Məclisinin sədr müavini, Ataka partiyasının üzvü Pavel Şopovla keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,


Bildiririk ki, cari ilin 05 iyul tarixində Səfir E.Kərimov Bolqarıstan Respublikasının Xalq Məclisinin sədr müavini, Ataka partiyasının üzvü Pavel Şopovla tanışlıq məqsədi ilə görüş keçirmişdir.
Görüş zamanı cənab P.Şopov Səfir E.Kərimovu salamlayaraq, Azərbaycanın Bolqarıstan üçün regionda böyük əhəmiyyət daşıdığını bildirmiş və iki ölkə arasında yüksək səviyyəli əlaqələrin olduğunu vurgulayaraq, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir.

Öz növbəsində Səfir E.Kərimov səmimi qəbula görə minnətdarlığını bildirərək, Azərbaycanla Bolqarıstan arasında yüksək səviyyəli əlaqələrin günü-gündən inkişaf etdiyini qeyd etmiş və ölkəmizin Bolqarıstanla bütün sahələrdə əlaqələrin yüksək səviyyədə qurulmasında, inkişaf etdirilməsində maraqlı olduğunu bildirmişdir.

Sonra Səfir E.Kərimov ölkələrimiz arasında enerji sektoru ilə yanaşı digər qeyri-enerji sahələri üzrə də əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq, bu istiqamətdə tərəfimizdən aparılan işlər barəsində qarşı tərəfə məlumat vermiş və Bolqarıstanın inkişaf etmiş idman, turizm (yay,qış) kənd təsərrüfatı, yüngül sənaye sahələri üzrə mövcud olan təcrübəsinin ölkəmizdə qeyd olunan sahələrin inkişafı üçün tətbiq edilməsində maraqlı olduğumuzu bildirmişdir.

Həmçinin Səfir E.Kərimov cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək iki ölkə arasında ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası barəsində danışmış və turizm, iqtisadi-ticari sahələrin inkişaf etdirilməsi istiqamətində gələcəkdə keçirilməsi nəzərdə tutulan biznez forumlar haqqında məlumat vermişdir.


Bununla yanaşı, Səfir E.Kərimov iki ölkə arasında Parlamentlərarası yüksək səviyyəli əlaqələrdən və bu sıx əlaqələrin əhəmiyyətindən danışaraq, ölkəmizdə Parlamentlərarası əlaqələrin inkişafına xüsusi diqqət yetirildiyini bildirmişdir.
Daha sonra Səfir E.Kərimov ölkəmizlə, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qarşı tərəfə ətraflı məlumat vermiş və münaqişənin həlli istiqamətində Azərbaycanın ədalətli, prinsipial mövqeyindən danışmışdır.
Öz növbəsində cənab P.Şopov xalqlarımızın birgə mədəniyyətə və adət-ənənələrə, dost əlaqələrə malik olduğunu qeyd edərək, bu əlaqələrin inkişaf etdirilməsi üçün Parlament səviyyəsində köməklik göstərməyə daim hazır olduğunu bildirmişdir.

Bununla yanaşı, Bolqarıstanın ölkəmizlə xüsusi ilə energetika sahəsində əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edərək, Bolqarıstanın qaz tədarükü ilə təmin edilməsinə yönələn Nabukko və ölkəmizin digər enerji layihələrində iştirak etməkdə maraqlı olduqlarını qeyd etmişdir.

Həmçinin cənab P.Şopov iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurgulayaraq, bu istiqamətdə qarşılıqlı olaraq müvafiq işlərin görülməsinin zəruri olduğunu qeyd etmişdir.

Sonra regionumuza yaxşı bələd olduğunu qeyd edən P.Şopov, Bolqarıstanın ölkəmizin ərazi bütövlüyünü tanıdığını və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll ediləcəyinə ümidvar olduğunu qeyd etmişdir.

Sonda Səfir E.Kərimov bir daha səmimi qəbula görə təşəkkürünü bildirmiş və əməkdaşlıq çərçivəsində mütəmadi olaraq bu cür görüşlərin keçiriləcəyinə ümidvar olduğunu qeyd etmişdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MKAD Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 08.07.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 Əlavə olunur: təqdimat - 2 səhifə

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə

Xarici İşlər Nazirliyinin

Kadrlar və ixtisasartırma

idarəsinin rəisi E.Sarıcalinskayaya


Hörmətli Elmira xanım,


Bununla, Səfirliyin III katibi E.Məmmədovun Səfirlikdə II katib vəzifəsinə təyin olunması məsələsinə baxılması üçün AR Xarici İşlər Naziri cənab E.Məmmədyarova ünvanlanmış müvafiq təqdimatı diqqətinizə təqdim edir və müvafiq işlərin görülməsinə dair göstəriş verməyinizi xahiş edirik
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: F.Köçərli


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MDPİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 11.07.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

Səhifələrin sayı: 1 Əlavə olunur:

Məhdudluğu qrifi: Xidməti istifadə üçün

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi* Vacib Çox vacib

Əvvəlki müraciətlər:_________________

Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: VİP zalından istifadə edilməsi üçün xüsusi buraxılışın verilməsinə dair

Xarici İşlər Nazirliyinin

Dövlət Protokolu idarəsinin

Rəisi cənab P.Mirzəzadəyə

Hörmətli Pərvin müəllim,
Bununla, Səfir E.Kərimovun və ailəsinin (+ 3 nəfər) aşağıda qeyd olunan tarixlərdə Bakıya gəlişi və dönüşü ilə əlaqədar, H.Əliyev adına Hava limanının VİP zalından istifadə etməsi üçün müfaviq buraxılışın verilməsinə dair göstəriş verməyinizi xahiş edirik.
Gəliş
22.07.2011-ci il TK-0334 İstanbul-Bakı saat 19:00
Dönüş
26.08. 2011-ci il TK -0333 Bakı - İstanbul saat 13:50

Hörmətlə,

Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MİƏİ, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 12.07.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 3 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:

Məlumat verilməsi üçün: AR Kənd təsərrüfatı Nazirliyi

Məsələyə dair: BR Kənd təsərrüfatı və Qida naziri Miroslav Naydenovla keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin müavini

cənab M.Məmməd-Quliyevə

Hörmətli Mahmud müəllim,


Bildiririk ki, cari ilin 12 iyul tarixində Səfir E.Kərimov Bolqarıstan Respublikasının Kənd təsərrüfatı və Qida naziri Miroslav Naydenovla tanışlıq məqsədi ilə görüş keçirmişdir.
Görüş zamanı cənab M.Naydenov Səfir E.Kərimovla tanışlığa görə məmnunluğunu ifadə etmiş və ona diplomatik fəaliyyətində uğurlar arzulamışdır.

Öz növbəsində Səfir E.Kərimov qarşılıqlı məmnunluğunu ifadə edərək, iki ölkə arasında inkişaf edən munasibətlərdən, eləcə də dövlət başçılarımız, Parlamentlərimiz və dövlət qurumlarımız səviyyəsində sıx və yaxın əlaqələrdən qarşı tərəfə danışmışdır.

Sonra iki ölkə arasında xüsusi ilə energetika sahəsində əlaqələrin inkişaf etdiyini bildirən Səfir E.Kərimov, ölkəmizin Bolqarıstanla qeyri -enerji sektoru üzrə də əlaqələrinin inkişafına böyük maraq göstərdiyini qeyd etmişdir.

Bununla yanaşı, Səfir E.Kərimov dövlətimizin iqtisadi inkişafında kənd təsərrüfatının rolundan və ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət yetirilməsindən danışaraq, kənd təsərrüfatı sahəsi üzrə Bolqarıstanla əlaqələrimizi inkişaf etdirməkdə, yüksək səviyyəyə çatdırmaqda maraqlı olduğumuzu bildirmiş və əlaqələrin inkişafı istiqamətində təcrübə mübadilələlərin, qarşılıqlı səfərlərin, iki qurum arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasının zəruri olduğunu bildirmişdir.

Həmçinin Səfir E.Kərimov cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək iki ölkə arasında ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası barəsində danışmış və həmin iclasda tərəflər arasında müxtəlif sahələrlə yanaşı kənd təsərrüfatı sahəsi üzrə də əlaqələrin inkişaf perpektivlərinin müzakirə ediləcəyini bildirmişdir.

Daha sonra Səfir E.Kərimov cənab M.Naydenovdan onun və ya həmkarı İ.Abbasovun ölkələrimizə qarşılıqlı səfərlərinin həyata keçirilməsinin mümkünlüyü ilə maraqlanaraq, qeyd olunan səfərlər çərçivəsində kənd təsərrüfatı sahəsi üzrə biznes forumların, müxtəlif tədbirlərin həyata keçirilməsinin bu sahədə iki ölkə arasında əlaqələrin inkişafına böyük təsir göstərəcəyini bildirmişdir.


Öz növbəsində cənab M.Naydenov ölkəmiz barəsində xoş sözlər ifadə edərək, Azərbaycanla bağlı geniş məlumatlara malik olduğunu bildirmişdir.

Sonra M.Naydenov Bolqarıstanın da ölkəmizlə kənd təsərrüfatı sahəsində əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu bildirmiş və bu istiqamətdə Səfir E.Kərimovun təkliflərinə (qarşılıqlı səfərlər, təcrübə mübadilələrinin aparılması, iki qurum arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması, biznes forumların təşkil edilməsi) dəstək verdiyini qeyd etmiş və bu yöndə lazımı işlərin görülməsinə hazır olduğunu bildirmişdir.

Bununla yanaşı qarşılıqlı səfərlərin həyata keçirilməsində maraqlı olduğunu bildirən M.Naydenov, bu məsələ ilə bağlı yaxın zamanlarda müvafiq qərar verilərək, Səfirliyimizə məlumat veriləcəyini qeyd etmişdir.
Sonda Səfir E.Kərimov səmimi qəbula görə minnətdarlığını ifadə etmiş və əlaqələrin inkişafı istiqamətində mütəmadi bu cür görüşlərin keçiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Qeyd olunan məlumatları diqqətinizə təqdim edir və aidiyyatı üzrə çatdırılmasına göstəriş verməyinizi xahiş edirik.
Hörmətlə,

Səfir E.Kərimov

İcraçı: E.Məmmədov


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MİƏİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 13.07.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 3 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:

Məlumat verilməsi üçün: Aidiyyatı üzrə

Məsələyə dair: Türkiyə Respublikasının Prezidenti A.Gülün Bolqarıstana rəsmi səfərinə dair
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,


Bildiririk ki, 11 iyul 2011-ci il tarixində Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Bolqarıstanlı həmkarı G.Pırvanovun dəvəti ilə rəhbərlik etdiyi nümayəndə heyyəti ilə Bolqarıstanda 2 günlük rəsmi səfərdə olmuşdur .
Səfərin ilk günü Türkiyə Respublikasının Prezidenti A.Güllə Bolqarıstan Prezidenti G.Pırvanov arasında ikitərəfli və çoxtərəfli formatda görüşlər keçirilmişdir.

Görüşlər zamanı tərəflər arasında iki tərəfli, cox tərəfli münasibətlər, mədəniyyət, turizm əlaqələri, energetika məsələləri, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və ticarət dövriyyəsinin artırılması imkanları müzakirə edilmiş və regional, beynəlxalq məsələlərdə ümumi maraqlarla bağlı fikir mübadilələri aparılmışdır.


Müzakirələr zamanı hər iki tərəf Bolqarıstan və Türkiyə Respublika-ları arasında siyasi dialoqların dinamik inkişafını yüksək qiymətləndirmiş və iki ölkə arasında açıq siyasi problemlərin olmadığını, yalnız əvvəldən yaranmış texniki məsələlərin (trakiya qaçqınlarına təzminat məsələsi, bolqar miqrantlarının pensiya təminatı və digər məsələlər) mövcud olduğunu bildirərək, bu məsələlərin də iki ölkə arasında yaradılmış birgə komissiyanın intensiv fəaliyyəti ilə yaxın gələcəkdə həll olunacağına ümid etdiklərini bildirmişlər.
Bununla yanaşı, dövlət başçıları iki ölkə arasında ticarət dövriyyəsinin pozitiv tendensiyasından məmnunluğunu ifadə etmiş və iqtisadi böhran dövründə Bolqarıstan və Türkiyə Respublikaları arasında ticarət dövriyyəsinin yüksək səviyyədə inkişaf edərək, 920 milyondan 4 milyard avroya çatdığını bildirərək, bu ticarət dövriyyənin həcminin daha da genişləndirilməsi üçün böyük imkanların və qarşılıqlı maraqların olduğunu qeyd etmişlər.
Həmçinin hər iki dövlət başçısı iki ölkə arasında energetika sahəsində əlaqələrin inkişaf etdirilməsinə böyük maraq göstərdiklərini bildirərək, Nabukko layihəsinin həyata keçirilməsi istiqamətində təbii qaz ixrac edən ölkələrlə - Azərbaycanla, Türkmənistanla və s ölkələrlə aktiv işlər apardıqlarını, eləcə də müvafiq razılıqlar əldə etdiklərini qeyd etmiş və bu layihənin tezliklə həyata keçiriləcəyinə ümid etdiklərini bildirmişlər.
Sonra BR Prezidenti həmkarına tezliklə hər iki ölkənin qaz nəqli sistemlərinin əlaqələndirilməsində (sistemlərin birləşdirilməsi üçün tikinti işlərinin aparılmasını) Bolqarıstanın böyük maraq göstərdiyini bildirmiş və bu layihənin həyata keçirilməsi istiqamətində müxtəlif variantların olduğunu qeyd etmişdir.
Eyni zamanda cənab G.Pırvanov ölkəsinin hər zaman Türkiyəni Avropa İttifaqına inteqrasiyası məsələsində dəstək verdiyini və bu istiqamətdə daim köməklik göstərməyə hazır olduqlarını bilmişdir.
Daha sonra tərəflər arasında Yaxın Şərq və Şimali Afrikada son vəziyyət müzakirə edilmişdir.
Müzakirələrdən sonra dövlət başçıları Türkiyə-Bolqarıstan iş adamlarının təşkilatçılığı ilə keçirilən biznes foruma qatılmışlar.
Səfərin ikinci günü Türkiyə Respublikasının Prezidenti A.Gül Bolqarıstan Respublikasının Baş naziri B.Borisovla və BR Xalq Məclisinin sədri Ts.Tsaçeva ilə görüşmüşdür.

Görüşlər zamanı iki ölkə arasında iqtisadi-ticarət dövriyyəsinin artırılması imkanları, turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi perspektivləri, energetika məsələləri eləcə də Parlamentlərarası əlaqələr müzakirə edilmişdir.


KİV-də qeyd olunan məlumatlara görə Türkiyə Prezidenti A.Gül rəsmi səfər çərçivəsində həmçinin Bolqarıstanın Ali Müftisi Mustafa Alış Hadjı ilə və Türkiyə-Bolqarıstan Parlamentlərarası dostluq qrupunun Bolqarıstan tərəfindən həmsədri, HAH (əsasən türklərin təmsil olunduğu) partiyasının üzvü Ramazan Atalayla görüşmüşdür.

Məlumat üçün diqqətinizə təqdim edirik.


Hörmətlə,

Səfir E.Kərimov

İcraçı: E.Məmmədov


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 19.07.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt*

Səhifələrin sayı: 1 Əlavə olunur: 1 zərf

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:

Məlumat verilməsi üçün: Aidiyyatı üzrə

Məsələyə dair: Bolqarıstan Respublikasının Memarlar İttifaqından daxil olmuş zərfin göndərilməsinə dair
Xarici İşlər Nazirliyinin

Birinci (Qərb) Ərazi idarəsinin

rəisi cənab M.Əliyevə

Hörmətli Məmməd müəllim,


Bununla, Bolqarıstan Respublikasının Memarlar İttifaqı tərəfindən Azərbaycan Respublikasının Memarlıq İttifaqının sədri A.Ələsgərova ünvanlanmış zərfi diqqətinizə təqdim edir və aidiyyatı üzrə göndərilməsində yardımçı olmağınızı xahiş edirik.
Hörmətlə,

Səfir E.Kərimov

İcraçı: E.Məmmədov

AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MKAD Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 20.07.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

Səhifələrin sayı: 1 Əlavə olunur: 3 ədəd təqdimat – 6 səhifə

___________________ N-li məktuba istinad



Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Səfirliyin əməkdaşlarının ezamiyyət müddətlərinin uzadılması ilə bağlı təqdimatlarının göndərilməsinə dair

Xarici İşlər Nazirliyinin

Kadrlar və ixtisasartırma

idarəsinin rəisi E.Sarıcalinskayaya

Hörmətli Elmira xanım,
Mərkəzin S/17-17672/17/11 saylı, 19.07.2011-ci il tarixli (növbəti rotasiya ilə bağlı) məktubuna cavab olaraq, Səfirliyin əməkdaşlarının (I katib E.Həsənov, III katib E.Məmmədov, mühasib O.Əkbərova) ezamiyyət müddətlərinin uzadılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab E.Məmmədyarova ünvanlanmış müvafiq təqdimat-
ları diqqətinizə təqdim edir və aidiyyatı işlərin görülməsinə dair göstəriş verməyinizi xahiş edirik
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ ,MİHİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 19.07.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:

Məlumat verilməsi üçün: Aidiyyatı üzrə

Məsələyə dair: Hüquq və Azadlıqlar naminə Hərəkat (əsasən türklərin təmsil olunduğu) partiyasının sədri Əhməd Doğanla keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,


Bildiririk ki, cari ilin 19 iyul tarixində Səfir E.Kərimov Hüquq və Azadlıqlar naminə Hərəkat (əsasən türklərin təmsil olunduğu) partiyasının sədri Əhməd Doğanla tanışlıq məqsədi ilə görüş keçirmişdir.
Görüş zamanı cənab Ə.Doğan Səfir E.Kərimovu salamlayaraq, tanışlığa görə məmnunluğunu ifadə etmişdir.
Öz növbəsində Səfir E.Kərimov səmimi qəbula, xoş sözlərə görə minnətdarlığını ifadə etmiş və iki dost xalqlar arasında tarixi köklərə söykənən əlaqələrdən danışaraq, bu əlaqələrin getdikcə daha inkişaf etdiyini bildirmişdir.
Sonra Azərbaycan və Bolqarıstan arasında yüksək səviyyəli münasibətlərdən qarşı tərəfə məlumat verərək, ölkəmizin Bolqarıstanla energetika sahəsində inkişaf edən əlaqələrinin, digər qeyri-energetika sahələrinə də yönəldilməsinin zəruri olduğunu qeyd etmiş və bu istiqamətdə böyük potensialın olduğunu bildirmişdir.
Bununla yanaşı, ölkəmizdə qeyri-enerji sektorunun inkişafına xüsusi dövlət qayğısından bəhs edərək, ölkəmizin Bolqarıstanla kənd təsərrüfatı, turizm, mədəniyyət, yüngül sənaye sahələri üzrə əlaqələrini inkişaf etdirməyə maraqlı olduğunu bildirmiş və bu əlaqələrin inkişafının hər iki ölkəyə fayda verəyəciyini qeyd edərək, bu istiqamətdən tərəfimizdən görülən işlər (keçirilmiş yüksək səviyyəli görüşlər, dövlət qurumlarının qarşılıqlı səfərlərin təşkili və qurumlar arasında əməkdaşlıq haqqında Sazişlərin imzalanması istiqamətində aparılan işlər) barəsində cənab Ə.Doğana ətraflı məlumat vermişdir.
Daha sonra, Səfir E.Kərimov Dağlıq Qarabağ münaqişəsindən və onun ağır nəticələrindən qarşı tərəfə ətraflı məlumat verərək, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların, ermənistanın qeyri-konstruktiv mövqeyi sayəsində 17 ildən artıq davam etdiyini qeyd etmişdir və münaqişənin həllində ölkəmizin mövqeyini qarşı tərəfə bildirmişdir.
Öz növbəsində cənab Ə.Doğan 1998-ci ildə Avropa Şurasından nümayəndələr qismində bir sıra deputatlarla ölkəmizə səfər etdiyini və ölkəmiz barəsində xoş təsuratlara malik olduğunu qeyd etmişdir.
Sonra rəhbərlik etdiyi partiyanın fəaliyyətindən, indiyənədək ölkədə keçirilmiş (Parlament, Prezident, Meriya) seçkilərdə nailiyyətlərindən və 2004-2009-cü illərdə Bolqarıstanda Koalisyon Hökumətdə iştiraklarından ətraflı danışmışdır.

Daha sonra, iki ölkə arasında günü-gündən inkişaf edən münasibətləri yüksək qiymətləndirmiş və partiyası tərəfindən bu əlaqələrin inkişafı istiqamətdə lazımi köməklik göstərməyə hazır olduğunu bildirmişdir.


Bununla yanaşı, cənab Ə.Doğan dost xalqımızın sevincinə və kədərinə şərik olduğunu qeyd edərək, rəhbərlik etdiyi HAH partiyasının Avropa Parlamentində, Avropa Şurasının Parlament Assambleyasında və digər təşkilatlarda təmsil olunan deputatları tərəfindən qardaş ölkəmizə Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı daim dəstək verəcəklərini bildirmişdir.
Sonda Səfir E.Kərimov bir daha səmimi qəbula görə təşəkkürünü bildirmiş və qurulmuş bu müsbət əlaqələrimizin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.

Hörmətlə,

Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




Yüklə 13,38 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin