Səhifələrin sayı: 3 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: AR İdman və Gənclər Nairliyi
Məsələyə dair: BR Fiziki sağlamlıq və İdman naziri Svilen Neykovla keçirilmiş görüşə dair.
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Məlumat üçün bildiririk ki, cari ilin 06 iyun tarixində Səfir E.Kərimov BR Fiziki sağlamlıq və İdman naziri Svilen Neykovla tanışlıq məqsədi ilə görüş keçirmişdir.
Görüş zamanı cənab S.Neykov Səfir E.Kərimovu salamlayaraq, tanışlığa görə məmnunluğunu ifadə etmiş və diplomatik fəaliyyətində uğurlar arzulamışdır.
Öz növbəsində Səfir E.Kərimov cənab S.Neykova səmimi qəbula görə təşəkkürünü bildirmiş və iki dost ölkə arasındakı yüksək səviyyəli əlaqələrdən məlumat verərək, ölkəmizin Bolqarıstanla münasibətlərinə xüsusi önəm verdiyini bildirmişdir. Sonra Səfir E.Kərimov ölkəmizin Bolqarıstanla enerji və qeyri enerji sahələri ilə yanaşı idman sahəsi üzrə də əlaqələrinin inkişaf etdirilməsinə böyük maraq göstərdiyini bildirmiş və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə tədbirlərin həyata keçirilməsinin, qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyini vurgulamışdır. Bununla yanaşı, Səfir E.Kərimov ölkəmizdə idmana xüsusi dövlət qayğısından danışaraq, idmançılarımız üçün yaradılmış şəraitdən, onların maddi-texniki bazalarının gücləndirilməsi məqsədi ilə yeni tikilmiş idman və olimpiya komplekslərindən, idman ocaqlarından və idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan ətraflı olaraq qarşı tərəfin diqqətinə çatdırmışdır. Sonra Səfir E.Kərimov Bolqarıstanda inkişaf edən bədii gimnastika, ağır və yüngül atletika, qış idman növləri və digər idman sahələri üzrə təcrübə mübadilələrinin aparılmasında ölkəmizin maraqlı olduğunu bildirmiş və bu əməkdaşlıq sahəsində əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu qeyd etmişdir.
Öz növbəsində cənab S.Neykov ölkəmiz barəsində xoş təsuratlara malik olduğunu bildirərək, dost ölkə olan Azərbaycanla ölkəsinin idman sahəsində əlaqələrinin inkişaf etdirilməsinə maraqlı olduğunu qeyd etmişdir. Bununla yanaşı, Bolqarıstanda mövcud olan və tikintisi həyata keçirilən idman kompleksləri barədə Səfir E.Kərimova bəhs edərək, bu komplekslərdə müxtəlif idman sahələri üzrə insanlara xidmət göstərilməsindən və yarışların təşkil olunmasından danışmışdır. Həmçinin cənab S.Neykov iki ölkə arasında idman sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün birgə idman düşərgələrinin, yarışların təşkil edilməsinə və qarşılıqlı səfərlərin həyata keçirilməsinə maraqlı və hazır olduqlarını bildirmişdir. Sonra cənab S.Neykov Bolqarıstanda Avarçəkmə idman növünün də inkişaf etməsindən danışaraq, cari ilin 17-18 sentyabr tarixlərində Bolqarıstanın Plovdiv şəhərində həmin idman növü üzrə keçiriləcək Avropa çempionatı barəsində məlumat vermiş və bu çempionatın AR İdman və Gənclər naziri A.Rəhimovun Bolqarıstana səfər etməsi üçün yaxşı bir fürsət olduğunu qeyd edərək, səfər çərçivəsində həmkarı ilə idman sahəsi üzrə əlaqələrin inkişaf perspektivlərinin araşdırılacağını və təcrübə mübadilələrinin aparılacağını bildirmişdir. Eyni zamanda cənab S.Neykov qeyd olunan tarixlərdə həmkarı A.Rəhimovun Bolqarıstana səfər etməsinin mümkünlüyünün araşdırılmasını Səfir E.Kərimovdan xahiş etmiş və səfərin həyata keçirilməsinin təsdiq olunacağı halda həmkarının ünvanına dəvət məktubunun göndərəciyi barədə məlumat vermişdir.
Sonda cənab S.Neykov dost ölkə olan Azərbaycana idman sahəsi üzrə hər cür köməklik göstərməyə daim hazır olduğunu bildirmiş və əməkdaşlıq çərçivəsində bu cür görüşlərin tez-tez keçiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Öz növbəsində Səfir E.Kərimov bu görüş barədə məlumatın qarşı tərəfə bildiriləcəyini qeyd edərək, səmimi qəbula görə bir daha təşəkkürünü bildirmişdir.
Yuxarıda qeyd olunan məlumatları diqqətinizə təqdim edir və bu məlumatların AR İdman və Gənclər Nazirliyinə çatdırılması və cari ilin 17-18 sentyabr tarixlərində AR İdman və Gənclər naziri A.Rəhimovun Bolqarıstana səfər etməsinin mümkünlüyünün araşdırılması barədə aidiyyatı üzrə göstəriş verməyinizi xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MDPİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 07.06.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 2 Əlavə olunur: 2 ədəd BR XİN-nin notası
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün:
Məsələyə dair: Sofiya şəhər hava limanının VİP zallarından istifadə olunması qaydaları
Xarici İşlər Nazirliyinin
Dövlət Protokolu idarəsinin
Rəisi cənab P.Mirzəzadəyə
Hörmətli Pərvin müəllim,
Məlumat üçün bildiririk ki, Sofiya şəhər hava limanında rəsmi nümayəndələrin istifadəsi üçün 2 ədəd VİP (VİP–A, VİP-B ) zalı fəaliyyət göstərir. Qəbul edilmiş mövcud qaydalara görə VİP-A növlü hökumət zalı yalnız Dövlət başçılarının və onların həyat yoldaşlarının, Parlament sədrlərinin, Baş nazirlərin, Xarici İşlər nazirlərinin və digər nazirlərin, Konstitusiya Məhkəmələrinin sədrlərinin, Avropa İttifaqının Prezidentinin, Avropa Komissiyasının sədrinin, Avropa Komissarlarının, Avropa İttifaqının Xarici siyasət məsələləri üzrə yüksək səviyyəli məmurlarının, Kral ailələrinin nümayəndələrinin, sabiq Prezidentlərin, Beynəlxalq təşkilatların rəhbərlərinin, eləcə də Bolqarıstanda akkreditə olunan diplomatik nümayəndəliklərin başçılarının ailə üzvləri ilə birlikdə (yalnız ölkəyə ilk gəlişi və fəaliyyətinin bitməsi ilə əlaqədar gedişi üçün) istifadələrinə verilir.
Bütün digər hallarda Sofiya hava limanın I terminalında yerləşən VİP–B zalı ödənişli şərtlərlə (1 nəfər üçün 60 Avro) Bolqarıstanda akkreditə olunan diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların istifadələrinə verilir.
Qeyd olunan məlumatları diqqətinizə təqdim edir və aidiyyatı qurumlar arasında yayılmasında köməklik göstərməyinizi, eləcə də mövcud qaydaların qarşılıqlı olaraq Bolqarıstan tərəfinə tətbiq edilməsi məsələsinə baxılmasını xahiş edirik.
Əlavə olunur: VİP zallardan istifadə olunması qaydaları ilə bağlı BR XİN-nin notaları – 2 vərəq
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 10.06.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 3 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Məsələyə dair: BR Əmək və Sosial Siyasət naziri Totyu Mladenovla keçirilmiş görüşə dair.
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Məlumat üçün bildiririk ki, cari ilin 09 iyun tarixində Səfir E.Kərimov BR Əmək və Sosial Siyasət naziri Totyu Mladenovla tanışlıq məqsədi ilə görüş keçirmişdir.
Görüş zamanı cənab T.Mladenov Səfir E.Kərimovu salamlayaraq, tanışlığa görə məmnunluğunu ifadə etmişdir
Öz növbəsində Səfir E.Kərimov qarşılıqlı məmnunluğunu ifadə etmiş və səmimi qəbula görə təşəkkürünü bildirərək, iki dost ölkə arasında inkişaf etmiş münasibətlərdən danışmış və ölkəmizin Bolqarıstanla bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinə maraq göstərdiyini bildirmişdir. Sonra Səfir E.Kərimov ölkəmizin daxili və xarici siyasəti, sosial-iqtisadi inkişafı, enerji siyasəti barəsində cənab T.Mladenova ətraflı məlumat verərək, Bolqarıstanın ölkəmizlə energetika sahəsindəki əlaqələrinə xüsusi önəm verdiyini eləcə də, həmin əlaqələrin günü-gündən inkişaf etdiyini bildirmiş və yüksək səviyyəli əlaqələrin digər – kənd təsərrüfatı, turizm, mədəniyyət, yüngül sənaye sahələri üzrə də qurulmasının vacibliyini vurğulamışdır. Bununla yanaşı, Səfir E.Kərimov iki ölkə arasında əhalinin sosial müdafiəsi sahəsində də əlaqələrin inkişaf etdirilməsinin önəmli olduğunu bildirərək, bu əlaqərin inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin təşkil edilməsinin, qurumlar arasında təcrübə mübadilələrinin aparılmasının və əməkdaşlıq haqqında Sazişin imzalanmasının zəruriliyini qeyd etmişdir. Bundan əlavə, Səfir E.Kərimov cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək iki ölkə arasında ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası barəsində məlumat vermiş və həmin iclasda tərəflər arasında sosial sahə üzrə də məsələlərin müzakirə ediləcəyini bildirmişdir.
Öz növbəsində cənab T.Mladenov yaxın adət-ənənələrə və mədəniyyətə malik olan dost ölkə Azərbaycan haqqında zəngin məlumatlara malik olduğunu bildirərək, ölkəmizin Bolqarıstan üçün önəmli ölkə olduğunu qeyd etmişdir. Sonra cənab T.Mladenov iki ölkə arasında indiyənə qədər bu sahə üzrə əlaqələrin mövcud olmamasının təəsüfedici hal olduğunu bildirərək, Bolqarıstanın da bu sahə üzrə ölkəmizlə yüksək səviyyəli əlaqələrin qurulmasında maraqlı olduğunu qeyd etmiş və qurumlar arasında təcrübə mübadilələrin aparılmasına, əməkdaşlıq haqqında Sazişin imzalanmasına hazır olduğunu bildirmişdir. Bununla yanaşı, cənab T.Mladenov vaxtı ilə Sovet dövründə ölkəmizdə işləyən Bolqarıstan vətəndaşlarının və Bolqarıstanda çalışan Azərbaycan vətəndaşlarının pensiya hüququnun tanınması, eləcə də hər iki ölkədə çalışan vətəndaşların əmək hüquqlarının mühafizə olunması barəsində müddüaların Saziş layihəsinə daxil edilməsinin zəruri olduğunu bildirmişdir.
Sonra Səfir E.Kərimov iki ölkə arasında Saziş layihəsinin Bolqarıstan tərəfindən tərtib olunmasını xahiş etmiş və Sazişin ölkəmizdə və ya Bolqarıstanda imzalanması məqsədi ilə yaxın zamanlarda qarşılıqlı səfərlərin həyata keçirilməsinin mümkünlüyü barədə maraqlanmışdır.
Öz növbəsində cənab T.Mladenov bu məsələ ilə bağlı noyabr ayında onun ölkəmizə səfərinin həyata keçirilməsinin mümkün olduğunu və səfər çərçivəsində həmkarı ilə sosial sahədə əlaqələrin inkişaf etdirilməsi məsələlərinin müzakirə ediləcəyinin bildirmiş, həmçinin Saziş layihəsinin iyun ayının sonunadək tərəflərindən tərtib edilərək, bizə təqdim ediləcəyini qeyd etmişdir.
Sonda Səfir E.Kərimov bu görüş barədə məlumatın qarşı tərəfə bildiriləcəyini qeyd edərək, səmimi qəbula görə bir daha təşəkkürünü bildirmiş və əməkdaşlıq çərçivəsində tez-tez bu cür görüşlərin keçiriləcəyini ümidvar olduğunu qeyd etmişdir.
Qeyd olunan məlumatları diqqətinizə təqdim edir və cari ilin noyabr ayında (dəqiq tarixlər göstərilməklə) BR Əmək və Sosial Siyasət naziri T.Mladenovun ölkəmizə səfərinin həyata keçirilməsinin mümkünlüyünün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən araşdırılmasına dair aidiyyatı üzrə göstəriş verməyinizi xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MİƏİ, MBQİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 09.06.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
Səhifələrin sayı: 2 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Qara Dəniz Ticarət və İnkişaf Bankının Direktorlar Şurasının növbəti iclası ilə bağlı BR Maliyyə Nazirliyində keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin müavini
cənab M.Məmməd-Quliyevə
Hörmətli Mahmud müəllim,
Mərkəzin S/32-12788/02/11 saylı, 25.05.2011 tarixli (QDTİB-nın Direktorlar Şurasının növbəti iclasında mövqeyimizlə bağlı qərara BR tərəfindən dəstək verilməsi ilə bağlı) məktubu ilə əlaqədar, cari ilin 31.05.2011-ci il tarixində BR Xarici İşlər Nazirliyinin müvafiq idarəsində görüş keçirilmiş və görüş zamanı qarşı tərəf qeyd olunan məsələnin BR Maliyyə Naziriliyinə aid olduğunu bildirmişdir.
Bununla əlaqədar, cari ilin 09.06.2011-ci il tarixində BR Maliyyə Nazirliyinin Maliyyə bazarının tənzimlənməsi şöbəsinin müdiri Tsevetanka Mixaylova ilə tərəfimizdən görüş keçirilmişdir.
Görüş zamanı cari ilin 17-18 iyun tarixində Qara Dəniz Ticarət və İnkişaf Bankının Direktorlar Şurasının növbəti iclasında qəbul edilməsi (QDTİB-nını Direktorlar Şurasının kiçik səhmdar ölkələr üçün vəzifələrin yaradılması ilə bağlı 2009-cu il qərarının ləğv edilməsi və bu qərarla nəzərdə tutulan vəzifələrin daha aşağı vəzifə ilə əvəz edilməsi) ehtimal olunan qərarla bağlı ətraflı məlumatlar xanım T.Mixaylovanın diqqətinə çatdırılmış və qeyd olunan Şura tərəfindən 2009-cu ildə qəbul olunmuş mövcud qərarın yerinə yetirilməsinin kiçik səhmdar ölkələr üçün vacib olduğu bildirilərək, həmin qərarın yerinə yetirilməsi üçün QDTİB-nın Direktorlar Şurasının növbəti iclasında yeni qərarın qəbul edilməsində dost ölkə olan Bolqarıstan tərəfindən dəstək verilməsi xahiş olunmuşdur.
Öz növbəsində xanım T.Mixaylova QDTİB-nın Direktorlar Şurası tərəfindən qeyd olunan məsələ ilə bağlı qəbul edilməsi ehtimal olunan qərarının yəgin ki, maliyyə çətinlikləri ilə bağlı olduğunu bildirərək, ölkəmizin müraciətinin rəhbərliyinə çatdıracağını və mövqeyimizlə bağlı qəbul edilməsi nəzərdə tutulan qərara ölkəsi tərəfindən dəstək veriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Həsənov
AZƏRBAYCAN RESPUBLİKASININ EMBASSY OF THE REPUBLIC OF
BOLQARISTAN RESPUBLIKASINDAKI AZERBAIJAN IN THE REPUBLIC OF
SƏFİRLİYİ BULGARIA
Tel: (359 2) 817 00 70 Fax: (359 2) 817 00 77 E-mail: sefirlik@azerembsof.com
—————————————————————————————————————————
___________
Azərbaycan Respublikasının
Prezidenti yanında Strateji Araşdırmalar
Mərkəzinin direktor müavini G.Paşayeva
Hörmətli Gülşən xanım,
Fürsətdən istifadə edərək Sizə dərin hörmət və ehtiramımı ifadə edərək, Sizin 185 saylı, 18.05.2011-ci il tarixli (strateji araşdırmalar mərkəzləri ilə əməkdaşlıqla bağlı) məktubunuzla əlaqədar bildiririk ki, tərəfimizdən Bolqarıstan Xarici İşlər Nazirliyində müvafiq görüş keçirilmişdir. Görüş zamanı qarşı tərəf hal hazırda Bolqarıstanda bu məsələlərlə məşğul dövlət qurumunun olmadığını, bu sahə üzrə yalnız bir sıra xırda qeyri hökumət təşkilatlarının məşğul olduğunu və onların fəaliyyətinə tərəflərindən zəmanət vermədiklərini bildirmişdir.
Həmçinin qeyd etmək istərdik ki, öz tərəfimizdən də bu sahədə bir sıra araşdırmalar aparılmış və araşdırmalar zamanı bu sahə üzrə sayca az olan və güclü nüfuza sahib olmayan bəzi qeyri-hökumət təşkilatları aşkar olunmuşdur.
Bununla yanaşı qeyd etmək istərdik ki, BR Xarici İşlər Nazirliyinin nəznində 2003-cü ildən Diplomatik İnstitut fəaliyyət göstərir. Bu institut dünyanın bir çox nüfuzlu qurumları, diplomatik institutları, həmçinin Azərbaycan Diplomatik Akademiyası ilə də əməkdaşlıq edir və diplomatik kursların, təlimlərin,diplomatiya sahəsində təcrübə mübadilələrinin həyata keçirilməsi ilə yanaşı, qlobal və regional problemlər, siyasi və analitik məsələlər üzrə yüksək səviyyəli Xarici qonaqlar (eks prezidentlər, beynəlxalq təşkilatların rəhbərləri və məsul şəxləri, xarici işlər nazirləri, tanınmış şəxsiyyətlər, siyasi xadimlər) və yerli məmurlar (müdafiə və xarici işlər nazirləri) səviyyəsində tez-tez mühazirələr təşkil edir.
Həmçinin bildiririk,bu məsələ ilə əlaqədar tərəfimizdən BR Xarici İşlər Nazirliyinin Diplomatik İnstitutunun rəhbəri Tatyana Mixaylova ilə görüş keçirilmiş və görüş zamanı xanım T.Mixaylova rəhbərlik etdiyi qurumun Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə əməkdaşlığa hazır olduğunu bildirərək, əməkdaşlıq haqqında Memorandum layihəsinin Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən tərtib olunmasını və ona göndərilməsini xahiş etmişdir.
Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə BR Xarici İşlər Nazirliyinin Diplomatik İnstitu arasında əlaqələrin qurulmasını və əməkdaşlıq haqqında Memorandumun imzalanması məqsədəuyğun hesab edirik.
Məsələyə baxılmasını xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MKAD Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 13.06.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt*
Səhifələrin sayı: 1 Əlavə olunur: fotoşəkillər 1 vərəqdə
Məhdudluğu qrifi
Təcililiyi: Adi* Təcili Çox təcili
Vacibliyi: Adi Vacib * Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Səfirliyin ştatdankənar işçilərinin fotoşəkillərinin göndərilməsinə dair
Xarici İşlər Nazirliyinin
Kadrlar və ixtisasartırma
idarəsinin rəis müavini R.Qafarova
Hörmətli Ramiz müəllim,
Mərkəzin S/17-13980/17/10 nömrəli, 06.06.2011-ci il tarixli məktubu-na cavab olaraq, Səfirliyin aşağıda adları çəkilən ştatdankənar işçilərinin fotoşəkillərini (əsli) diqqətinizə təqdim edirik.
-
Anna Fidanova
-
Stefan İliyev
-
Xristo Avramov
-
Lilyana Rusinova
-
Stoyna Sandova
Həmçinin qeyd etmək istərdik ki, Səfirliyin sürücüsü Kolayan Nençev Səfirliyin daxili əmri ilə 01.10.2010-cu il tarixində işdən azad edilmiş və bununla, eləcə də Səfirliyin ştatdankənar işçilərinin əmək haqqlarının artırılması ilə bağlı müvafiq sənədlər Səfirliyin SSOF/315/10 saylı, 18.11.2010-cu il tarixli məktubu ilə Mərkəzə göndərilmişdir.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MİƏİ, MBQİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 14.06.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
Səhifələrin sayı: 2 Əlavə olunur: məktub – 1 vərəq
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: BR Ətraf mühit və Su Nazirliyindən Səfirliyə daxil olmuş məktuba dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin müavini
cənab M.Məmməd-Quliyevə
Hörmətli Mahmud müəllim,
Mərkəzin S/32-13464/02/11 saylı, 01.06.2011-ci il tarixli (AR Ekologiya və Təbii Sərvətlər naziri H.Bağırovun Bolqarıstanlı həmkarı N.Karadjovanın ölkəmizə səfərə dəvət etməsinə dair) məktubu ilə əlaqədar bildiririk ki, 13.06.2011-ci il tarixində Səfirliyə BR Ətraf mühit və Su Nazirliyindən AR Ekologiya və Təbii Sərvətlər naziri H.Bağırova ünvanlanmış məktub daxil olmuşdur. Məktubda cari ilin oktyabr ayında Bolqarıstanda keçiriləcək Prezident seçkiləri ilə əlaqədar, BR Ətraf mühit və Su naziri xanım N.Karadjovanın ölkəmizə səfər etməsinin mümkün olmadığı bildirilmiş, eləcə də xanım N.Karadjova tərəfindən AR Ekologiya və Təbii Sərvətlər naziri H.Bağırovun Bolqarıstana səfərə dəvət edilərək, onun (H.Bağırovun) səfərinin cari ilin oktyabr, noyabr, dekabr ayları ərəfəsində həyata keçirilməsinin mümkünlüyünün aydınlandırılması xahiş olunmuşdur.
Bununla yanaşı, məktubda iki ölkə arasında “Ətraf mühitin mühafizəsi” üzrə Hökumətlərarası Saziş layihəsinin diplomatik kanallar vasitəsi ilə yaxın zamanlarda qarşı tərəfə göndəriləcəyi qeyd olunmuşdur.
Qeyd olunan məlumatları, eləcə də AR Ekologiya və Təbii Sərvətlər naziri H.Bağırovun ünvanına daxil olmuş məktubu diqqətinizə təqdim edir və AR Ekologiya və Təbii Sərvətlər naziri H.Bağırovun cari ilin oktyabr, noyabr, dekabr ayları (dəqiq tarixlər göstərilməklə) ərəfəsində Bolqarıstana səfərinin həyata keçirilməsinin mümkünlüyünün araşdırlmasına dair aidiyyatı üzrə göstəriş verməyinizi xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 15.06.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 2 Əlavə olunur: 2 vərəq məktub
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: AR İdman və Gənclər Nairliyi
Məsələyə dair: BR Fiziki sağlamlıq və İdman Nazirliyindən daxil olmuş məktuba dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Səfirliyin SSOF /231/ 11 saylı, 07.06.2011-ci il tarixli (BR Fiziki sağlamlıq və İdman naziri S.Neykovla keçirilmiş görüşə dair) məktubuna əlavə olaraq bildiririk ki, 15.06.2011-ci il tarixində Səfirliyə BR Fiziki sağlamlıq və İdman Nazirliyindən AR İdman və Gənclər naziri A.Rəhimova ünvanlanmış məktub daxil olmuşdur. Məktubda cari ilin 06 iyun tarixində Səfir E.Kərimovla BR Fiziki sağlamlıq və İdman naziri S.Neykov arasında keçirilmiş görüş barəsində məlumat verilərək, görüş zamanı iki ölkə arasında idman sahəsi üzrə əməkdaşlıq imkanlarının müzakirə olunduğu və bu sahədə əlaqələrin inkişaf etdirilməsinin vacibliyinin vurguladığı qeyd olunmuşdur.
Bununla yanaşı, məktubda cari ilin 17-18 sentyabr tarixlərində Bolqarıstanın Plovdiv şəhərində Avarçəkmə idman növü üzrə keçiriləcək Avropa çempionatı barəsində məlumat verilmiş və AR İdman və Gənclər naziri A.Rəhimov Bolqarıstana səfərə dəvət edilərək, bu çempionatın onun Bolqarıstana səfər etməsi üçün yaxşı bir fürsət olduğu qeyd olunmuş və səfər çərçivəsində cənab A.Rəhimovla iki ölkə arasında idman sahəsi üzrə əlaqələrin inkişaf imkanlarının müzakirə ediləcəyi, eləcə də bu sahə üzrə ənənəvi müsbət qarşılıqlı əlaqələrə, birgə fəaliyyət məsələlərinə baxılacağı bildirmişdir.
Qeyd olunan məlumatları, eləcə də AR İdman və Gənclər naziri A.Rəhimovun ünvanına daxil olmuş məktubu diqqətinizə təqdim edir və aidiyyatı üzrə göndərilməsinə dair göstəriş verməyinizi xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
Dostları ilə paylaş: |