AZƏRBAYCAN RESPUBLİKASININ EMBASSY OF THE REPUBLIC OF
BOLQARISTAN RESPUBLIKASINDAKI AZERBAIJAN TO THE REPUBLIC OF
SƏFİRLİYİ BULGARIA
Tel: (359 2) 817 00 70 Fax: (359 2) 817 00 77 E-mail: sefirlik@azerembsof.com
—————————————————————————————————————————
Məlumat üçün bildiririk ki, 30 may 2011-ci il tarixində “28 may Respublika günü” münasibəti ilə Səfirliyimiz tərəfindən Sofiyanın “Şeraton” mehmanxanasında rəsmi qəbul təşkil olunmuşdur. Tədbirdə 300 nəfər qonaq iştirak etmiş və iştirak edən qonaqlar arasında Bolqarıstan Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin, Xalq Məclisinin məsul işçiləri, Azərbaycan-Bolqarıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri və üzvləri, müxtəlif siyasi partiyaların nümayəndələri, tanınmış iş adamları, yerli icra hakimiyyəti başçıları, bələdiyyə sədrləri, aparıcı KİV-nin rəhbərləri və nümayəndələri, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, professor və müəllim heyyətləri, ziyalılar, Bolqarıstanda akreditə olunan diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, həmvətənlilərimiz, Bolqarıstanda təhsil alan Azərbaycan, türk tələbələri, bolqar və türk cəmiyyətlərinin üzvləri və s. şəxslər olmuşlar.
Qəbulda qonaqlara Azərbaycan mətbəxinin təamları ikram edilmiş, ölkəmizlə bağlı sənədli filmlər nümayiş etdirilmişdir. Bununla yanaşı tədbir iştirakçılarına Avrovizion müsabiqəsinin qalibi Eldar və Nigarın ifasında “Running Scared” musiqisi səsləndirilmiş və qalibiyyət sevincini əks etdirən videorolik nümayiş etdirilmişdir.
Sonda qonaqlara ölkəmizin tarixini, mədəniyyətini, iqtisadiyyatını, turizmisini əks etdirən ingilis və bolqar dillərində kitablar, jurnallar, broşural təqdim edilmişdir.
Bununla yanaşı bildirmək istərdik ki, “28 may Respublika günü” ilə əlaqədar Bolqarıstan Respublikasının Kənd təsərrüfatı, Ədliyyə, İdman, Ekologiya nazirləri, Parlamentin xarici siyasət və digər komissiyalarının rəhbərləri o, cümlədən Bolqarıstanın Avropa Parlamentindəki deputatları tərəfindən Səfir E.Kərimovun ünvanına çoxsaylı təbrik məktubları göndərilmişdir.
Hörmətlə,
Səfir E.Kərimov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ, MİNİ, MMXİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 31.05.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
Səhifələrin sayı: 1 Əlavə olunur: 7 ədəd təbrik məktubu
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: “28 may Respublika günü” ilə əlaqədar Səfir E.Kərimovun ünvanına göndərilmiş təbrik məktublarına dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Səfirliyin SSOF/211/11 saylı, 30.05.2011-ci il tarxili məktubuna əlavə olaraq, BR Ədliyyə naziri M.Papova, Fiziki Sağlamlıq və İdman naziri S.Neykov, Ekologiya və Su naziri N.Karadjova, Kənd təsərrüfatı naziri M.Naydenov, Milli Kəşfiyyat Xidmətinin rəisi K.Kirov, İnformasiya təhlükəsizliyi üzrə Dövlət Komissiyasının sədri Ts.Markova və Xalq Məclisinin Xarici siyasət və müdafiə məsələləri üzrə Komissiyanın sədri D.Dimitrov tərəfindən “28 may Respublika günü” ilə əlaqədar Səfir E.Kərimovun ünvanına göndərilmiş təbrik məktublarını diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MİHİ, MBQİ Surəti: SBRS
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 31.05.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 3 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Bolqarıstanın Avropa Parlamentindəki deputatı, BSP partiyasının üzvü, Avronest Assambleyasının prezidenti Kristiyan Vigenin ilə keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin müavini
cənab M.Məmməd-Quliyevə
Hörmətli Mahmud müəllim,
Məlumat üçün bildiririk ki, cari ilin 30 may tarixində Səfir E.Kərimov Bolqarıstanın Avropa Parlamentindəki deputatı, BSP partiyasının üzvü, Avronest Assambleyasının prezidenti Kristiyan Vigenin ilə tanışlıq məqsədi ilə görüş keçirmişdir.
Görüş zamanı cənab K.Vigenin Səfir E.Kərimovu salamlayaraq, tanışlığa görə məmnunluğunu ifadə etmiş və diplomatik fəaliyyətində uğurlar arzulamışdır.
Öz növbəsində Səfir Kərimov xoş sözlərə görə məmnunluğu ifadə etmiş və dost ölkə olan Bolqarıstanla ölkəmiz arasında yüksək səviyyəli münasibətlərdən danışaraq, energetika sahəsi üzrə əlaqərin günü-gündən inkişaf etdiyini bildirmiş və iki ölkə arasındakı əlaqələrin digər - kənd təsərrüfatı, turizm, mədəniyyət, təhsil və s. sahələri üzrə də inkişaf etdirilməsinin zəruriliyini vurgulamışdır. Sonra Səfir E.Kərimov iki ölkə arasında mövcud olan yüksək səviyyəli Parlament əlaqələrindən danışaraq, bu sahədə, həmçinin Bolqarıstanın Avropa Parlamentindəki deputatları ilə münasibətlərin inkişaf etdirilməsində böyük maraq göstərdiyimizi bildirmişdir. Bununla yanaşı, Səfir E.Kərimov Dağlıq Qarabağ münaqişəsi barədə cənab K.Vigeninə ətraflı məlumat verərək, 17 ildən artıq ATƏT-in Minsk qrupu çərçivəsində davam edən danışıqların heç bir nəticə vermədiyini, ermənistanın öz təcəvüzkar siyasətini davam etdirdiyini qeyd etmiş və Aİ-nın münaqişənin həllində daha yaxından iştirak etməsinin zəruriliyini bildirmişdir.
Öz növbəsində cənab K.Vigenin ölkəmiz barəsində ətraflı məlumata malik olduğunu və ölkəmizdə baş verən hadisələri diqqətlə izlədiyini bildirərək, Azərbaycanın öz coğrafi mövqeyi və zəngin enerji resursları ilə regionda strateji ölkə olduğunu eləcə də Bolqarıstan və Aİ üçün önəmli ölkə olduğunu bildirmişdir. Sonra cənab K.Vigenin yaxın zamanlarda ölkəmizə baş tutan səfəri və səfər zamanı keçirilən yüksək səviyyəli görüşləri barədə ətraflı danışaraq, səfərinin məhsuldar olduğunu və AR Milli Məclisi ilə Avronest Assambleyası arasındakı əlaqələrin inkişafına təsir göstərdiyini bildirmişdir. Həmçinin, cənab K.Vigenin rəhbərlik etdiyi Avronest Assambleyası barəsində məlumat verərək, ölkəmizin bu qurum çərçivəsində aktiv fəaliyyətindən və Şərq tərəfdaşlığı proqramı üzrə ölkəmizdə müxtəlif sahələrdə aparılan islahatlardan danışmış və bu islahatların demokratik prinsiplər çərçivəsində daha yüksək səviyyədə aparılacağına ümidvar olduğunu bildirmişdir. Bununla yanaşı, cənab K.Vigenin Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ATƏT-in Minsk qrupu çərçivəsində həllinə tərəfdar olduğunu bildirərək, münaqişənin tezliklə həll ediləcəyinə ümidvar olduğunu qeyd etmişdir. Eyni zamanda cənab K.Vigenin Aİ-nın və Bolqarıstanın ölkəmizlə xüsusi ilə enerji sahəsində əməkdaşlığa böyük maraq göstərdiyini bildirərək, ölkəmizin enerji siyasəti ilə və NABUKKO layihəsində iştirak etmək niyyəti ilə maraqlanmışdır.
Öz növbəsində Səfir E.Kərimov özünə məxsus coğrafi mövqeyə malik olan ölkəmizin energetika siyasətindən danışaraq, Azərbaycanın Bolqarıstana və Aİ-na enerji resurslarını müxtəlif layihələr üzrə (CNG, LNG, AGRİ, İTGİ, NABUKKO) diversifikasiya etməyə maraqlı olduğunu bildirmişdir.
Sonda cənab K.Vigenin Səfir E.Kərimova tanışlığa görə bir daha məmnunluğunu ifadə etmiş və əməkdaşlıq çərçivəsində bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ, MİNİ, MMXİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 31.05.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
Səhifələrin sayı: 1 Əlavə olunur: 7 ədəd təbrik məktubu
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: “28 may Respublika günü” ilə əlaqədar BR Xalq Məclisinin sədr müavini Atanas Atanasov tərəfindən Səfir E.Kərimovun ünvanına göndərilmiş təbrik məktubuna dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Səfirliyin SSOF/211/11 saylı, 30.05.2011-ci il və SSOF/212/11 saylı, 31.05.2011-ci tarixli məktublarına əlavə olaraq, BR Xalq Məclisinin sədr müavini Atanas Atanasov tərəfindən “28 may Respublika günü” ilə əlaqədar Səfir E.Kərimovun ünvanına göndərilmiş təbrik məktubunu diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 01.06.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 2 Əlavə olunur: 1 səhifə
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: BR Xarici İşlər naziri N.Mladenovun Bolqarıstanda akkreditə olunan müsəlman ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə keçirilmiş görüşünə dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Səfirliyin SSOF/210/11saylı, 27.05.2011-ci il tarixli (millətçi “ATAKA” partiyası tərəfindən cümə günü “Banya Başı” məscidi önündə keçirilmiş aksiyaya və baş vermiş insindentə) dair məktubuna əlavə olaraq bildiririk ki, 31.05.2011-ci il tarixində BR Xarici İşlər naziri N.Mladenov Bolqarıstanda akkreditə olunan müsəlman ölkələrinin (Azərbaycan, Türkiyə, Albaniya, İndoneziya, İran, İraq, Əfqanistan, Misir, Əlcəzayir, Yəmən, Küveyt, Liviya, Livan, Mərakeş, Pakistan, Suriya, Sudan, Oman, Fələstin) diplomatik nümayəndəliklərinin rəhbərlərini Xarici İşlər Nazirliyinə dəvət edərək, dəyirmi masa arxasında görüş keçirmişdir. Görüşdə nazir N.Mladenov keçən həftə, cümə günü millətçi “ATAKA” partiyası tərəfindən “Banya Başı” məscidi önündə törədilmiş insindentin təəssüfedici hal olduğunu bildirərək, bu hadisənin ölkə prezidenti, Baş naziri, Parlamenti tərəfindən pislənildiyini qeyd etmiş və baş vermiş insindentin Bolqarıstanla müsəlman ölkələri arasındakı iki tərəfli, çox tərəfli münasibətlərə təsir göstərməyəcəyinə ümidvar olduğunu bildirmişdir. Bununla yanaşı, nazir N.Mladenov görüş iştirakçılarına baş vermiş insindentlə bağlı Parlamentdə qəbul edilmiş tənqidedici bəyannamə barəsində ətralı məlumat verərək, bəyannamənin sürətini görüş iştirakçılarına təqdim etmiş və çıxış üçün onlara söz vermişdir.
Türkiyə Respublikasının Bolqarıstandakı Səfiri İ.Aramaz və bəzi müsəlman ölkələrinin Səfirləri çıxışları zamanı Bolqarıstan dövlətinin hadisə ilə bağlı düzgün mövqeyinə görə təşəkkür etmiş və bu cür insindentin bir daha təkrarlanmayacağına ümid etdiklərini bildirmişlər.
Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 01.06.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 2 Əlavə olunur: 3 vərəq
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: BR Xarici İşlər Nazirliyinin Daimi katibi vəzifəsinə Radi Draqnevin təyin olunmasına dair.
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Məlumat üçün bildiririk ki, 28.05.2011-ci il tarixində BR Xarici İşlər Naziriliyindən nota daxil olmuşdur. Notada Xarici İşlər Nazirliyinin Daimi katibi vəzifəsinə Radi Draqnevin təyin olunmasına dair məlumat verilmiş və cənab R.Dragnevin tərcümeyi halı notaya əlavə edilmişdir.
Həmçinin bildiririk ki, Xarici İşlər Nazirliyində baş vermiş bu vəzifə dəyişikliyi ilə bağlı KİV-də geniş məlumatlar yayılmışdır. Məlumatlarda Xarici İşlər Nazirliyinin sabiq Daimi katibi Maksim Qaytandjiyevin işdən azad olunmasına səbəb kimi mandatının bitməsi və adının təhlükəsizlik xidmətinin sabiq əməkdaşı kimi Dövlət Komissiyyası tərəfindən tərtib olunmuş siyahıda hallanması ilə bağlı olduğu bildirilmişdir.
Qeyd olunan məlumatı və BR Xarici İşlər Nazirliyinin notasını əlavəsi (3 vərəq) ilə birlikdə diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MİHİ, MBQİ Surəti: SBRS
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 03.06.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
Səhifələrin sayı: 2 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Bolqarıstanın Avropa Parlamentindəki deputatı, BSP partiyasının və Avronest Assambleyasının üzvü İlyona Yotova ilə keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin müavini
cənab M.Məmməd-Quliyevə
Hörmətli Mahmud müəllim,
Məlumat üçün bildiririk ki, cari ilin 03 iyun tarixində Səfir E.Kərimov Bolqarıstanın Avropa Parlamentindəki deputatı, BSP partiyasının və Avronest Assambleyasının üzvü İlyona Yotova ilə tanışlıq məqsədi ilə görüş keçirmişdir.
Gürüş zamanı xanım İ.Yotova Səfir E.Kərimovu salamlayaraq, tanışlığa görə məmnunluğunu ifadə etmişdir.
Öz növbəsində Səfir E.Kərimov qarşılıqlı məmnunluğunu ifadə edərək, görüşünün tanışlıq məqsədi daşıdığı bildirmiş və iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərdən bəhs edərək, bu əlaqələrin dərinləş-dirilməsində ölkəmizin maraqlı olduğunu bildirmişdir. Bununla yanaşı, görüş zamanı Səfir E.Kərimov Azərbaycanın Bolqarıstanla energetika sahəsindəki əlaqələrindən, eləcə də bu əlaqələrə Bolqarıstanın xüsusi önəm verməsindən danışmış və ölkəmizin öz enerji resurslarını Bolqarıstana, Aİ-yə diversifikasiya etməyə maraq göstərdiyini bildirmişdir. Eyni zamanda, Səfir E.Kərimov bu müsbət əlaqələrin təkçə energetika sahəsi üzrə deyil, digər - kənd təsərrüfatı, mədəniyyət, turizm sahələri üzrə inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. Bundan əlavə, Səfir E.Kərimov xanım İ.Yotovaya Parlamentlərarası sıx münasibətlərdən danışmış və bu əlaqələrlə yanaşı Avropa Parlamentinin deputatları ilə əlaqələrə xüsusi önəm verdiyimizi bildirmişdir. Sonra Səfir E.Kərimov ölkəmizin ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi barəsində xanım İ.Yotovaya ətraflı məlumat verərək, 17 ildən artıq davam edən nəticəsiz danışıqların regionda sabitliyə təsir göstərdiyini qeyd etmiş və bu istiqamətdə Aİ-nin yaxından iştirakının zəruriliyini bildirmişdir.
Öz növbəsində xanım İ.Yotova ölkəmiz barəsində geniş məlumatlara malik olduğunu və ölkəmizin Bolqarıstan və Aİ üçün önəmli ölkə olduğunu bildirmişdir. Bununla yanaşı xanım İ.Yotova üzvü olduğu 4 Avropa Komissiyası və Avronest Assambleyası barəsində ətraflı danışaraq, Assambleya çərçivəsində ölkəmizdən millət vəkilləri ilə sıx təmaslarda olduğunu bildirmişdir və onların aktiv fəaliyyəti barədə məlumat vermişdir. Həmçinin xanım İ.Yotova Şərq tərəfdaşlığı proqramı çərçivəsində üzv olan ölkələrlə aparılan işlərdən və ölkəmizin proqram çərçivəsindəki fəaliyyətindən danışaraq, üzv ölkələrdə hələ də bir sıra –insan hüquqları, media və.s sahələrlər üzrə islahatların aparılmasının vacibliyini vurğulamışdır.
Sonda Səfir E.Kərimov Avropa Parlamentində Azərbaycan Dostları qrupu barədə danışaraq, İ.Yotovanı qrupa üzv olmağa dəvət etmiş və ikitərəfli, çoxtərəfli əlaqələrin qurulması istiqamətində Səfirliyimizin daim köməklik göstərməyə hazır olduğunu qeyd edərək, əməkdaşlıq çərvisəində tez-tez bu cür görüşlərin keçiriləcəyinə ümidavar olduğunu bildirmişdir.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 06.06.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 3 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: AR Təhsil Nazirliyi
Məsələyə dair: BR Təhsil, Gənclər və Elm naziri Serqey İqnatevlə keçirilmiş görüşə dair.
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Məlumat üçün bildiririk ki, cari ilin 06 iyun tarixində Səfir E.Kərimov BR Təhsil, Gənclər və Elm naziri Serqey İqnatevlə tanışlıq məqsədi ilə görüş keçirmişdir.
Görüş zamanı cənab S.İgnatev Səfir E.Kərimovu salamlayaraq, tanışlığa görə məmnunluğunu ifadə etmişdir.
Öz növbəsində Səfir E.Kərimov cənab S.İgnatevə qarşılıqlı məmnunluğunu ifadə edərək, iki ölkə arasında yüksək səviyyəli münasibətlərdən danışmış və bu əlaqələrin daha da inkişaf etdirilməsində ökəmizin maraqlı olduğunu bildirmişdir. Sonra energetika sahəsində sıx əlaqələrdən danışan Səfir E.Kərimov, bu müsbət əlaqələrin qeyri-enerji sektoru üzrə də yaradılmasının və inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. Həmçinin Səfir E.Kərimov iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsinin böyük önəm kəsb etdiyini bildirərək, bu əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə qarşılıqlı birgə tədbirlərin həyata keçirilməsinin, təcrübə mübadilələrin aparılmasının, qarşılıqlı səfərlərin təşkil edilməsinin, iki qurum arasında əməkdaşlıq haqqında Sazişin imzalanmasının zəruri olduğunu bildirmişdir. Bununla yanaşı, Səfir E.Kərimov spesifik sahələr üzrə – energetika, tikinti, şərqsünaslıq elmləri üzrə tədris verən Azərbaycan Neft Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan İnşaat Universiteti həmçinin digər təhsil müəssisələri barəsində ətraflı məlumat verərək, bu təhsil müəssisələrdə bolqar tələbələrinin təhsil alma imkanları barədə danışmış və bu istiqamətdə ölkəmizin lazımi köməklik göstərməyə hazır olduğu qarşı tərəfə bildirmişdir. Həmçinin Səfir E.Kərimov cənab S.İgnatevə Azərbaycan Milli Elmlər Akademiyası və Bolqarıstan Elmlər Akademiyası, Bakı Slavyan Universiteti və Sofiya Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası və BR XİN-nin Diplomatik İnstitutu arasındakı müsbət əlaqələrdən bəhs etmiş və bu yüksək səviyyəli əlaqələrin digər təhsil müəssisələri arasında da yaradılması üçün müvafiq işlərin aparılması barədə məlumat vermişdir.
Öz növbəsində cənab S.İgnatev dost ölkə olan Azərbaycan barəsində zəngin məlumatlara malik olduğunu və xalqlarımız arasında tarixi köklərə söykənən müsbət əlaqələrin mövcud olduğunu bildirərək, bu əlaqələrin günü-gündən daha yüksək səviyyədə inkişaf edəcəyinə əmin olduğunu bildirmişdir. Sonra cənab S.İgnatev iki ölkə arasında müxtəlif sahələrlə yanaşı, təhsil sahəsində də münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini bildirərək, bu əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətindən danışmış və ölkəsinin də təhsil sahəsində Azərbaycanla əlaqələrinin yüksək səviyyəyə çatdırılmasında maraqlı olduğunu bildirmişdir. Bununla yanaşı, cənab S.İgnatev Bolqarıstanda mövcud olan ali təhsil müəssisələri barəsində məlumat verərək, Azərbaycan tələbələrinin bu Universitetlərdə təhsil almasını təklif etmiş və Bolqar tələbərinin ölkəmizdə spesifik sahələr üzrə - energetika, şərgşünaslıq elmləri üzrə təhsilə cəlb edilməsində ölkəsinin maraqlı olduğunu bildirərək, qarşılıqlı tələbə mübadiləsinin hər iki ölkə üçün faydalı olacağını qeyd etmişdir. Həmçinin S.İgnatev iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanmasına hazır olduğu bildirərək, bu Sazişin təhsil sahəsində əlaqələrin inkişafına böyük təsir göstərəcəyini qeyd etmiş və Saziş çərçivəsində kvota hesabına ödənişsiz şərtlərlə qarşılıqlı tələbə mübadiləsinin həyata keçirilməsinin imkanları barədə məlumat verərək, bu Saziş layihəsinin tərtib edilməsi üçün Azərbaycanın təhsil sistemi barəsində məlumatın onlara təqdim edilməsini xahiş etmişdir. Bundan əlavə cənab S.İgnatev Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alınmasına dair dövlət proqramı barəsində maraqlanmış və ölkəmizdə hər il keçirilən təhsil yarmarkalarında Bolqarıstan Universitetlərinin iştirak etməsi üçün qabaqcadan məlumatların verilməsini xahiş etmişdir.
Sonda Səfir E.Kərimov görüş barədə məlumatın Azərbaycan tərəfinə bildiriləcəyini qeyd edərərək, əməkdaşlıq çərçivəsində bu cür görüşlərin tez-tez keçiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Qeyd olunan məlumatları diqqətinizə təqdim edir və iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş layihəsinin Bolqarıstan tərəfindən tərtib edilməsi üçün Azərbaycanın təhsil sistemi barəsində məlumatın AR Təhsil Nazirliyindən əldə edilərək, Səfirliyimizə göndərilməsinə dair göstəriş verməyinizi xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 07.06.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Dostları ilə paylaş: |