Çıxış nömrəsi: ssof/ /09 Tarix: 31. 07. 09 Sənəd necə göndərilir



Yüklə 13,38 Mb.
səhifə23/32
tarix06.09.2017
ölçüsü13,38 Mb.
#29098
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MİƏİ, MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 01.04.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt*

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 2 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Bolqarıstanın Sandanski, Velinqrad və Xisar şəhərləri ilə əməkdaşlığa dair təkliflər barədə
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini M.Məmməd-Quliyevə

Hörmətli Mahmud müəllim,


Bildiyiniz kimi, Bolqarıstan Respublikası Şərqi Avropada və Balkan bölgəsində inkişaf etmiş yay və qış turizm kompleksləri ilə tanınır. Bununla yanaşı Bolqarıstan müalicəvi mineral suları ilə turistlər üçün tibbi istirahət imkanlarını yaradan yüksək səviyyəli istirahət kompleksləri ilə də regionda məşhur sayılır.

Müalicəvi xarakterli bu istirahət mərkəzləri əsasən ölkənin Cənub və Şimal Qərb bölgəsində Sandanski, VelinqradXisar şəhərlərində yerləşir.


Sandanski şəhəri ölkənin Cənub Qərbində, Pirin dağlarının ətəyində dəniz səviyyəsindən 224 metr hündürlükdə, Sofiya şəhərindən 157 kilometr uzaqlıqda, Bolqarıstanın Yunanıstanla cənub sərhədi ərazisində yerləşir. Şəhər əhalisinin sayı 29.055 nəfər təşkil edir.
1948-ci ildə Kamenitsa, Çepino, Ledejne kəndlərinin birləşməsi ilə yaranan Velinqrad şəhəri Bolqarıstanın Cənubunda, Pazarjik vilayətində, Sofiyadan 131 kilometr aralıda yerləşir. Şəhər əhalisinin sayı 25.647 nəfər təşkil edir.
Xisar şəhəri ölkənin Cənub Qərbində, Plovdiv vilayətində, Sofiya şəhərindən 176 kilometr aralıda yerləşir. Şəhər əhalisinin sayı 7.660 nəfər təşkil edir.
Ölkədə tibbi turizm mərkəzləri kimi tanınan və 80–dən çox müalicəvi xarakterli mineral su ocaqları qaynayan hər üç şəhərdə müxtəlif müalicə növləri üzrə yüksək səviyyəli xidmətlərə malik çox sayda yeni tibbi istirahət mərkəzləri fəaliyyət göstərir. Bu istirahət mərkəzlərindəki yüksək keyfiyyətlər və ucuz, əlverişli ödəmə şərtləri turistlərin marağını cəlb edir və turist axının sayını ildən-ilə artırır. Bu da öz növbəsində şəhər iqtisadiyyatının inkişafına böyük təsir göstərir.

Yuxarıda qeyd olunanları və ölkə rəhbərimizin turizmin inkişafına xüsusi qayğısını nəzərə alaraq, aşağıda qeyd olunan istiqamətlər üzrə müvafiq işlərin görülməsini məqsədəuyğun hesab edirik.




  1. Bolqarıstanın qeyd olunan şəhərlərini nümunə götürərək, tibbi turizm üzrə ölkəmizlə Bolqarıstan Respublikası arasında təcrübə mübadiləsinin aparılması;




  1. Qeyd olunan şəhərlərlə ölkəmizin müvafiq şəhərləri arasında qardaşlaşmış əlaqələrin qurulması

Bununla əlaqədar, qeyd olunan məlumatların AR Mədəniyyət və Turizm Nazirliyinə və digər qurumlara göndərilməsi üçün göstəriş verməyinizi xahiş edirik.


Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 31.03.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün: AR Məclisi
Məsələyə dair: Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri T.Tsaçevanın Gürcüstan Respublikasına rəsmi səfəri
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,


Məlumat üçün bildiririk ki, Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri T.Tsacheva və rəhbərlik etdiyi nümayyəndə heyyəti cari ilin 28-29 mart tarixlərində həmkarı Gürcüstan Respublikasının Parlamentinin sədri D.Bakradzenin dəvəti ilə Gürcüstan Respublikasında rəsmi səfərdə olmuşlar.

Bolqarıstan Parlamentinin rəsmi internet saytında yayılan məlumatlara görə, səfərin ilk günü BR Xalq Məclisinin sədri xanım T.Tsaçeva ilə Gürcüstan Parlamentinin sədri D.Bakradze arasında geniş tərkibli görüş keçirilmişdir. Görüş zamanı iki ölkə arasında iki tərəfli, çox tərəfli münasibətlər, regional təhlükəsizlik məsələləri, turizm, mədəniyyət, ticarət əlaqələri müzakirə edilmişdir. Müzakirələrin əsas mövzusu isə Parlamentlərarası əlaqələrin genişlənməsi, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması, energetika sahəsində əməkdaşlıq məsələləri olmuşdur. Xanım T.Tsaçeva müzakirələr zamanı qarşı tərəfə Gürcüstan dövlətinin iqtisadi baxımdan Bolqarıstan üçün vacib strateji, tərəfdaş ölkə olduğunu bildirərək, son illərdə iki ölkə arasında iqtisadi-ticari əlaqələrinin uğurla inkişaf etdiyini vurğulamış və iki ölkə arasında ticarət dövriyyəsində 2009-cu illə müqayisədə 2010-cu ildə 50 milyon ABŞ dolları dəyərində artımın müşahidə olunduğunu qeyd edərək, dövriyyə həcminin 400 milyon ABŞ dollarına çatdığını bildirmişdir.

Həmçinin xanım T.Tsaçeva Gürcüstanın Aİ və NATO ilə uğurlu əməkdaşlığına yüksək qiymət verdiyini bildirərək, Gürcüstanın Aİ ilə Assosasiya Sazişi üzrə danışıqları və Şərq tərəfdaşlığının iki tərəfli çoxtərəfli aspektləri çərçivəsində əməkdaşlıqda ölkəsinin lazımı köməklik göstərməyə hazır olduğunu bildirmişdir.

Bununla yanaşı, tərəflər iki ölkə arasında münasibətlərin inkişafında yüksək səviyyəli Parlamentlərarası əlaqələrin böyük rolundan danışaraq, bu əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirmişlər.

Görüşdən sonra həmkarların iştirakı ilə Bolqarıstanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi ilə Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi arasında “Birbaşa hava əlaqələrinin yaradılması haqqında Memorandum” imzalanmışdır.

Saytda qeyd olunan məlumatlara görə səfərin ikinci günü BR Parlamentinin sədri T.Tsaçeva Gürcüstanın Patriarxı II İlya ilə görüşərək, ona öz dərin hörmət və ehtiramını bildirmiş və onun Xristian aləmindəki dini fəaliyyətinə yüksək qiymət verdiyini qeyd edərək, Bolqarıstanın dini lideri Patriarx Maxsim tərəfindən ünvanlanmış məktubu diqqətinə təqdim etmişdir.


Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 05.04.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 2 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Bolqarıstanın ictimai-siyasi həyatında son zamanlar baş vermiş hadisələrə dair məlumat

Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,
Məlumat üçün bildiririk ki, son zamanlar ölkədə elektrik, istilik sistemi, yanacaq və ərzaq məhsullarında qiymətlərin qalxması eləcə də kənd təsərrüfatı sahəsinə ayrılan subsidiyaların hökumət tərəfindən azaldılması halları ictimaiyyət arasında böyük narazılıqlarla qarşılanmış və son 2 ay ərzində hökumətə qarşı çox saylı etiraz aksiyalarının keçirilməsinə gətirib çıxartmışdır. Müxalif qüvvələrin dəstəyi ilə keçirilmiş aksiyalarda iştirakçılar hökumətin bütün sahələrdəki uğursuz siyasətini tənqid edərək, əhalinin sosial iqtisadi vəziyyətinin günü-gündən ağırlaşdığını, korrupsiyanın inflyasiyanın, işsizliyin artdığını bildirmiş və hökumətin müdafiə, təhlükəsizlik, energetika sahələrindəki səhv addımlarını eləcə də Şengen Avrozonaya daxil olması istiqamətində fəaliyyətlərini pisləyərək, hökumətin istefa verməsini tələb etmişlər.
Bildiririk ki, ölkənin ictimai-siyasi həyatında son zamanlar baş vermiş bu hadisələr hakimiyyətdə olan Gerb partiyasının nüfuzunun zəifləməsinə və ictimaiyyət arasında etimadının düşməsinə səbəb olmuşdur. “Alfa Riserç” exitpol təşkilatının əhali arasındakı son sorğu hesablamalarına görə hakim Gerb partiyası siyahıda 34 % -lik etimad göstəriciləri ilə liderliyini qorusa da keçən illə müqayisə də etimadının 15 % düşdüyü, sabiq hökumətdə olan Bolqarıstan Sosialistlər Partiyasının isə etimad göstəricilərinin 10 % qalxdığı və 28% təşkil etdiyi bildirilir. Yerli müşahidəçilər bu cür göstəricilərin davam edəcəyi təqdirdə, hakim Gerb partiyasının Prezident seçkilərində məğlub olma ehtimalını bildirərək, bu halın gələcək Parlament seçkilərinə də öz təsirini göstərəcəyini qeyd etmişlər.
Eyni zamanda bildirmək istərdik ki, indiyədək heç bir partiya tərəfindən cari ilin oktyabr-noyabr aylarında keçiriləcək Prezident seçkilərində konkret namizədin iştirakı ilə bağlı bəyanat verilməmişdir. KİV-də yerli müşahidəçilər tərəfindən namizədlərlə bağlı verilmiş komentariyaların bəzilərinin isə yanlış olduğu üzə çıxmışdır. Belə ki, yerli müşahidəçilərin Prezident seçkilərində Gerb partiyasından Avrokomissar K.Qeorqiyevanın və BSP-dən avrodeputat, sabiq Xarici İşlər naziri İ.Kalfinin qeyd olunan partiyalar tərəfindən namizədliklərinin verilməsi ehtimalları boşa çıxaraq, tərəflərindən iştirak etməyəcəkləri bildirilmişdir. Bununla yanaşı, Prezident G.Pırvanov “Trud” qazetinə müsahibəsi zamanı ABV hərəkatının (Prezident tərəfindən yaradılmış yeni hərəkat) bu seçkilərdə iştiraka hazır olmadığını qeyd edərək, bu hərəkatın gələcək (2013-cü ildə) parlament seçkilərində iştirak edəcəyini bildirmişdir.

Həmçinin KİV-də tez-tez müxtəlif siyasi partiyalardan Prezident seçkilərində iştirak etməsi ehtimal olunan yeni-yeni namizədlərə də rast gəlinməkdədir. Bu namizədlər arasında hazırda ən çox hakim Gerb partiyasından Parlamentin sədri T.Tsaçevanın və NDSV (İkinci Simeon Milli hərəkat partiyası) partiyasından sabiq Avrokomissar M.Kunevanın adları hallanmaqdadır.


Qeyd olunan məlumatları diqqətinizə təqdim edir və bildiririk ki, Səfirlik tərəfindən bu hadisələr diqqətlə izlənməkdədir və hər hansı hal baş verəcəyi təqdirdə Mərkəzə məlumat veriləcəkdir.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 06.04.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 2 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Xalq Məclisinin Bolqarıstanın xarici ölkələrdəki 35 diplomatik nümayəndəliyinin başçısının geri çağırılması ilə bağlı qərarının icrasından Prezdent G.Pırvanovun imtina etməsinə dair.
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,

Səfirliyin SSOF/022/11 saylı, 19.01.2011-ci il tarixli məktubuna əlavə olaraq bildiririk ki, Bolqarıstan Hökumətinin müraciəti əsasında Xalq Məclisinin Bolqarıstanın xarici ölkələrdəki 35 diplomatik nümayəndəliyinin başçısının geri çağırılmasına dair Prezident Administrasiyasına ünvanlanmış qərarının icrasına Prezident G.Pırvanov tərəfindən ötən həftə münasibət bildirmişdir. KİV-də qeyd olunan məlumatlara görə G.Pırvanov müraciətdə qeyd olunan Səfirlərin hər birinin şəxsi işlərinin şəxsən incələdiyini və onların qüsursuz fəaliyyətlərini, iş təcrübələrini eləcə də iş fəaliyyətlərinin akkreditə olunduqları dövlətlər tərəfindən yüksək qiymətləndirildiklərini qeyd edərək, təqdim olunmuş 35 nəfər Səfirin (hamısının) geri çağırılmasına heç bir əsasın olmadığını bildirmiş və Parlament qərarının icrasından imtina etmişdir.
Xatırlatmaq istərdik ki, Bolqarıstanın xarici ölkələrdəki 35 diplomatik nümayəndəliyinin başçısının geri çağırılması ilə bağlı Hökumətin 29.12.2011-ci il tarixli Prezident Administrasiyasına müraciətinə 19.01.2011-ci il tarixində Prezident G.Pırvanov münasibət bildirərkən, təqdim olunmuş 35 nəfər Səfirdən 21-nin mandatının bitməsi və pensiya yaş həddinə çatması ilə bağlı geri çağırılması üçün lazımi tədbirlərin görülməsinə hazır olduğunu bildirmişdir.
KİV-də yayılan məlumatlara görə Prezident G.Pırvanovun Parlamentin qərarından imtina etdikdən sonra 06.04.2011-ci il tarixində Hökumət geri çağırılması nəzərdə tutulan 35 nəfər Səfirdən 13-nün (Gürcüstan, Belarus, Rumıniya, Yunanıstan, Serbiya, Almaniya, İsveç, Litva, Çin, Bosniya və Herseqovina, Makedoniya, BMT və YUNESKO) məsləhətləşmələrlə bağlı cari ilin may ayının 01-nə qədər uzun müddətə geri çağırılmasına dair qərar verdiyi bildirilmişdir.
Yerli müşahidəçilər Prezidentin bu addımını, dinləmə siyasəti ilə bağlı Prezident Administrasiyası və Hökumət arasında yaranmış növbəti qarşıdurmalarla əlaqələndirərək, Hökumətinin nüfuzunu zəiflətmək və daha çox tərəfdaş əldə etmək məqsədi ilə Prezident G.Pırvanov tərəfindən qəsdən edildiyini bildirmişlər.
Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov


AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 07.04.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 4 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Bolqarıstanla Avropa İttifaqı arasında əlaqələrə dair arayış .
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,


Bununla, Səfirliyin üçüncü katibi E.Məmmədov tərəfindən hazırlan-mış Bolqarıstanla Avropa İttifaqı arasında əlaqələrə dair arayışı diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov

AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: DKX Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 13.04.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

Səhifələrin sayı: 1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili * Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məsələyə dair: Diplomatik kuryer xidmətinin əməkdaşlarının ezamiyyəti ilə bağlı müraciət

Diplomatik Kuryer Xidmətinin

Şöbə rəisi cənab E.Novruzova

Hörmətli Elmar müəllim,


Məlumat üçün bildiririk ki, cari ilin 30 may tarixində Səfirliyimiz tərəfindən “28 may Respublika Günü” ilə əlaqədar tədbir keçirilməsi nəzərdə tutulur. Qeyd olunan tədbirdə tərəfimizdən qonaqlara təqdim ediləcək Azərbaycan şirniyyatının nümunələrinin Səfirliyimizə gətirilməsi üçün diplomatik kuryer xidmətinin əməkdaşlarının cari ilin 25-27 may tarixləri ərəfəsində ilk olaraq Bolqarıstana ezam edilməsi məsələsində köməklik göstərməyinizi xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MKAD Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 13.04.11

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:

Məlumat verilməsi üçün:
Məsələyə dair: Səfirliyin əməkdaşlarının əmək məzuniyyəti ilə bağlı

Xarici İşlər Nazirliyinin

Kadrlar və ixtisasartırma

idarəsinin rəisi E.Sarıcalinskayaya

Hörmətli Elmira xanım,
Cari ildə Səfirliyimizin əməkdaşlarına veriləcək əmək məzuniyyəti ilə əlaqədar, onlar üçün qanunvericiliklə nəzərdə tutulan əmək məzuniyyətinin günləri barədə Səfirliyimizə məlumat verilməsini xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov





AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MBQİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 14.04.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün: Nazir müavini X.Xələfov
Məlumat verilməsi üçün: AR Milli Məclisinə
Məsələyə dair: Hüquq və Azadlıqlar naminə Hərəkat partiyası daxilində gedən siyasi çəkişmələrə dair
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,


Səfirliyin SSOF/016/11, 14.01.2011-ci tarixli məktubuna əlavə olaraq bildiririk ki, son zamanlar Hüquq və Azadlıqlar naminə Hərəkat (HAH) partiyasının (əsasən türklərin təmsil olunduğu) daxilində yaranmış siyasi çəkişmələr (sabiq sədr müavini K.Dalın istefasından sonra) hələ də davam etməkdədir və partiya daxilində parçalanma halları müşahidə olunmaqdadır. Belə ki, son zamanlar KİV-də HAH partiyasının Gənclər Birliyinin sədri, millət vəkili Korman İsmayılov tərəfindən partiyanın sabiq sədr müavini, millət vəkili K.Dala dəstək verməsi və K.Dalın 10.04.2011-ci il tarixində Tırqovişte şəhərində seçiciləri ilə görüşü zamanı K.İsmayılovun onu müşaiyyət etməsi hallarına, həmçinin bu hadisə ilə bağlı HAH partiyasının sədri Əhməd Doğanın K.İsmayılovu seçim qarşısında qoyaraq, onun ya partiyaya, ya da K.Dala xidmət etməsinin tələb etməsi və K.İsmayılova mövqeyinin bildirilməsi üçün 7 gün müddətində möhlət verməsi kimi məlumatlara rast gəlinməkdədir.

KİV-də qeyd olunan məlumatlara görə bu hadisələr partiya daxilindəki siyasi çəkişmələri daha da artırmış və tərəfdaşlar arasında müxtəlif mövqelər üzrə bölünmələrə səbəb olmuşdur.

HAH partiyasının nümayəndələri tərəfindən KİV-ə verilən müsahi-bələrdə partiyanın gənclər bölməsində böyük rol oynayan K.İsmayılovun bu cür mövqe göstərməsinin anlaşılmayan addım hesab olunduğunu və onun partiya sıralarını tərk edəcəyi halda, partiyanın gənclər qanadının böyük itki verəcəyini bildirmişlər.
Bu hadisələrlə bağlı, indiyənədək millət vəkili K.İsmayılov tərəfindən açıqlanma verilməsə də, KİV-də yerli müşahidəçilər K.Dalın tərəfdaşı olan K.İsmayılovun son zamanlar bu cür mövqe göstərməsini partiyanı parçalamaq məqsədi ilə K.Dalın təpkisi ilə, qabaqcadan planlaşdırılmış şəkildə edildiyini və yaxın zamanlarda partiya daxilində bu cür növbəti halların baş vermə ehtimalının gözlənildiyini bildirmişlər.
Həmçinin qeyd etmək istərdik ki, millət vəkili K.Dalın 10.04.2011-ci il tarixində Tırqovişte şəhərində seçiciləri ilə görüşü zamanı, seçicilərə yaxın zamanlarda siyasi səhnəyə ya yeni partiya, ya da birlik kimi çıxacağını və bu qurumun gələcəkdə ölkədə keçiriləcək seçkilərdə (cari ildə keçiriləcək Prezident seçkiləri istisna olmaqla) iştirak edəcəyini bildirmişdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.

Hörmətlə,


Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ,MHMİ Surəti: MTAİ

Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 14.04.2011

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün:
Məsələyə dair: “Müqəddəs Kiril və Mefodi adına Kitabxanın” direktoru xanım Daryana Xristova ilə keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,


Məlumat üçün bildiririk ki, cari ilin 14 mart tarixində Səfir E.Kərimov “Müqəddəs Kiril və Mefodi adına Kitabxananın” direktoru xanım Daryana Xristova ilə görüşmüşdür. Görüş zamanı xanım D.Xristova Səfir E.Kərimovu salamlayaraq, tanışlığa görə məmnunluğunu ifadə etmişdir.

Öz növbəsində Səfir E.Kərimov qarşılıqlı məmnunluğunu ifadə edərək, əməkdaşlıq çərçivəsində bu cür görüşlərin tez-tez keçiriləcəyinə ümidvar olduğunu bildirmişdir. Sonra Səfir E.Kərimov ölkəmizin Bolqarıstanla mövcud olan müxtəlif sahələr üzrə yüksək səviyyəli əlaqələrindən danışaraq, iki ölkə arasında elm-təhsil sahəsi üzrə də münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. Bununla yanaşı, Səfir E.Kərimov xanım D.Hristovaya ölkəmizdə elmin, təhsilin inkişafına xüsusi dövlət qayğısından, elm-təhsil sahəsi üzrə Dövlət proqramından bəhs edərək, və ölkəmizin Bolqarıstanla elm və təhsil sahəsi üzrə yüksək səviyyəli əlaqələrin qurulması çərçivəsində “Müqəddəs Kiril və Mefodi Kitabxanası” ilə əməkdaşlıq edilməsinin zəruriliyini bildirərək, bu qurumlar arasında təcrübə mübadiləsinin aparılmasının, qarşılıqlı səfərlərin təşkil edilməsinin, müxtəlif nəşrlərin mübadilə edilməsinin və tərəflər arasında əməkdaşlıq haqqında Sazişin imzalanmasının vacib olduğunu qeyd etmişdir.

Öz növbəsində xanım D.Xristova Səfir E.Kərimova xalqlarımız arasında tarixi və mədəni köklərə söykənən əlaqələrin mövcud olduğunu qeyd edərək, ölkəmiz barəsində xoş təsuratlara malik olduğunu, 2004-cü ildə Prezident G.Pırvanovun səfəri zamanı nümayyəndə heyyətinin tərkibində Azərbaycana səfər etdiyini və səfər çərçivəsində M.F.Axundov adına Kitabxanasına və Slavyan Universitetinə baş çəkdiyini bildirmişdir. Sonra rəhbərlik etdiyi qurumun tarixindən və kitabxanada mövcud olan qədim tarixlərə (XI-XII əsrlər) söykənən əlyazmalar, nəşrlər barədə ətraflı danışaraq, “Müqəddəs Kiril və Mefodi Kitabxanasının” da “M.F.Axundov adına Kitabxana” ilə əməkdaşlığa maraqlı olduğunu eləcə də, qurumlar arasında əməkdaşlıq haqqında Sazişin imzalanmasına hazır olduğunu bildirmiş və əməkdaşlıq haqqında Saziş layihəsini Səfir E.Kərimova təqdim etmişdir.

Öz növbəsində Səfir E.Kərimov ölkəmiz barəsində xoş sözlərə görə xanım D.Xristovaya təşəkkür etmiş və Azərbaycan həqiqətlərini əks etdirən kitab, jurnal və broşuraları qarşı tərəfə təqdim etmişdir.

Sonda xanım D.Xristova Səfir E.Kərimova bir daha tanışlığa görə məmnunluğunu ifadə edərək, qurumlar arasında yüksək səviyyəli əlaqələrin yaradılmasında və inkişaf etdirilməsində birgə səy göstərəcəklərinə ümidvar olduğunu bildirmiş və kitabxana tərəfindən hazırlanmış nəşrləri təqdim edərək, ünvan sahiblərinə (ölkəmizdə) çatdırılmasında yardımçı olmasını xahiş etmişdir.

Yuxarıda qeyd olunan məlumatları, Saziş layihəsini və bağlamaları diqqətinizə təqdim edir və onların ünvan sahiblərinə çatdırılması üçün göstəriş verməyinizi xahiş edirik.


Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: F.Köçərli




Yüklə 13,38 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin