AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MTPİ, MBQİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 21.07.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi Təcili * Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Mərkəzin S/10-17376/04/11 saylı (BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüklə bağlı dəstək) məktubu ilə əlaqədar, BR Xarici İşlər Nazirliyində keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab A.Əzimova
Hörmətli Araz müəllim,
Mərkəzin S/10-17376/04/11 saylı, 15.07.2011-ci il tarixli (BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüklə bağlı dəstək) məktubu ilə əlaqədar, BR Xarici İşlər Nazirliyinin BMT və qlobal məsələlər üzrə idarəsinin rəisi Lyubomir İvanovla görüş keçirilmişdir.
Görüş zamanı cənab L.İvanovu ilk öncə Səfir E.Kərimovu salamlayaraq, tanışlığa görə məmnunluğunu ifadə etmişdir.
Öz növbəsində Səfir E.Kərimov səmimi qəbula görə təşəkkür etmiş və iki ölkə arasında inkişaf edən yüksək səviyyəli münasibətlərdən danışmışdır.
Sonra iki ölkə arasında energetika sahəsində inkişaf etmiş əlaqələrin digər qeyri-enerji sahələrinə də yönəldilməsinin zəruru olduğunu bildirmiş və ölkəmizin Bolqarıstanla qeyri-enerji sahələri üzrə əməkdaşlığa maraqlı olduğunu bildirmişdir.
Bundan əlavə, Səfir E.Kərimov ölkəmizin daxili və xarici siyasəti, energetika siyasəti, ölkəmizin sosial-iqtisadi inkişafı, eləcə də Dağlıq Qarabağ münaqişəsi barəsində qarşı tərəfə ətraflı məlumat vermişdir.
Daha sonra görüşünün əsas məqsədini açıqlayan Səfir E.Kərimov, 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüklə bağlı keçiriləcək seçkilərdə ölkəmizin də namizədliyinin irəli sürüldüyünü bildirmiş və bunun ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. Bununla yanaşı, iki ölkə arasında inkişaf edən yüksək səviyyəli əlaqələri nəzərə alaraq, Beynəlxalq Ədalət Məhkəməsinə Bolqarıstandan olan Dr.Tsevetana Kamenovanın namizədliyinin Azərbaycan tərəfindən dəstəklənməsi qarşılığında, Bolqarıstanın da qarşılıqlı olaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüklə bağlı keçiriləcək seçkilərdə ölkəmizə dəstək verməsini xahiş etmiş və bununla bağlı ölkə rəhbərimiz cənab İ.Əliyevin həmkarı cənab G.Pırvanova ünvanlanmış müraciətini qarşı tərəfə təqdim etmişdir.
Öz növbəsində cənab L.İvanov ölkəmizdə səfərdə olduğunu, səfər çərçivəsində nümayyəndə heyyətinin tərkibində ölkə başçımızla və digər yüksək vəzifəli şəxslərlə görüşlərdə iştirak etdiyini və ölkəmizlə bağlı xoş təsurratlara malik olduğunu bildirmişdir.
Bununla yanaşı, cənab L.İvanov iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirərək, ölkəmizin Bolqarıstan üçün böyük əhəmiyyət kəsb etdiyini və ölkəsinin Azərbaycanla əlaqələrinə xüsusi diqqət yetirdiyini bildirmişdir.
Sonra cənab L.İvanov BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyün ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini yaxşı başa düşdüyünü qeyd edərək, bu istiqamətdə daha əvvəldən müvafiq işlərin aparılmasını zəruri olduğunu hesab etmiş və Bolqarıstanın da 2018-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüklə bağlı keçiriləcək seçkilərdə namizədliyini irəli sürəcəyini bildirərək, bu istiqamətdə təbliğat-təşqivat kampaniyasına artıq indidən başladıqlarını qeyd etmişdir.
Daha sonra cənab L.İvanov qeyd olunan seçkilərdə 3 nüfuzlu rəqib dövlətlərin –Azərbaycanın, Sloveniyanın və Macarıstanın iştirak etdiyini bildirərək, böyük təəssüf hissi ilə, hələ 2007-ci ildən bu seçkilərə namizədliyinin dəstəklənməsi ilə bağlı, Bolqarıstana müraciət edən Sloveniya dövlətinə, ölkəsinin yazılı olaraq dəstək verəcəyi ilə bağlı öhdəlik götürdüyünü bildirmişdir.
Bununla bağlı, ölkəsinin mövqeyinin dəyişdirilməsinin mümkün olmadığını bir daha təəssüflə qeyd etmişdir.
Bununla yanaşı, cənab L.İvanov bizim müraciətimizi rəhbərliyinə çatdıracağını və gələcək seçkilərdə Bolqarıstanın ölkəmizə qarşı pozitiv mövqe göstərməyə çalışacağlarını qeyd etmişdir.
Sonda Səfir E.Kərimov səmimi qəbula görə təşəkkürünü bildirmiş və əməkdaşlıq çərçivəsində mütəmadi olaraq bu cür görüşlərin keçiriləcəyinə ümid etdiyini bildirmişdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ ,MİƏİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 27.07.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: AR Dövlət Əmlak Komitəsinin sədri K.Həsənovun Bolqarıstana işgüzar səfərinə dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Məlumat üçün bildiririk ki, cari ilin 18 iyul tarixində AR Dövlət Əmlak Komitəsinin sədri K.Həsənov həmkarı - BR Özəlləşdirmə və Özəlləşdirmədən sonra Nəzarət Agentliyinin direktoru Emil Karanikolovun dəvəti ilə Bolqarıstanda işgüzar səfərdə olmuşdur.
Səfər zamanı ilk öncə cənab K.Həsənovla həmkarı E.Karanikolov arasında görüş keçirilmiş və görüş zamanı tərəflər arasında əməkdaşlıq məsələləri, iki ölkə arasında Özlələşdirmə sahəsində imzalanmış Sazişdən irəli gələn məsələlərin icrası vəziyyəti, qarşlıqlı investisiya təşviqi imkanları müzakirə edilmişdir.
Bununla yanaşı, görüşdə həmkarlar arasında iki ölkənin özəlləşdirmə sahəsindəki mövcud təcrübələri bölüşülərək, bu sahədə maraq kəsb edən məsələlərlə bağlı fikir mübadilələri aparılmış və özəlləşdirmə sahəsinin hər iki ölkədə inkişafı istiqamətində müxtəlif sahələr üzrə qarşılıqlı olaraq müvafiq təkliflər verilmişdir.
Sonra proqrama uyğun olaraq, tərəflər arasında görüş nahar formatında davam etdirilmişdir.
Səfər çərçivəsində cənab K.Həsənov, həmçinin BR Kartoqrafiya və Kadastr Agentliyinin İcraçı direktoru Aleksandr Lazanovla da görüşmüşdür.
Görüş zamanı tərəflər qarşılıqlı olaraq hər iki ölkənin kartoqrafiya və kadastr sistemləri barəsində ətraflı məlumat verərək, maraq kəsb edən məsələləri müzakirə etmiş və bu istiqamətdə fikir mübadilələri aparmışlar.
Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Müvəqqəti işlər vəkili N.Əfəndiyeva
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ ,MİHİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 08.08.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: AR Konstitusiya Məhkəməsinin sədr müavini xanım S.Salmanovanın Bolqarıstan Respublikası Konstitusiya Məhkəməsinin yaranmasının 20 illiyinə həsr olunmuş “Konstitusiya nəzarətinin inkişafının klassik və müasir tendensiyaları” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək məqsədi ilə Bolqarıstana səfərinə dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Məlumat üçün bildiririk ki, 29-30 iyul 2011-ci ildə Sofiya şəhərində Bolqarıstan Respublikası Konstitusiya Məhkəməsinin yaranmasının 20 illiyinə həsr olunmuş “Konstitusiya nəzarətinin inkişafının klassik və müasir tendensiyaları” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Qeyd olunan Konfransa 40-dan çox ölkədən Konstitusiya məhkəmələrinin sədrləri, sədr müavinləri və hakimləri, həmçinin Avropa Birliyi Məhkəməsinin sədri Vasilios Skulis, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Zdravka Kalayciyeva, Avropa Şurasının Venesiya Komissiyasının sədri Tomas Markert, bir çox beynəlxalq təşkilatların nümayəndələri qatılmışlar.
İki günlük davam edən konfransın əsas müzakirə mövzusu konstitusiya nəzarətinin hədləri, müxtəlif ölkələrdə konstitusiya nəzarətinin yaranması, həyata keçirilməsi metodları və xüsusiyyətləri, milli konstitusiya məhkəmələri ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qarşılıqlı əlaqəsi və s. məsələlər olmuşdur.
Tədbirdə ölkəmizi AR Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova təmsil etmiş və tədbirdə “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ümumi yurisdiksiyalı məhkəmələrlə qarşılıqlı əlaqələrinin tendensiyaları” mövzusunda çıxış etmişdir.
Səfəri çərçivəsində xanım S.Salmanova Bolqarıstan Respublikası Konstitusiya Məhkəməsinin və tədbirdə iştirak edən ölkələrin yüksək məhkəmə orqanlarının bir sıra nümayəndələri ilə görüşlər keçirmişdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Müvəqqəti işlər vəkili N.Əfəndiyeva
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MYNS, MDPİ Surəti:
Çıxış nömrəsi: SSOF/ 325 /11 Tarix: 23.08.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt*
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 2 Əlavə olunur: 1 zərf məktub
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: AR Prezident Administrasiyasına
Məsələyə dair: Bolqarıstan Respublikasının sabiq (1997-2002) Prezidenti Pyotr Stoyanov tərəfindən ölkə başçımız cənab İlham Əliyevə ünvanlanmış məktubun göndərilməsi
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab N.Hüseynova
Hörmətli Nadir müəllim,
Məlumat üçün bildiririk ki, cari ilin 10 - 11 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək “XXI əsr: ümidlər və çağırışlar” adlı Beynəlxalq Humanitar Forumda iştirakla bağlı Bolqarıstan Respublikasının sabiq (1997-2002) Prezidenti Pyotr Stoyanov tərəfindən ölkə başçımız cənab İlham Əliyevin ünvanına göndərilmiş məktubu diqqətinizə təqdim edir və aidiyyatı üzrə çatdırılmasına dair göstəriş verməyinizi xahiş edirik.
Həmçinin bildirmək istərdik ki, qeyd olunan məktubun (P.Stoyanovun məktubunun) Səfirliyə daxil olmuş müşaiyyət vərəqəsində Beynəlxalq Forumda iştirakla bağlı ölkə başçımız cənab İ.Əliyevin dəvətinin BR sabiq Prezidenti P.Stayanov tərəfindən məmuniyyətlə qəbul edildiyi, Forumda cənab P.Stoyanovun BR-in sabiq Prezidenti həmçinin mərkəzi qərargahı Vyanada yerləşən “Qlobal Əməkdaşlıq və Dialoq Mərkəzinin” Prezidenti kimi iştirak edəcəyi və ölkəmizə səfəri zamanı onu (P.Stoyanovu) qeyd olunan Mərkəzin Baş katibi xanım Stamena Stançeva tərəfindən müşaiyət ediləcəyinin planlaşdırıldığı qeyd olunmuşdur.
Eyni zamanda məktubda Forumla bağlı daha ətraflı əlavə məlumatların, proqramın, iştirakçıların siyahısının, cənab P.Stoyanovun eləcə də onun müşaiyyət edəcək xanım S.Stamenanın səfəri və mehmanxanada yerləşdirilməsi ilə bağlı təşkilati məsələlərə dair məlumatların göndərilməsi xahiş olunmuşdur.
Bununla əlaqədar, Forumla bağlı əlavə məlumatların cənab P.Stoyanovun ofisinə təqdim edilməsi üçün Səfirliyimizə göndərilməsinə dair göstəriş verməyizi xahiş edirik.
Hörmətlə,
Müvəqqəti işlər vəkili N.Əfəndiyeva
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MİHİ,MBQİ Surəti:
Çıxış nömrəsi: SSOF/ 326 /11 Tarix: 23.08.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt*
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 2 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Bolqarıstan Respublikasının sabiq (1997-2002) Prezidenti Pyotr Stoyanovun ofisindən daxil olmuş məktuba dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin müavini
cənab M.Məmməd-Quliyevə
Hörmətli Mahmud müəllim,
Məlumat üçün bildiririk ki, 22.08.2011-ci il tarixində Bolqarıstan Respublikasının sabiq (1997-2002) Prezidenti Pyotr Stoyanovun ofisindən Səfirliyin ünvanına məktub daxil olmuşdur.
Məktubda cari ilin 23-24 sentyabr tarixlərində Azərbaycan Respublikasının Müstəqilliyinin 20 illik yubleyi ilə əlaqədar, ölkəmizdə keçiriləcək tədbirlərə “Vətəndaş Cəmiyyətinin inkişafı Assosasiyasının” sədri E.Süleymanov tərəfindən dəvət olunduğunu qeyd etmiş və həmin ərəfələrdə üzvü olduğu “Clinton Global İnitiative” Fondunun Nyu-Yorkda keçiriləcək yığıncağında iştirak etməsi ilə bağlı, böyük təəssüf hissi ilə olkəmizdə təşkil olunacaq tədbirlərə qatıla bilməyəcəyini bildirmişdir.
Qeyd olunan məlumatları diqqətinizə təqdim edir və aidiyyatı üzrə göndərilməsinə dair göstəriş verməyinizi xahiş edirik.
Hörmətlə,
Müvəqqəti işlər vəkili N.Əfəndiyeva
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MHMİ , MBQİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 01.09.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: Əlavə olunur: 21 səhifə - Saziş layihəsi
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: BR İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Komissiyasından daxil olmuş məktuba dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Məlumat üçün bildiririk ki, 01.09.2011-ci il tarixində BR İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Komissiyasından Səfirliyin ünvanına məktub (Saziş layihəsi ilə birlikdə) daxil olmuşdur.
Məktubda 03.08.2011-ci il tarixində BR Nazirlər Şurasının müvafiq qərarı ilə Azərbaycan Respublikasının Hökuməti və Bolqarıstan Respublikasının Hökuməti arasında “Məxfi sənədlərin qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında” Saziş layihəsinin bəyənildiyi və Bolqarıstan Hökuməti adından bu Saziş layihəsinin imzalanması üçün BR İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Komissiyasının sədrinə səlahiyyət verildiyi qeyd olunmuşdur.
Həmçinin məktubda qeyd olunan Saziş layihəsinin imzalanmasına Bolqarıstan tərəfinin hazır olduğu bildirilmişdir.
Yuxarıda qeyd olunan məlumatları, Saziş layihəsini (əlavə olunur: 21 səhifə) diqqətinizə təqdim edir və aidiyyatı üzrə göndərilməsinə dair göstəriş verməyinizi xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MHMİ , MBQİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 01.09.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: Əlavə olunur: 4 səhifə - Saziş layihəsi
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Məsələyə dair: BR Əmək və Sosial Siyasət Nazirliyindən daxil olmuş məktuba dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Səfirliyin SSOF/241/11 saylı, 10.06.2011-ci il tarixli məktubuna əlavə olaraq bildiririk ki, 01.09.2011-ci il tarixində BR Əmək və Sosial Siyasət Nazirliyindən Səfirliyin ünvanına məktub və BR Əmək və Sosial Siyasət Nazirliyi ilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq haqqında haqqında Memorandum layihəsi (əlavə olunur: 4 vərəq) daxil olmuşdur.
Məktubda 09 iyun 2011-ci il tarixində Səfir E.Kərimovla BR Əmək və Sosial Siyasət naziri T.Mladenov arasında keçirilmiş görüş zamanı əldə olunmuş razılığa əsasən qeyd olunan Memorandum layihəsinin hazırlandığı bildirilmiş və həmin Memorandum layihəsinin baxılması, eləcə də iki qurum rəhbəri arasında imzalanması üçün layihənin AR Əmək və Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi xahiş olunmuşdur.
Yuxarıda qeyd olunan məlumatları, Memorandum layihəsini diqqətinizə təqdim edir və aidiyyatı üzrə göndərilməsinə dair göstəriş verməyinizi xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MNKT, MKON, MDPİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 05.09.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 1+1 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Cari ilin 10-11 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı
Azərbaycan Respublikasının
Xarici İşlər Naziri
cənab E.Məmmədyarov
Hörmətli Elmar müəllim,
Bildiyiniz kimi, cari ilin 10-11 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək Bakı Beynəlxalq Humanitar Foruma Bolqarıstandan 7 nəfər (cənab Prezident tərəfindən 2 nəfər – sabiq BR Prezidentləri J.Jelev, P.Stoyanov; Sizin tərəfinizdən 5 nəfər - sabiq Baş nazirlər S.Stanişev, S.Saksoburqqotski; sabiq BR Prezidenti T.Jivkovun qızı – Y. Jivkova, Avro deputat K.Vigenin, sabiq BR-in ölkəmizdəki Səfiri İ.Palçev) yüksək səviyyəli şəxslər dəvət olunmuşdur.
Bununla əlaqədar, dəvət olunan şəxslərə viza rəsmiləşdirilməsi (ödənişli və ya ödənişsiz) məsələsində müvafiq təlimat verməyinizi, eləcə də forumla bağlı daha ətraflı məlumatların, proqramın, iştirakçıların siyahısının və təşkilati məsələlərə (mehmanxanada yerləşdirilmə və. s) dair məlumatların dəvət olunan şəxslərə təqdim edilməsi üçün Səfirliyə göndərilməsinə dair göstəriş verməyinizi xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MKAD Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 07.09.11
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 2 Əlavə olunur:tələb olunan sənədlər (anket, şəxsiyyət
vəsiqəsinin, diplomun surəti, ərizə) - 20 vərəq
Məhdudluğu qrifi
Təcililiyi: Adi Təcili Çox təcili*
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün: Aidiyyatı üzrə
Məlumat verilməsi üçün: Ştatdankənar işçilərə dair
Xarici İşlər Nazirliyinin
Kadrlar və ixtisasartırma
idarəsinin rəisi E.Sarıcalinskayaya
Hörmətli Elmira xanım,
Məlumat üçün bildiririk ki, Səfirliyin ştatdankənar tərcüməçi-katibəsi Anna Fidanova ailə vəziyyəti ilə (öz istəyi ilə) əlaqədar işdən azad olunmuşdur.
İş həcminin çoxluğunu nəzərə alaraq tərəfimizdən vakant olan həmin vəzifənin (sabiq əmək haqqı 2 yerə bölünmək şərti ilə) iki yerə bölünməsinə qərar verilmiş və Səfirlikdə tərcüməçi vəzifəsinə - AR vətəndaşı (tələbə) Asif Rauf oğlu Əliyevin, katibə vəzifəsinə isə - BR vətəndaşı (türk əsilli) Yıldız Reşat qızı Talyatın təyin edilməsi nəzərdə tutulmuşdur.
Bununla əlaqədar namizədliyi irəli sürülmüş şəxslərin müvafiq qurumlarda xüsusi yoxlamadan keçirilməsi üçün sənədlərini diqqətinizə təqdim edir və lazımi köməklik göstərməyinizi xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ, MİHİ, MXSP Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 08.09.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 3 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Prezident seçkiləri qabağı ictimai-siyasi vəziyyətə dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Səfirliyin SSOF/322/10 saylı, 24.11.2010-cu il tarixli (Prezident seçkiləri qabağı siyasi vəziyyət) məktubuna əlavə olaraq bildiririk ki, Bolqarıstanda cari ilin 23 oktyabr tarixində keçiriləcək Prezident seçkiləri ilə əlaqədar, artıq bəzi siyasi partiyalar və koalisiyalar eləcə də müstəqil namizədlər tərəfindən Prezident seçkilərində iştirak etmək üçün namizədlərini irəli sürmüş və Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmişlər.
Bunlar aşağıdakılardır:
hakim “Gerb” partiyasından - Regional inkişaf və Abadlıq naziri Rosen Plevneliyev
sabiq hökumdən olan “BSP” partiyasından – Avro deputat, sabiq Xarici İşlər naziri İvaylo Kalfin
millətçi “ATAKA” partiyasından - millət vəkili, partiyanın sədri Volen Sidrov
“RZS” (Asayış, Qanunilik, Ədalət) partiyasından – partiya sədrinin müavini, millət vəkili Atanas Semov
“VMRO” (Daxili Makedoniya İngilabı Təşkilatı) partiyasından – partiya sədri Krasimir Karakaçanov
“XNP” (Xalq naminə Milli Hərəkat) partiyasından – partiya sədri Pavel Çernev
“Göy Koalisiya” dan – partiya sədrinin müavini, millət vəkili Rumen Xristov
Müstəqil namizəd – “NDSV” (Ikinci Simeon Milli Hərəkat ) partiyasının sabiq sədri, sabiq Avro Komissar Miqlena Kuneva
Müstəqil namizəd- iş adamı, “RZS” partiyasının təsisçisi Aleksey Petrov
Bildirmək istərdik ki, Mərkəzi Seçki Komissiyasından qeydiyyatdan keçmiş bu namizədlərə Hökumət tərəfindən təşviqat kampaniyalarını aparmaları üçün televiziya və radio kanallarında efir vaxtları ayrılmış və müxtəlif təşkilatı məsələlərlə bağlı yardımlar göstərilmş eləcə də seçkilərin gedişinin izlənilməsi üçün müxtəlif exitpol təşkilatları dəvət olunmuşdur.
Həmçinin qeyd etmək istərdik ki, Prezident seçkiləri ilə bağlı məlumatlar KİV-də gündəlik geniş yer almaqdadır. Belə ki, tez-tez KİV-də namizədlərin müsahibələrinə, debatlarına və yerli, xarici müşahidəçilərin müxtəlif fikirlərinə rast gəlinməkdədir.
Bəzi yerli və xarici (“Standart” qazetinə müsahibə vermiş alman politoloqu professor Haynts Bram) müşahidəçilərin fikrincə, Bolqarıstanda keçiriləcək Prezident seçkiləri əsasən 3 nüfuzlu rəqib namizəd – “BSP” partiyasından İ,Kalfin, “Gerb” partiyasından R.Plevneliyev və müstəqil namizəd M.Kuneva arasında kəskin siyasi mübarizələrlə yadda qalacağı və onlar arasında seçici fərqi cüzi olmaqla, mübarizələrini seçkilərin 2-ci turunda davam etdirəcəyi gözlənilir. Bəzi hakimiyyət yönlü KİV-də qeyd olunan məlumatlara görə isə bu seçkilərdə namizədlər arasında mubarizələrin yüksək səviyyədə keçməsi gözlənilmir və “Gerb” Partiyasının irəli sürülmüş R.Plevneliyev Prezidentliyə real namizəd kimi göstərilərək, böyük seçici fərqlə onun digər iki namizədi (İ.Kalfin, M.Kuneva) geridə qoyacağı və qələbə qazanaçağı qeyd olunur.
Bununla yanaşı qeyd etmək istərdik ki, cari ilin 23 oktyabr tarixində Bolqarıstanda Prezident seçkiləri ilə yanaşı, vitse-prezident və yerli icra hakimiyyəti orqanlarına meriya seçkiləri həyata keçiriləcəkdir. Vitse-prezident seçkilərinə namizədlər sırasında maraq kəsb edən şəxs kimi hakim “Gerb” partiyasından irəli sürülmüş hazırki Ədliyyə naziri Marqarita Papovanın namizədliyi qeydə alınmışdır və hələlik onun “BSP” partiyasından siyasi rəqibi məlum deyildir.
Yuxarıda qeyd olunan məlumatları diqqətinizə təqdim edir və bildiririk ki, Prezident seçkiləri ilə bağlı maraq kəsb edən məlumatlar əldə ediləcəyi təqdirdə dərhal Mərkəzə məlumat veriləcəkdir.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
Dostları ilə paylaş: |