AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 15.06.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 2 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: AR Milli Məclisi
Məsələyə dair: BR Xalq Məclisində keçirilmiş görüşlərə dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Cari ilin 15 iyun tarixində Səfir E.Kərimov Bolqarıstan Xalq Məclisinin İnsan hüquqları, dini işlər, vətəndaşların ərizə və şikayətləri komissiyasının sədri, “Göy Koalisiyanın” üzvü Yordan Bakalov və hakim “Gerb” partiyasının Parlamentdəki qrupunun rəhbəri Krasimir Velçevlə görüşlər keçirmişdir.
Görüş zamanı Səfir E.Kərimov iki ölkə arasında inkişaf edən yüksək səviyyəli münasibətlərdən danışaraq, bu əlaqələrin bütün sahələr üzrə inkişaf etdirilməsinin vacibliyini vurğulamış və tərəfimizdən bu əlaqələrə xüsusi önəm verildiyini bildirmişdir. Sonra qarşı tərəfə ölkəmizdə bütün sahələrdə aparılan islahatlardan, sosial-iqtisadi inkişafdan, ölkəmizin energetika siyasətindən və Dağlıq Qarabağ münaqişəsindən ətraflı məlumat verilmişdir. Bununla yanaşı, Səfir E.Kərimov iki ölkə arasında müsbət Parlamentlərarası əlaqələrdən eləcə də AR Milli Məclisində yeni formalaşmış Azərbaycan-Bolqarıstan Parlament-lərarası işçi qrupundan danışaraq, bu sahədə sıx münasibətlərin daha da inkişaf etdirilməsi üçün müvafiq işlərin aparılmasının vacibliyini qeyd etmiş və tərəflərlə Parlamentlərarası əlaqələrin inkişaf perspektivlərini müzakirə etmişdir.
Öz növbəsində qarşı tərəf (Y.Bakalov, K.Velçev) ölkəmiz barəsində xoş təsuratlara malik olduqlarını bildirərək, ölkəmizin Bolqarıstan üçün regionda tərəfdaş ölkə olduğunu və xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etmişlər. Bununla yanaşı, qarşı tərəf iki ölkə arasında Parlamentlərarası əlaqələrin dostluq qrupu ilə yanaşı, Parlament komissiyaları səviyyəsində də inkişaf etdirilməsində maraqlı olduqlarını bildirmiş və bu istiqamətdə qarşılıqlı səfərlərin, eləcə də mütəmadi görüşlərin keçirilməsinin Parlamenlərarası əlaqələrin inkişafına böyük təsir göstərəcəklərini qeyd etmişlər.
Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
15.06.2011
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 16.06.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
Səhifələrin sayı: 1 Əlavə olunur: Saziş layihəsi – 3 vərəq
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Məsələyə dair: Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun layihəsinin göndərilməsi
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Mərkəzin S/11-8790/03/11 saylı, 16.04.2011-ci il tarixli məktubuna cavab olaraq, cari ilin 16 iyun tarixində BR Xarici İşlər Nazirliyinin müvafiq notası ilə Səfirliyə daxil olmuş Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun layihəsini diqqətinizə təqdim edir və aidiyyatı üzrə göndərilməsinə dair göstəriş verməyinizi xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MDPİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 21.06.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
Səhifələrin sayı: 1 Əlavə olunur: 24 vərəq – dostluq qrupunun üzvlərinin
tərcümeyi- halları
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün:
Məsələyə dair:Azərbaycan-Bolqarıstan Parlamentlərarası dostluq qrupunun Bolqarıstan tərəfindən üzvləri barədə məlumatların göndərilməsi
Xarici İşlər Nazirliyinin
Dövlət Protokolu idarəsinin
rəisi cənab P.Mirzəzadəyə
Hörmətli Pərvin müəllim,
Mərkəzin S/14-14738/14/11 saylı, 16.06.2011-ci il tarixli məktubuna cavab olaraq, Azərbaycan-Bolqarıstan Parlamentlərarası dostluq qrupunun Bolqarıstan tərəfindən üzvləri barədə məlumatları diqqətinizə təqdim edir və aidiyyatı üzrə göndərilməsində yardımçı olmağınızı xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ ,MİHİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 20.06.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 3 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: AR Milli Məclisi
Məsələyə dair: Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri xanım Tsatska Tsaçeva ilə keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Məlumat üçün bildiririk ki, cari ilin 20 iyun tarixində Səfir E.Kərimov Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri xanım Tsatska Tsaçeva ilə tanışlıq məqsədi ilə görüş keçirmişdir.
Görüş zamanı xanım T.Tsaçeva Səfir E.Kərimovu salamlayaraq, tanışlığa görə məmnunluğunu ifadə etmiş və dost ölkə olan Azərbaycanın Bolqarıstan üçün böyük əhəmiyyət daşıdığını vurgulayaraq, Parlamentlər-arası əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir.
Öz növbəsində Səfir E.Kərimov xoş sözlərə və səmimi qəbula görə təşəkkürünü bildirərək, tanışlığa görə qarşılıqlı məmnunluğunu ifadə etmişdir. Sonra iki ölkə arasında yüksək səviyyədə inkişaf edən ikitərəfli, çoxtərəfli münasibətlərdən danışmış və bu münasibətlərin daha da inkişaf etdirilməsində ölkəmizin maraqlı olduğunu xanım T.Tsaçevanın diqqətinə çatdırmışdır.
Bundan əlavə, Səfir E.Kərimov ölkəmizdə gedən sosial iqtisadi inkişafdan, ölkəmizin energetika siyasətindən, bütün sahələrdə aparılan islahatlardan, eləcə də Dağlıq Qarabağ münaqişəsindən qarşı tərəfə ətraflı məlumat vermişdir.
Bununla yanaşı, Səfir E.Kərimov Bolqarıstanın ölkəmizlə xüsusi ilə energetika sahəsində əlaqələrin inkişafına böyük önəm verdiyini vurgulayaraq, bu yüksək səviyyəli əlaqələrin digər qeyri enerji sektoru üzrə -təhsil, mədəniyyət, turizm, kənd təsərrüfatı, yüngül sənaye sahələri üzrə də inkişaf etdirilməsinin zəruri olduğunu bildirmiş və bunun üçün böyük potensialın olduğunu qeyd etmişdir.
Həmçinin Səfir E.Kərimov iki ölkə arasında yüksək səviyyəli Parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışaraq, bu əlaqələrin iki ölkə arasında münasibətlərin inkişafına böyük təsir göstərdiyini qeyd etmiş və ölkəmiz tərəfindən Parlamentlərarası müsbət əlaqələrin inkişafına xüsusi diqqət yetirildiyini bildirərək, tərəfimizdən bu istiqamətdə lazımı tədbirlərin görülməsinə hazır olduğumuzu qeyd etmişdir. Eyni zamanda, Səfir E.Kərimov AR Milli Məclisində yeni formalaşmış dostluq qrupu barədə məlumat verərək, Parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin, təcrübə mübadilələrinin, birgə tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulamış və xanım T.Tsaçevanı ölkəmizə rəsmi səfər etməyə dəvət etmişdir.
Öz növbəsində xanım T.Tsaçeva ölkəmizin iqtisadi, siyasi qüdrəti ilə regionda lider ölkə olduğunu və Avropa eləcə də dünya ölkələri üçün vacib əhəmiyyət daşıdığını qeyd etmişdir. Sonra xanım T.Tsaçeva zəif enerji potensialı olan Bolqarıstanın Azərbaycanla energetika sahəsində əlaqələrinin inkişafına xüsusi diqqət yetirdiyini bildirərək, Avropanı təmin edilməsinə yönələn ölkəmizin bütün enerji layihələrində iştirak etməkdə maraqlı olduqlarını qeyd etmişdir. Bununla yanaşı, Bolqarıstanda yüksək səviyyədə inkişaf etmiş turizm, kənd təsərrüfatı, yüngül sənaye sahələri barədə məlumat verərək, ölkəsinin də bu sahələr üzrə Azərbaycanla əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu bildirmişdir.
Sonra iki ölkə arasında tarixi köklərə söykənən yüksək səviyyəli əlaqələrin olduğunu eləcə də Bolqarıstanın ölkəmizlə QDƏT çərçivəsində sıx əməkdaşlığını qeyd edən xanım T.Tsaçeva Bolqarıstanın ölkəmiz və region üçün Şərqi Avropa ölkələrinə qapı rolunu oynamaq arzusunda olduğunu bildirmişdir.
Görüş zamanı xanım T.Tsaçeva həmçinin iki ölkə arasında Parlamentlərlərarası əlaqərə toxunaraq, bu əlaqələrin inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu və bu əlaqələrin dostluq qrupları ilə yanaşı komissiyalar səviyyəsində də inkişaf etdirilməsinin vacibliyini bildirərək, qurumlar arasındakı yüksək səviyyəli əməkdaşlığın iki ölkə arasındakı münasibətlərin inkişafına öz töhfəsinin verəcəyinə ümidvar olduğunu qeyd etmişdir.
Sonda xanım T.Tsaçeva Azərbaycana dəvətə görə Səfir E.Kərimova təşəkkürünü və dəvəti qəbul etdiyini bildirərək, iş qrafikinin sıx olması ilə əlaqədar gələn ilin yaz ayları ərəfəsində onun ölkəmizə səfər etməsi məsələsinə baxılacağını qeyd etmişdir.
Qeyd olunan məlumatları diqqətinizə təqdim edir və AR Milli Məclisinin sədri cənab O.Əsədov tərəfindən həmkarı xanım T.Tsaçevanın ünvanına dəvət məktubunun göndərilməsi məsələsinə baxılması üçün aidiyyatı üzrə müraciət edilməsinə dair göstəriş verməyinizi xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ EMBASSY OF THE REPUBLIC OF
BOLQARISTAN RESPUBLIKASINDAKI AZERBAIJAN IN THE REPUBLIC OF
SƏFİRLİYİ BULGARIA
Tel: (359 2) 817 00 70 Fax: (359 2) 817 00 77 E-mail: sefirlik@azerembsof.com
—————————————————————————————————————————
___________
Məlumat üçün bildiririk ki, cari ilin 20 iyun tarixində Səfir E.Kərimovla Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri xanım Tsatska Tsaçeva ilə görüş keçirilmişdir.
Görüş zamanı Səfir E.Kərimov ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan, ölkəmizin energetika siyasətindən, bütün sahələrdə aparılan islahatlardan, eləcə də Dağlıq Qarabağ münaqişəsindən qarşı tərəfə ətraflı məlumat vermişdir.
Bununla yanaşı, Səfir E.Kərimov Bolqarıstanın ölkəmizlə xüsusi ilə energetika sahəsində əlaqələrin inkişafına böyük önəm verdiyini vurgulayaraq, bu yüksək səviyyəli əlaqələrin digər qeyri enerji sektoru üzrə -təhsil, mədəniyyət, turizm, kənd təsərrüfatı, yüngül sənaye sahələri üzrə də inkişaf etdirilməsinin zəruri olduğunu bildirmiş və bunun üçün böyük potensialın olduğunu qeyd etmişdir.
Həmçinin, Səfir E.Kərimov iki ölkə arasında yüksək səviyyəli Parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışaraq, bu əlaqələrin iki ölkə arasında münasibətlərin inkişafına böyük təsir göstərdiyini qeyd etmiş və ölkəmiz tərəfindən Parlamentlərarası müsbət əlaqələrin inkişafına xüsusi diqqət yetirildiyini bildirərək, tərəfimizdən bu istiqamətdə lazımı tədbirlərin görülməsinə hazır olduğumuzu qeyd etmişdir. Eyni zamanda, Səfir E.Kərimov AR Milli Məclisində yaradılmış dostluq qrupu barədə məlumat verərək, Parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin, təcrübə mübadilələrinin, birgə tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulamış və xanım T.Tsaçevanı ölkəmizə rəsmi səfər etməyə dəvət etmişdir.
Öz növbəsində xanım T.Tsaçeva ölkəmizin iqtisadi, siyasi qüdrəti ilə regionda lider ölkə olduğunu və Avropa eləcə də dünya ölkələri üçün vacib əhəmiyyət daşıdığını qeyd etmişdir. Sonra xanım T.Tsaçeva Bolqarıstanın Azərbaycanla energetika sahəsində əlaqələrinin inkişafına xüsusi diqqət yetirdiyini bildirərək, Avropanı təmin edilməsinə yönələn ölkəmizin bütün enerji layihələrində iştirak etməkdə maraqlı olduqlarını qeyd etmişdir. Bununla yanaşı, Bolqarıstanda yüksək səviyyədə inkişaf etmiş turizm, kənd təsərrüfatı, yüngül sənaye sahələri barədə məlumat verərək, ölkəsinin də bu sahələr üzrə Azərbaycanla əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu bildirmişdir.
Görüş zamanı xanım T.Tsaçeva, həmçinin iki ölkə arasında Parlamentlərlərarası əlaqərə toxunaraq, bu əlaqələrin inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu və bu əlaqələrin dostluq qrupları ilə yanaşı komissiyalar səviyyəsində də inkişaf etdirilməsinin vacibliyini bildirərək, qurumlar arasındakı yüksək səviyyəli əməkdaşlığın iki ölkə arasındakı münasibətlərin inkişafına öz töhfəsinin verəcəyinə ümidvar olduğunu qeyd etmişdir.
Hörmətlə,
Səfir E.Kərimov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 21.06.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 2 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: Bakı şəhər İcra Hakimiyyəti
Məsələyə dair: Sofiya şəhərinin meri xanım Yordanka Fındıkova ilə keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Bildiririk ki, cari ilin 20 iyun tarixində Səfir E.Kərimov Sofiya şəhərinin meri xanım Yordanka Fındıkova ilə tanışlıq məqsədi ilə görüş keçirmişdir.
Görüş zamanı xanım Y.Fındıkova Səfir E.Kərimovu salamlayaraq diplomatik fəaliyyətində uğurlar arzulamışdır.
Öz növbəsində Səfir E.Kərimov səmimi qəbula görə təşəkkürünü bildirərək, iki ölkə arasında inkişaf edən münasibətlərdən danışmış və ölkəmizin Bolqarıstanla bütün sahələr üzrə əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu bildirmişdir.
Bununla yanaşı, Səfir E.Kərimov hər iki ölkənin yerli icra hakimiyyətləri orqanları arasında əlaqələrin inkişafına xüsusi önəm verildiyini bildirərək, bu əlaqələrin əhəmiyyətindən danışmış və mövcud olan qardaşlaşmış şəhərlər (Şəki-Qabrova) təcrübəsinin digər şəhərlərə də tətbiq edilməsinin mümkünlüyünü qeyd etmişdir. Həmçinin bu əlaqələrin inkişaf etdirilməsi üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyini qeyd edən Səfir E.Kərimov həmin istiqamətdə lazımı işlərin görülməsində hazır olduğumuzu bildirmişdir.
O, cümlədən Səfir E.Kərimov Bakı ilə Sofiya şəhərləri arasında əlaqələrin qurulmasının vacibliyini bildirərək və təcrübə mübadiləsi naminə yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd edərək, xanım Y.Fındıkovanı Azərbaycana səfər etməyə dəvət etmişdir.
Bundan əlavə, Səfir E.Kərimov yüksək səviyyəli əlaqələr çərçivəsində Sofiya və Bakı şəhərlərində qarşılıqlı olaraq küçə, park və meydanlara ölkələrimizlə bağlı adların verilməsinin vacibliyini bildirmiş və bu kimi vasitələrin paytaxt şəhərləri arasında əlaqələrin inkişafına böyük təsir göstərəcəyini qeyd etmişdir.
Öz növbəsində xanım Y.Fındıkova Səfir E.Kərimovun fikirlərini dəstəklədiyini bildirərək, iki paytaxt şəhərləri arasında əlaqələrin inkişaf etdirilməsi üçün müxtəlif tədbirlərin görülməsinin vacibliyini qeyd etmiş və küçə, park və meydanlara ölkələrimizlə bağlı adların verilməsi məsələsinə müsbət yanaşdığını bildirmişdir. Bununla yanaşı, xanım Y.Fındıkova şəhər meriyası tərəfindən tez-tez keçirilən mədəni tədbirlər barədə məlumat verərək, birgə mədəni tədbirlərin keçirilməsində, təşkil edilməsində daim hazır olduqlarını qeyd etmiş və görüləcək bu kimi işlərin şəhərlər arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini bildirmişdir.
Sonra xanım Y.Fındıkova Bolqarıstanda cari ilin oktyabr aylarında prezident və yerli icra strukturlarına keçiriləcək seçkilərlə əlaqədar ölkəmizə səfər etməsinin mümkün olmadığını bildirmiş və əlaqələrin inkişaf etdirilməsi istiqamətində gələcəkdə qarşılıqlı səfərlərin həyata keçiriləcəyinə ümidvar olduğunu qeyd etmişdir.
Sonda Səfir E.Kərimov bir daha səmimi qəbula görə təşəkkürünü bildirərək, paytaxtlarımız arasında əlaqələrin qurulması istiqamətində müvafiq tədbirlərin görülməsi üçün lazımi köməkliyin göstərilməsinə hazır olduğumuzu bildirmişdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MİHİ, MBQİ Surəti: SBRS
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 21.06.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
___________________ N-li məktuba istinad
Səhifələrin sayı: 2 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Bolqarıstanın Avropa Parlamentindəki deputatı xanım Filiz Xusmenova ilə görüşə dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin müavini
cənab M.Məmməd-Quliyevə
Hörmətli Mahmud müəllim,
Bildiririk ki, cari ilin 17 iyun tarixində Səfir E.Kərimov Bolqarıstanın Avropa Parlamentindəki deputatı, Hüquq və Azadlıqlar naminə Hərəkat partiyasının (əsasən türklərin təmsil olunduğu) sədr müavini xanım Filiz Xusmenova ilə tanışlıq məqsədi ilə görüş keçirmişdir.
Görüş zamanı xanım F.Xusmenova tanışlığa görə məmnunluğunu ifadə etmiş və Səfir E.Kərimova diplomatik fəaliyyətində uğurlar arzulamışdır.
Öz növbəsində Səfir E.Kərimov qarşılıqlı məmnunluğunu və səmimi qəbula görə təşəkkürünü bildirərək, iki ölkə arasında inkişaf edən münasibətlərdən danışmış və Bolqarıstanın ölkəmizlə xüsusi ilə energetika sahəsində əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edərək, bu yüksək səviyyəli əlaqələrin digər qeyri-enerji sahələr üzrə də inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdır.
Sonra Səfir E.Kərimov iki ölkə arasında yüksək səviyyəli Parlamentlərarası münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyindən danışaraq, bu əlaqələrin, həmçinin Avropa Parlamenti ilə əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsində ölkəmizin maraqlı olduğunu qeyd etmişdir.
Bununla yanaşı, Səfir E.Kərimov xalqımızın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat vermiş, münaqişənin həlli istiqamətində 17 ildən artıq davam edən uğursuz danışıqların regionda sülhün və sabitliyin təmin olunmasına mənfi təsir göstərdiyini qeyd etmiş və münaqişənin həllində Aİ-nın yaxından iştirakının zəruriliyini bildirərək, ölkəmizlə, xüsusən Dağlıq Qarabağ münaqişəsi ilə bağı Aİ-da baxılacaq məsələlərdə Bolqarıstanın dost ölkə olaraq Azərbaycana dəstək verilməsini xahiş etmişdir.
Öz növbəsində xanım F.Xusmenova ölkəmiz barəsində ətraflı məlumata malik olduğunu və ölkəmizin Bolqarıstan üçün vacib əhəmiyyət daşıdığını qeyd etmişdir. Sonra xanım F.Xusmenova partiyadakı, eləcə də Avropa Parlamentindəki fəaliyyətindən məlumat verərək, regionla həmçinin ölkəmizlə bağlı tez-tez Aİ-nın Parlamentində baxılan məsələlərdən və ölkəmizin Parlamentdəki aktiv fəaliyyətindən danışmış və Bolqarıstanın Avropa Parlamentindəki deputatlarının ölkəmizlə bağlı qətnamələrin qəbulunda dəstək verməyə çalışacaqlarını qeyd etmişdir.
Daha sonra xanım F.Xusmenova işinin sıxlığı ilə əlaqədar, ölkəmizdə səfərdə olmadığını təəssüf hissi ilə bildirərək, həmkarlarından ölkəmiz barəsində xoş təsərrüatlara malik olan məlumatların əldə etdiyini və ölkəmizə səfər etmək arzusunda olduğunu qeyd etmişdir.
Sonda Səfir E.Kərimov xanım F.Xusmenovanı öz adından ölkəmizə dəvət etmiş və əməkdaşlıq çərçivəsində mütəmadi görüşlərin keçiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
AZƏRBAYCAN RESPUBLİKASININ
BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF
Haraya: MBQİ ,MİHİ Surəti:
Çıxış nömrəsi: SSOF/ /11 Tarix: 21.06.2011
Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt
Səhifələrin sayı: 1 Əlavə olunur:
Məhdudluğu qrifi
Təcililiyi: Adi * Təcili Çox təcili
Vacibliyi: Adi Vacib* Çox vacib
Məruzə üçün:
Məlumat verilməsi üçün: AR Milli Məclisi
Məsələyə dair: BR Xalq Məclisinin sədr müavini Georgi Pirinski ilə keçirilmiş görüşə dair
Azərbaycan Respublikasının
Xarici İşlər nazirinin
müavini cənab X.Xələfova
Hörmətli Xələf müəllim,
Bildiririk ki, cari ilin 20 iyun tarixində Səfir E.Kərimov Bolqarıstan Respublikasının Xalq Məclisinin sədr müavini, BSP Partiyasının üzvü, Parlamentin sabiq sədri (2005-2009-cu illərdə) Georgi Pirinski ilə görüş keçirmişdir.
Görüş zamanı Səfir E.Kərimov iki ölkə arasında yüksək səviyyəli ikitərəfli və çoxtərəfli münasibətlərdən danışmış və bu əlaqələrin daha da inkişaf etdirilməsində ölkəmizin maraqlı olduğunu bildirmişdir.
Sonra Bolqarıstanla ölkəmiz arasında xüsusi ilə inkişaf edən energetika sahəsi üzrə əlaqələrdən bəhs edən Səfir E.Kərimov, bu yüksək səviyyəli əlaqələrin digər qeyri-enerji sektoru üzrə də inkişaf etdirilməsinin vacibliyini bildirmişdir.
Bununla yanaşı, Səfir E.Kərimov ölkəmizin Parlamentlərarası əlaqələrin inkişafına böyük maraq göstərdiyini qeyd edərək, bu qurumlar arasında mövcud olan sıx əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı olaraq, müvafiq işlərin görülməsinin zəruriliyini vurğulamışdır.
Daha sonra Səfir E.Kərimov ölkəmizin sosial-iqtisadi inkişafı və enerji siyasəti, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumatı cənab G.Pirinskinin diqqətinə çatdırmışdır.
Öz növbəsində G.Pirinski ölkəmiz barəsində xoş təsurratlara, eləcə də ölkəmizdəki həmkarları ilə sıx təmaslara malik olduğunu bildirmiş və 2007-ci ildə onun Azərbaycana baş tutmuş səfəri barədə ətraflı məlumat vermişdir.
Bununla yanaşı, cənab G.Pirinski iki ölkə arasında inkişaf edən münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə etmiş və müxtəlif sahələrdə, xüsusi ilə də energetika sahəsində əlaqələrin günü- gündən inkişafını yüksək qiymətləndirmişdir.
Həmçinin, cənab G.Pirinski Bolqarıstanda inkişaf etmiş turizm, kənd təsərrüfatı, yüngül sənaye sahələri barədə məlumat verərək, iki ölkə arasında bu əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı müvafiq (birbaşa hava xəttinin açılması, qarşılıqlı səfərlərin təşkil edilməsini təcrübə mübadilələrinin aparılması) tədbirlərin görülməsini zəruri hesab etmişdir.
Cənab G.Pirinski, həmçinin Parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, bu əlaqələrin əhəmiyyətindən danışmış və Bolqarıstanın da ölkəmizlə Parlamentlərarası əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirmişdir.
Sonra Bolqarıstanın regionda xarici və sıx qonşuluq siyasətindən danışaraq, ölkəsinin Azərbaycanla, Xəzər regionu ölkələri ilə regional sferada əməkdaşlığının gücləndirilməsini vacib hesab etmiş və bunun üçün Parlament səviyyəsində lazimi tədbirlərin görülməsində hazır olduqlarını bildirmişdir.
Sonda Səfir E.Kərimov səmimi qəbula təşəkkürünü bildirərək və Parlamentlərarası inkişafı istiqamətində mütəmadi görüşlərin keçiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Məlumat üçün diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov
İcraçı: E.Məmmədov
Dostları ilə paylaş: |